Month: August 2025

  • Завтра выплатят пенсии за август по Баку, Сумгайыту и Абшеронскому району

    Выплата пенсий за август по Баку, Сумгайыту и Абшеронскому району запланирована на 12 августа.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный фонд социальной защиты.

    Пенсии лиц, имеющих право на пенсию на льготных условиях, в этом месяце также будут выплачены по графику.

  • Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

    Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının avqustun 12-də ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Siyəzəndə iynə vurulan biraylıq körpə öldü

    Siyəzəndə biraylıq körpə iynədən ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Siyəzən şəhər sakini, biraylıq Əli Aqşin oğlu Novruzova iynə vurulub. İynədən sonra körpə ölüb.

    Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

    Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

    Faktla bağlı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Lənkəranda yanğın törədən şəxs saxlanıldı

    Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib.

    Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb.

    E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

    Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • İnsanların 1000 il yaşamasına mane olan yeganə amil aıqlandı

    Birmingem Universitetinin molekulyar biogerontoloqu Joao Pedro de Maqalyanş hesab edir ki, insanlar bioloji cəhətdən indikindən daha uzun – bəlkə də 1000 il və ya daha çox yaşaya bilərdilər. Amma bir problem var: Ola bilsin ki, insanlar daha sürətli qocalmaq üçün təkamül keçiriblər və bunun səbəbi dinozavrlar dövrünə qədər uzanır.

    Qaynarinfo “DailyGalaxy” portalına istinadən xbərə verir ki, “BioEssays” jurnalında dərc olunmuş məqalədə de Maqalyanş “uzunömürlülük darboğazı” hipotezini irəli sürür. Onun tədqiqatına görə, erkən məməlilər sürətli çoxalma və sağ qalma zərurəti ilə bağlı güclü təzyiq altında idi, çünki dinozavrlar qida zəncirində üstünlük təşkil edirdi. Bu təkamül stresi, ola bilsin ki, onların bir zamanlar daha uzun ömür təmin edən bəzi genetik xüsusiyyətlərini itirməsinə səbəb olub. Sonradan bu genetik itkilər məməlilərin, o cümlədən bizim biologiyamızın ayrılmaz hissəsinə çevrilib.

    “Ən qədim məməlilərdən bəziləri qida zəncirinin ən altında yaşamağa məcbur idi və sürətli çoxalma yolu ilə sağ qalmaq üçün təkamül keçirirdilər”, deyə o, izah edir.

    Onun fikrincə, bu adaptasiya məməlilərin (insanlar daxil) qocalma prosesini geri dönməz şəkildə dəyişib. De Maqalyanşın nəzəriyyəsinin bir hissəsi, ultrabənövşəyi şüaların səbəb olduğu zədələri təmir edən (fotoliazalar kimi) fermentlərin itirilməsini nəzərdə tutur. Bu fermentlərin əksər məməlilərdə (insan daxil) olmamasının səbəbi, dinozavrlar dövründə genomumuzdan yox olmalarıdır. Bu itkinin səbəbi, erkən məməlilərin yırtıcılardan qorunmaq üçün mənimsədiyi gecə həyat tərzi ola bilər – bu, ultrabənövşəyə qarşı qorunma ehtiyacını azaldıb, amma eyni zamanda güclü DNT təmiri mexanizminin söndürülməsinə səbəb olub.

    O, müqayisə üçün digər növlərdən də misal çəkib. Məsələn, bəzi kərtənkələlər (alligatorlar) daimi diş yeniləyə bilər, insanlar isə edə bilməz – bu, təkamül prosesində sürətin uzunömürlülükdən üstün tutulmasının nəticəsi ola bilər. Bu nümunələr göstərir ki, təkamül zamanı çoxsaylı regenerativ funksiyaları itirmişik.

    De Maqalyanşın sözlərinə görə, bu mexanizmləri başa düşmək insan yaşlanmasını yavaşlatmağa və ya hətta geri qaytarmağa imkan verən müalicə üsulları işləyib hazırlamağa kömək edə bilər.

