Month: August 2025

  • Salyanda Kür çayında yaşlı kişi meyiti tapılıb

    Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşrar olunub.

    Hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb.

    İlkin məlumata görə, qeyd olunan ərazidə şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyiti aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

    Hazırda meyitin şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • Kiyevdə azərbaycanlı Rusiyanın raket zərbələri nəticəsində həlak olub

    Kiyevə Rusiya ordusunun avqustun 28-də endirdiyi raket zərbələri nəticəsində həlak olanlar arasında azərbaycanlı da var.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna paytaxtının Xarkovsk rayonunda, beşmərtəbəli binanın dağıntılarının altından azərbaycanlının meyiti çıxarılıb.

    Raket zərbələri nəticəsində ölən əslən Bakıdan 60 yaşlı Zəkiyev Ramiz olduğunu müəyyən edilib.

  • Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

    Ağdamda şiddətə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır, onların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır.

    Vurğulanıb ki, hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

    Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

    Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

  • В Азербайджане выявлены нарушения на предприятиях по розливу питьевой воды

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) выявило нарушения на ряде объектов по розливу питьевой воды.

    Как сообщили в агентстве, проверки проводились с июля текущего года.

    Для лабораторных исследований было отобрано 39 образцов с предприятий по производству питьевой воды и 47 образцов из модульных аппаратов, установленных во дворах и вдоль дорог.

    В результате проверок в 20 предприятиях и одном аппарате зафиксировано микробиологическое загрязнение. Кроме того, на ряде объектов выявлены нарушения санитарно-гигиенических норм.

    До устранения нарушений в отношении предприятий приняты ограничительные меры, к их владельцам применены административные санкции.

  • Monitorinqlər çərçivəsində 20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin iyul ayından etibarən mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb edilib.

    Yoxlama zamanı 20 su emalı müəssisəsindən və bir su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

    Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb.

  • Азербайджан и Казахстан снимут совместный художественный фильм

    Азербайджан и Казахстан планируют снять совместный художественный фильм.

    Об этом заявил посол Казахстана в Азербайджане Алим Байель в ходе открытия “Месяца казахстанской кинематографии” в Азербайджане.

    Слова дипломата приводятся в сообщении, опубликованном на официальном сайте посольства Казахстана в Баку.

    Посол рассказал о развитии казахского кинематографа, обратил внимание на рост интереса к изучению истории в обеих странах и высоко оценил съемки исторических фильмов в Казахстане и Азербайджане.

    “Дипломат подчеркнул необходимость продвижения таких инициатив, как важного фактора укрепления тюркской идентичности и единства. Посол также сообщил, что Казахстан и Азербайджан планируют снять совместный художественный фильм”, – говорится в сообщении.

    Отметим, что в Азербайджане стартовал “Месяц казахстанской кинематографии” с показом фильма Айдына Сахамана о легендарном музыкальном ансамбле “Дос-Мукасан”.

    Азербайджанской аудитории также была представлена картина Олжаса Нурбая “Мошенники”, демонстрирующая наиболее распространенные схемы обмана людей и способы их предотвращения.

    Заключительной лентой киномарафона стал исторический фильм Айдына Сахамана “Казахское ханство. Алмазный меч”, действие которого разворачивается в XV веке, когда ханы Керей и Жанибек основали новое государство.

  • Azərbaycan və Qazaxıstan birgə bədii film çəkəcəklər

    Azərbaycan və Qazaxıstan birgə bədii film çəkməyi planlaşdırırlar.

    Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycanda “Qazaxıstan kinematoqrafiyası ayı”nın açılışı zamanı bildirib.

    Diplomatın sözləri Qazaxıstanın Bakıdakı səfirliyinin rəsmi saytında dərc edilmiş məlumatda yer alıb.

    Səfir Qazaxıstan kinematoqrafiyasının inkişafından danışıb, hər iki ölkədə tarixə marağın artmasına diqqət çəkib. Bundan əlavə, Qazaxıstan və Azərbaycanda tarixi filmlərin çəkilişini yüksək qiymətləndirib.

