İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Rikkardo Kalafyori və hücumçusu Kay Havertz zədələrini sağaldaraq kollektiv məşqlərə qatılıblar.
Month: August 2025
-
“Arsenal”ın futbolçuları zədələrini sağaldaraq məşqlərə qatılıblar
“Report”un “The Athletic”ə istinadən məlumatına görə, futbolçular mövsümöncəsi son yoldaşlıq matçı ərəfəsində sıraya dönüblər.Qeyd edək ki, K.Havertz 2024/2026 mövsümündə meydana çıxdığı 36 matçda 15 qola, 3 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı müdafiəçi isə 29 görüşdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. -
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
“BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın Birgə Bəyannamə imzalamasını alqışlayır və bunu iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edir”.
Bu barədə təşkilat rəhbərinin ofisinin yaydığı məlumatda deyilir.“Baş katib Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın davamlı dialoq, Prezident Donald Trampın isə danışıqlara sadiqliyini alqışlayır. Baş katib Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyir”, – deyə bəyanatda vurğulanır./Oxu.Az -
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən iş günlərində sərnişin qatarlarının Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət cədvəlində dəyişiklik edilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.Bildirilib ki, yeni qrafikə əsasən Bakıdan və Sumqayıtdan qatarların hərəkət saatı aşağıdakı kimi təyin edilir:Bakı–Xırdalan: saat 06:00, 07:25, 07:42, 09:15, 16:30, 18:50, 19:15, Bakı–Xırdalan–Sumqayıt: saat 17:00, 17:25, 18:20, 20:35, Sumqayıt–Xırdalan–Bakı: saat 07:55, 08:10, 09:25, 19:10, Xırdalan–Bakı: saat 06:50, 08:07, 08:14, 08:25, 08:32, 09:44, 10:05, 17:26, 19:29, 19:40, 20:00, Bakı–Pirşağı–Sumqayıt: saat 06:25 (ekspres), 06:37, 06:50 (ekspres), 08:00, 08:13, 08:30, 08:50, 09:10, 10:00, 11:00, 12:05, 15:00, 15:50, 16:20, 16:50, 17:50, 18:15, 18:30, 18:55, 19:15, 19:35, 20:10, 20:35, 21:00, 22:00, 22:30, Sumqayıt–Pirşağı–Bakı: saat 06:20, 07:00, 07:13, 07:25, 07:40, 07:50, 08:20 (ekspres), 09:05, 10:15, 10:40, 11:00, 12:00, 15:00, 16:00, 16:50, 17:20, 17:50, 18:10, 18:30, 18:50, 19:30, 19:55 (ekspres), 20:10, 20:35, 21:10, 22:00Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.ADY sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir. -
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.“VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq avtomobil təmir sexinə və sexdə olan “Mercedes” markalı avtomobillə çırpılıb.Qəza nəticəsində, 1996-cı il təvəllüdlü T.İbrahimov, 1992-ci il təvəllüdlü M.Həsənli və 2002-ci il təvəllüdlü K.Mehdizadə xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır. -
“Hizbullah”ın xüsusi təyinatlılarının komandiri məhv edildi
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda Aytarun-Aynata magistral yolu ilə hərəkət edən avtomobili atəşə tutub. Nəticədə “Hizbullah” hərəkatının silahlı qanadının üzvlərindən biri həlak olub.
Bu barədə “Sky News Arabia” Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ölən Hadi Əli Xanəfir Radvan xüsusi təyinatlıların komandiri olub. Qeyd olunub ki, əvvəllər ona bir neçə sui-qəsd cəhdi edilib.
-
Ekspert: “Azərbaycan və Ermənistanın barışması Qazaxıstan üçün yeni perspektivlər açır”
“Azərbaycan və Ermənistan arasındakı münaqişənin tam həlli Qazaxıstan üçün yeni imkanlar yarada bilər”.
Bu barədə qazaxıstanlı siyasi şərhçi Qaziz Abişev iki ölkə arasında imzalanmış ilkin sülh sazişi ilə bağlı fikirlərini bölüşərkən bildirib.Ekspertin sözlərinə görə, Bakı limanından Ermənistan ərazisindən keçərək Türkiyəyə uzanan quru marşrutu Orta Dəhlizin bir hissəsi kimi, bu dəhliz boyunca yerləşən bütün ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar gətirə bilər.
Abişev xatırladıb ki, Azərbaycan və ABŞ Anlaşma Memorandumu imzalayıb, Ermənistan isə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin ABŞ idarəçiliyinə verilməsi barədə razılığa gəlib. Bu marşrut bundan sonra “Tramp Marşrutu” (TRIPP) adlanacaq.
Ekspert qeyd edib ki, Qırğızıstan və Tacikistan artıq sərhəd məsələlərini həll edib və Çinlə iqtisadi əlaqələrini genişləndirirlər.
“Ermənistan və Azərbaycanı, azı formal olaraq, ABŞ barışdırır. Postsovet məkanı son ayrılma mərhələsini yaşayır. ABŞ-nin Cənubi Qafqaza sürətli irəliləyişi regiondakı qüvvələr balansını və əhval-ruhiyyəni nümayiş etdirir”, – deyə Abişev vurğulayıb.
Onun sözlərinə görə, baş verən dəyişikliklər qonşu ölkələrə də təsir göstərə bilər:
“Gürcüstan-Ermənistan-Azərbaycan xətti regionda Qərbin mövqelərinin möhkəmlənməsində mühüm amil ola bilər”, – deyə ekspert yekunlaşdırıb.
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə telefon danışığı keçirib
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən ABŞ prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib.
Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların vacibliyini bildirib.
Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı sərmayələrin, o cümlədən Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr, SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında imzalanmış Pay Bölgüsü Sazişinin önəmi vurğulanıb.
-
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
Ağdaşda 35 yaşlı kişinin ölümünün təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Xosrov kənd sakini, 1990-cı il təvəllüdlü Saleh Əlağa oğlu Tahirov kənddə avtomobil qaynaqçısı işləyirmiş.
S.Tahirov avqustun 8-də saat 16 radələrində kənd ərazisində “Belarus” markalı traktorda qaynaq işləri görən zaman ehtiyatsızlıq edib.
Belə ki, o, iş zamanı elektrik naqilinə toxunub və nəticədə elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə ölüb.
-
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
“Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır və hər iki ölkə ilə işləməyə hazırdır”.
Bu barədə NATO-nun mətbuat katibi Allison Hart bildirib.
“NATO bu prosesə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür edir”, – Hart “X” səhifəsində qeyd edib.
Onun sözlərinə görə, NATO bu hadisələri “regional təhlükəsizliyə doğru mühüm addım” hesab edir.
-
ATƏT: “8 avqust Bəyannaməsi bölgədə dayanıqlı sülhün əsasını qoyur”
“ATƏT Vaşinqtonda imzalanmış 8 avqust Birgə Bəyannaməsini alqışlayır”.
Bu barədə ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanatda bildirilir.
“Azərbaycan və Ermənistanı bu inkişaf münasibətilə təbrik edir, ABŞ Prezidenti Donald Trampın prosesin reallaşmasındakı rolunu yüksək qiymətləndiririk”, – deyə bəyanatda vurğulanıb.
Qurumdan bildirilib ki, ATƏT hər iki ölkədə dayanıqlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün səylərə sadiq qalır.
“ATƏT avqustun 8-də qəbul edilmiş Birgə Bəyannamənin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır”, – deyə açıqlamada vurğulanıb.