    Onun fikrincə, bir gün yaşlanmanı idarə etmək mümkün olacaq, bunun üçün əsas bioloji proseslərə yönəlmiş terapiyadan istifadə olunacaq. Ən perspektivli namizədlərdən biri rapamisindir – orqan rəddinin qarşısını almaq üçün artıq tətbiq olunan tibbi birləşmə. Tədqiqatlar göstərir ki, o, bəzi məməlilərin ömrünü 10-15% uzada bilər və alimlər indi onun yaşlanmaya qarşı daha geniş potensialını öyrənirlər.

    Hələlik genetik səviyyədə uzunömürlülük tapılmadığından, alimlər ömrü uzatmaq üçün xroniki xəstəliklər və erkən ölüm riskini azaltmağa kömək edən “superqidalar” qəbul etməyi tövsiyə edirlər.

  • Bankların mənfəəti niyə azalıb?

    Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəətləri azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib. Azalma rəqəmlərdən aydın şəkildə görünür. Bəs səbəblər nədir?

    Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, bankların mənfəətinin azalmasının səbəbləri müxtəlifdir: “Səbəblərdən biri faiz gəlirləri və marjaların daralması ola bilər. Bankların faiz gəlirləri əvvəlki illə müqayisədə artmaqda davam etsə də, faiz xərclərinin daha sürətli artması faiz marjasının daralmasına səbəb olub. Bu, xüsusilə depozitlər üzrə yüksək rəqabət fonunda müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması (hazırda 7.75 faiz) pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Bu isə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azaldıb”.

    İ.Məmmədovun fikrincə, bankların xərcləri də çoxalıb: “Rəqəmsallaşma və struktur xərclərinin artımı da əsas səbəblərdəndir. Sektor üzrə ümumi əməliyyat xərclərində artım müşahidə olunur. Xüsusilə də IT infrastrukturuna yatırımlar və rəqəmsal transformasiya xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Sektorun rəqəmsallaşma səviyyəsi 2024-cü illə müqayisədə 15-20 faiz artıb. Bu da infrastruktur və texnologiyaya çəkilən xərclərdə əks olunur. Bu, qısamüddətli mənfəətə təsir etsə də, bankların uzunmüddətli dayanıqlılığı və səmərəliliyi üçün strateji zərurətdir. Əməkhaqqı və insan kapitalı xərcləri də artıb. Əmək bazarındakı təzyiqlər, xüsusilə qanunlara əməl olunmasına nəzarət edən şöbə, pul yuyulmasının qarşısını alan sistem və risk idarəetməsi sahələrində ixtisaslı kadrlara tələbin artması ilə nəticələnib. Statistika göstərir ki, bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir”.

    Bank eksperti bildirdi ki, kredit portfeli və ehtiyatlar da mənfəətə təsir edir: “Banklar bu dövrdə kredit portfellərində risklərə qarşı daha konservativ yanaşma sərgiləyiblər. Problemli və gecikmiş kreditlərin həcmi artmasa da, restrukturizasiya olunmuş (ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər) kreditlərin payı yüksəlib. Bu da potensial risklərə qarşı ehtiyatların artırılması ilə nəticələnib. Kreditin qaytarılmaması halında bu ehtiyatlardan istifadə olunur. Məsələn, bir çox banklarda problemli kreditlər üçün ayrılan ehtiyatlar əvvəlki ilə nisbətən 10-12 faiz artıb ki, bu da xalis mənfəətin azalmasına birbaşa təsir edir. 2025-ci ilin ilk yarısında qeyri-neft sektorunda artım templəri aşağı düşüb, istehlak kreditləri və mikro-biznes kreditlərinə tələbdə müəyyən durğunluq müşahidə olunub. Mərkəzi Bankın statistikalarına görə, istehlak kreditlərində artım tempi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 35 faizdən 20 faizə düşüb. Bu da kredit gəlirlərinin proqnozdan aşağı düşməsinə səbəb olub”.