    “Diplomat türk kimliyinin və birliyinin möhkəmləndirilməsinin mühüm amili kimi belə təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb. Səfir həmçinin bildirib ki, Qazaxıstan və Azərbaycan birgə bədii film çəkməyi planlaşdırırlar”, – məlumatda vurğulanıb.

    Qeyd edək ki, Azərbaycanda “Qazaxıstan kinematoqrafiyası ayı” Aydın Saxamanın əfsanəvi “Dos-Mukasan” musiqi ansamblı haqqında filminin nümayişi ilə başlayıb.

    Azərbaycan auditoriyasına həmçinin Oljas Nurbayın “Fırıldaqçılar” filmi təqdim edilib ki, bu da insanların aldadılmasının ən geniş yayılmış sxemlərini və onların qarşısının alınması yollarını nümayiş etdirir.

    Kinomarafonun son filmi Aydın Saxamanın “Qazaxıstan xanlığı. Almaz qılınc” tarixi filmi olub. Filmin hadisələri XV əsrdə, Kerey və Janibek xanlarının yeni dövlət qurduğu dövrdə cərəyan edir.

  • Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb

    2024-cü ildə Azərbaycanda istehsal olunan minik avtomobillərinin 4 996 ədədi və ya 83,3 %-i Hacıqabul rayonunun payına düşüb.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, 2023-cü ilə nisbətən Hacıqabulda istehsal 1 857 ədəd və ya 59 %, 2022-ci ilin göstərici ilə müqayisədə isə 3 657 ədəd və ya 3,7 dəfə artıb.

    Hacıqabulda ötən il həmçinin 188 ədəd (1 il əvvələ nisbətən 55 % az, son 3 ildə – 8 dəfə çox) yük avtomobili, 120 ədəd (+7 % və +8 %) ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.

    Ötən il həmçinin Neftçala rayonunda 690 ədəd (+23 % və +1,2 %), Naxçıvan Muxtar Respublikasında isə 312 ədəd (+87 % və +11 dəfə) minik avtomobili istehsal edilib.

    Xatırladaq ki, Azərbaycanda minik avtomobillər Neftçala Avtomobil Zavodunda, Hacıqabul Sənaye Parkındakı avtomobil zavodunda və muxtar respublikada yerləşən Naxçıvan Avtomobil Zavodunda istehsal edilir.

  • Bakı ilə İrəvan arasında normallaşma prosesi Gürcüstanda müzakirə edilib

    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ABŞ-nin müvəqqəti səlahiyyətli səfiri Alan Persell ilə görüşü zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişini müzakirə edib.

    Bu barədə “Report” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir.

    Nazirliyin məlumatına görə, danışıqlar zamanı tərəflər Gürcüstan və ABŞ arasında əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib, ikitərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. M.Kvirivişvili qeyd edib ki, Tbilisi Vaşinqtonla münasibətlərin yenidən qurulmasında və strateji qarşılıqlı əlaqələrin bərpasında maraqlıdır.

    M.Kvrivişvili Prezident Donald Trampın sülh təşəbbüslərinin, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişinin əhəmiyyətini vurğulayıb ki, bu da onun sözlərinə görə, bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açıb. Nazir əlavə edib ki, Vaşinqtonda əldə edilən nəticələr Gürcüstan hökumətinin prioriteti olan sülh və sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir.

    Tərəflər həmçinin ticarət, investisiya və nəqliyyat daxil olmaqla iqtisadi əməkdaşlığın geniş spektrini nəzərdən keçiriblər. O cümlədən, Gürcüstan hökumətinin Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün həyata keçirdiyi və planlaşdırdığı infrastruktur layihələri də müzakirə olunub.

  • В Нахчыване будут обновлены абонентские коды водоснабжения

    С 1 сентября в Нахчыванском городском управлении водоканала Объединенной службы водоснабжения крупных городов начнется внедрение новой Программы информационной системы абонентов.

    Как сообщает Median.Az со ссылкой на Госагентство водных ресурсов Азербайджана, с этой даты все действующие абонентские коды будут заменены новыми.

    Прием платежей по старым абонентским кодам будет прекращен с 20:00 29 августа.

    По всем вопросам в связи с внедрением новой системы можно обратиться в Нахчыванское городское управление водоканала по телефону +994(36) 545 01 93 или в колл-центр 955.