    İ.Məmmədovun fikrincə, 2025-ci ilin ilk beş ayındakı xalis mənfəət azalması böhranın deyil, struktur dəyişikliklərin və sektoral tənzimləmələrin nəticəsidir: “Bu proseslər bank sektorunu daha şəffaf, dayanıqlı və texnologiya yönümlü hala gətirir. Qısa müddətli mənfəət təzyiqlərinə baxmayaraq, uzunmüddətli perspektivdə sektorun maliyyə dayanıqlılığı və xidmət keyfiyyəti daha güclü olacaq. Qısa müddətdə bankların bu mənfəət azalmasını kompensasiya etmək üçün komissiya və xidmət haqlarında artıma getməsi mümkündür, xüsusilə rəqəmsal kanallar və kart məhsulları üzrə. Kredit faizlərində isə yaxın dövrdə ciddi dəyişiklik gözlənilmir, çünki artıq marjalar kifayət qədər sıxılmış vəziyyətdədir”.

    İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə mənfəətin azalmasının kreditlərlə bağlı olmadığı qənaətindədir: “Qeyd edilən dövr ərzində kredit faizlərində elə də dəyişiklik olmadığını görürük. Yəni mənfəətin azalması kreditlərlə bağlı deyil. Səbəb riskli kreditlər portfelinin artması ola bilər. Riskli kreditlər artdığı zaman bu, bankların likvidliyinə, mənfəətinə mənfi təsir göstərir. Digər tərəfdən, əməliyyat mənfəəti də 3,3 faiz azalıb. Bu da ümumi mənfəət azalmasına təsir edir. İnvestisiya xərclərinin artması da digər bir səbəbdir. Banklar qazandıqları mənfəətin bir hissəsini yeni investisiya xərclərinə ayırmış ola bilərlər. Son zamanlar bankların depozit faizlərini qaldırdıqlarını da görürük. Bu, daha çox pul cəlb etmək niyyəti ilə edilir. Statistika da göstərir ki, vətəndaşların depozitləri üçün ödənilən faizlər artırılıb”.

    Mənbə: “Kaspi” qəzeti

  • “Qarabağ”ın qanalı futbolçusu Cənubi Kipr klubuna keçə bilər

    Cənubi Kiprin APOEL klubu “Qarabağ”dan Emmanuel Addaini transfer etməyə yaxındır.

    Bu barədə Cənubi Kipr mətbuatında məlumat yayılıb.

    24 yaşlı qanalı sağ cinah hücumçusu ötən mövsümdən “Qarabağ”da çıxış edir. Onun transfer qiyməti 1.2 milyon avro məbləğində dəyərləndirilir.

    Qeyd edək ki, bu məlumat APOEL tərəfindən hələ rəsmən təsdiqlənməyib.//oxu.az

  • Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq?

    Bakının Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

    Həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

    Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır.

    Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb. Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

    Qeyd edək ki, bu kimi layihələr həyata keçirilərkən əksər hallarda həmin ərazidə yaşayan vətəndaşlar orada tikiləcək evlə, yaxud kompensasiya ilə təmin edilirlər. Bununla yanaşı həmin müddətdə vətəndaşlar müvəqqəti kirayədə yaşamaq məcburiyyətində qalırlar.

    Son günlər “Sovetski” adlanan ərazidə evlərin, həmçinin bugünlərdə Keşlə qəsəbəsində dəmiryol zolağında tikilən evlərin sökülməsi, eləcə də tələbələrin artıq kirayə ev axtarışına başlaması paytaxtda kirayə evlərə tələbatı artırır.

    Kirayə mənzillərə tələbatın artması həmin evlərin kirayə qiymətlərinə təsir edəcəkmi?

    Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, kirayə mənzillərin qiymətində artım iki formada özünü göstərir:

    “Birincisi, mənzillərin sayı az, ancaq tələb həddindən artıq çox olanda. İkincisi, mənzillərin kirayə aylıq qiyməti onların satış qiymətinin 0,5 faiz nisbətini təşkil edərkən bunu görmək olar.

    Yəni bir əmlakın satış qiyməti 100 min manatdırsa, onun aylıq kirayə qiyməti orta hesabla 500 manatdır. Qiymət artıqca kirayə mənzil bazarında da qiymətlər artır. Digər bir tərəfdən, bu gün Bakı şəhərində bir çox ərazilərdə söküntülər gedir.

    Həmin söküntülərin bir qismi dövlət layihəsinə əsasən aparılır, bəziləri isə şirkətlər tərəfindən sökülür. Tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə vətəndaşa sökülən evin yerində inşa edilən yeni binadan evlər verilir.

    Təbii ki, yeni mənzillər təqdim olunana qədər kirayə pulu şirkət tərəfindən aparılır. Ancaq hansı ərazilər dövlət ehtiyacı üçün alınırsa, vətəndaşa kompensasiya olaraq birdəfəlik pul verilir. Vətəndaş həmin pulla digər ərazilərdə özünə ev ala bilir.

    Məhz mənzil axtarıb tapana qədər kirayə vətəndaş bir müddət kirayədə qalmalı olur. Bu da kirayə mənzillərə tələbatın artmasına gətirib çıxarır. Bu baxımdan hər il avqust ayının birinci yarısından başlayaraq sentyabr ayının 15-nə qədər mənzil bazarında ciddi mənzil qıtlığı müşahidə olunur. Bu da özlüyündə qiymət artımına gətirib çıxarır”.

    Ekspertin sözlərinə görə, kirayə evlərə ehtiyacı olan əsas təbəqələrdən biri də tələblərdir ki, dərs müddəti yaxınlaşdıqca onların da kirayə evlərə tələbatı artır:

    “Tələbələrin kirayə mənzil problemləri 30 ildən artıqdır ki, özünü göstərir. Birinci Qarabağ müharibəsinə qədər tələbələrin yataqxanaları var idi ki, onlar həmin yataqxanalarda yaşayırdılar.

    Lakin daha sonra məcburi köçkünlərimizin bir hissəsinin həmin yataqxanalara sığınması tələbələri yataqxanalardan məhrum etdi. Hazırda məcburi köçkünlər həm evlə təmin edilib, həmçinin mərhələli şəkildə onlar öz yurd-yuvalarına qaytarılır.

    Həmin yataqxanalar yaşayış üçün yararsızdır. Ancaq o yataqxanaların torpaq sahələri mövcud olduğuna görə, aidiyyəti qurumlar, həmin ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyi tərəfindən bu torpaq sahələri yeni, daha müasir yataqxanalar inşa oluna bilər ki, bu da tələbələrin böyük hissəsinin ev problemlərini aradan qaldırmış olar.

    Əgər bu addım atılmasa tələbələrin ev problemləri gündən-günə daha da qloballaşacaq. Çünki paytaxtda baş verən söküntülər artıq bu ərazidə olan köhnə tikili binaların, fərdi yaşayış evlərinin sökülməsinə gətirib şıxaracaq ki, bu da ən ucuz kirayə mənzillər həm fərdi yaşayış evləri, həm də köhnə çoxmənzilli yaşayış binalarında idi və onlar söküldükcə ucuz evlər kirayə bazarından çıxmış olur.

    Onların yerində yeni binalar inşa olunduqca buradakı kirayə mənzillərin qiyməti köhnə tikli yaşayış binalarından 2 dəfə baha təklif olunur. Bu da tələbələrə, xüsusilə valideynlərə böyük problem yaratmış olur.

    Məsələn, Yasamal ərazisində 150-300 manat arasında kiçik həyət evləri olur ki, bina evlərində isə 1 otaqlı evlər 350-500 manat arasındadır. Otaqların sayı artdıqca qiymətlər də dəyişir.

    Ümumiyyətlə, paytaxtda bu söküntülər daha sürətli olsa bu ilin sonuna qədər kirayə mənzil bazarında qiymətlər 10-15 faiz arta bilər”.

  • Universitetlərdə təhsil haqları necə olacaq?

    2025/2026-cı tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat və magistratura səviyyələrində illik təhsil haqqı artırılıb. Magistratura səviyyəsində MBA proqramının ixtisaslaşmaları üzrə təhsil haqqı 2500 AZN-dən 2700 AZN-ə, bakalavriat və magistratura səviyyələrində təhsil haqqı məbləği 2300 AZN-dən 2400 AZN-ə qaldırılıb. Artım yeni tədris ilində ADPU-ya qəbul olan tələbələrə şamil olunacaq.

    Ali təhsil müəssisələri təhsil haqqının artırılmasını dəyişən sosial-iqtisadi tələblər, təhsil xidmətlərinin maya dəyərinin artması ilə izah edirlər. Valideyn və tələbələr isə artımdan narahatdırlar.

    Biz də bəzi dövlət və özəl ali məktəblər arasında sorğu keçirərək 2025/2026-cı tədris ilində təhsil haqlarının artıb-artmayacağı və hazırkı təhsil haqları ilə maraqlandıq.

    Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova sorğumuza cavab olaraq bildirdi ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb: “Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədi ilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır”.

    ADA Universitetinin mətbuat xidmətindən bildirildi ki, universitetdə təhsil haqqında artım gözlənilmir: “ADA-da ən aşağı ödənişli ixtisas Qazaxda tədris olunan Təlim və tədrisin metodikası üzrə magistr proqramıdır ki, təhsil haqqı 2500 AZN təşkil edir. Ən yüksək ödənişli ixtisas isə Biznesin idarəedilməsi üzrə magistr proqramıdır – 8.500 AZN”.

    Qeyd edək ki, ADA Universiteti bu ildən I və II qrupun bəzi ixtisasları üzrə dövlət sifarişi əsasında tələbə qəbulu aparacaq. Bu qruplar üzrə ümumilikdə 180 yer ayrılıb.

    Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən verilən məlumata görə, ödənişli təhsildə ixtisaslar üzrə təhsil haqqı aşağıdakı kimi müəyyənləşdirilib: “Tibb ixtisası üçün 6500 AZN, stomatologiya ixtisası üçün 6000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 AZN olaraq dəyişdirilib”.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən sorğumuza “təhsil haqlarının ilə bağlı məlumatı tədris ili başlayandan sonra biləcəyik. Hazırda konkret söz deyə bilmərik”, – deyə cavab verildi. Təhsil haqları isə bakalavr səviyyəsi üçün 2000-2500, magistratura səviyyəsi üçün 2500-3000 AZN arasında dəyişir.

    Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirdi ki, onlarda təhsil haqqı ötən il olduğu kimi qalır. AzTU-da ixtisaslar üzrə ən aşağı təhsil haqqı 1900 AZN, ən yüksək təhsil haqqı isə 2200 AZN-dir.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də (ADMİU) yeni tədris ili üçün heç bir ixtisas üzrə təhsil haqqı artımı nəzərdə tutulmayıb. Universitetin mətbuat katibi Şəhanə Müşfiqin sözlərinə görə, bütün ixtisaslar üzrə təhsil haqları sabit qalıb: “Universitetdə “ən aşağı” və “ən yuxarı” ayırımı yoxdur. Bütün ixtisaslar üzrə ödəniş eynidir”.

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova onlarda da təhsil haqlarının artırılmadığını bildirdi: “Ən yüksək ödənişlər UNEC Biznes məktəbinin bəzi ixtisaslarındadır, ən az ödəniş isə qiyabi təhsil üzrədir”.

    Qeyd edək ki, UNEC-də bakalavriat səviyyəsi üzrə təhsil haqları 1700-2100 AZN arası dəyişir. Magistratura pilləsi üzrə ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği Azərbaycan və rus bölmələri üzrə 2200-5000 AZN, ingilis və türk bölmələri üzrə 2300-5000 AZN-dir.

    Azərbaycan Dillər Universitetinin (ADU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı da təhsil haqları ilə bağlı hər hansı yenilik olmadığını bildirdi.

    Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin sözlərinə görə, təhsil ocağında 2025/26-cı tədris ili üzrə qəbulda heç bir səviyyə üzrə artım nəzərdə tutulmayıb. İxtisaslar üzrə təhsil haqları isə 4000-5000 AZN-dir.
    Azərbaycan-Fransız Universitetinin (UFAZ) ictimaiyyətlə əlaqələr üzrə meneceri Xülya Cəfərova bildirdi ki, UFAZ-da II ixtisas qrupu üzrə ixtisaslarda təhsil haqqı 2500, I ixtisas qrupu üzrə isə 2200 AZN-dir. Keçən tədris ilində də ən yüksək məbləğ 2500 AZN olub. Magistratura pilləsində də təhsil haqqı keçən il olduğu kimidir – 2500-3000 AZN.

    Bakı Musiqi Akademiyasının mətbuat katibi Ofeliya İsgəndərova hələlik təhsil haqlarında dəyişiklik barədə heç bir məlumat verilmədiyini bildirdi.

    Lənkəran Dövlət Universitetinin (LDU) ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın verdiyi məlumata görə, LDU-da 2025/2026-cı tədris ili üzrə həm bakalavriat, həm də magistratura səviyyəsinin bəzi ixtisasları üzrə təhsil haqlarında artım var. Bakalavr səviyyəsinin ixtisasları üzrə ən aşağı təhsil haqqı məbləği 1450 AZN (keçən il 1300 AZN), ən yüksək təhsil haqqı 2000 AZN (keçən il 1800 AZN) təşkil edir.

    Magistratura səviyyəsinin ixtisasları üzrə ən aşağı təhsil haqqı məbləği 1800 AZN (keçən il 1700 AZN), ən yüksək təhsil haqqı 2000 AZN (keçən il 2000 AZN) təşkil edir.

    Naxçıvan Dövlət Universitetinin (NDU) Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova NDU-da 2025/2026-cı tədris ili üçün təhsil haqqı artımı olduğunu bildirdi: “Bizdə ən aşağı təhsil haqqı 1000 manat təşkil edir ki, bu da xarici dil müəllimliyi (fransız, alman, rus dili) ixtisaslarındadır. Tibb ixtisası (2700 AZN) universitetdə ən yüksək təhsil haqqı olan ixtisasdır”.

    Mingəçevir Dövlət Universitetinin (MDU) ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadənin sözlərinə görə, universitetdə istər 2024/2025-ci tədris ili, istərsə də cari tədris ilində təhsil haqqında artım olmayıb: “Universitetdə təhsil haqları fakültə və ya ixtisas fərqi olmadan standartdır. Bakalavriat səviyyəsi üzrə əyanidə 1600, qiyabidə 1400, magistratura səviyyəsində 1700 və MBA təhsilində isə 2000 AZN”.

    Mənbə: “Kaspi” qəzeti

  • Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər – VİDEO

    AzTV Xəbər komandası Zəngəzur dəhlizinin sıfır nöqtəsindən ən son görüntüləri təqdim edib.

    Azərbaycan və ABŞ prezidentləri, həmçinin Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşlərdə ölkəmizin tələblərindən biri də Azərbaycanın ayrılmaz hissəsi Naxçıvana hərəkətin maneəsiz təmin olunması idi.

    AzTV-nin müxbiri təməli 2021-ci ilin oktyabrında qoyulan Zəngəzur dəhlizindən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolundan keçib Ermənistan sərhədinə qədər gedib.

    Zəngəzur dəhlizinin başlanğıcından yeni görüntünü təqdim edirik: