Month: August 2025

  • İş başında infarkt keçirən polkovnik VƏFAT ETDİ – FOTO

    Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədov dünyasını dəyişib.

    O, ötən axşam iş başında infarkt keçirib.

    Həkim nəzarətində olsa da, R.Əsədovun həyatını xilas etmək mümkün olmayıb.

  • Следствие узнало псевдонимы фигурантов дела о теракте в “Крокусе”

    Следователи установили псевдонимы, которыми пользовались фигуранты дела о теракте в подмосковном “Крокус сити холле”, у некоторых обвиняемых были одинаковые прозвища.

    Об этом следует из судебных документов.

    Так, непосредственные исполнители Шамсидин Фаридуни, Далерджон Мирзоев, Муродали Рачабализода, Мухаммадсобир Файзов в целях конспирации называли друг друга соответственно “Абдуллох”, “Сухроб”, “Ибрагим” и “Солех”.

    В свою очередь, Якубджони Юсуфзода имел псевдоним “Якуб”, Мухаммад Шарипзода – “Абу-Хатоб”, Умеджон Солиев – “Мухаммад”, Шахромджон Гадоев – “Анас”. Находящийся в розыске Алохимхон Беков получил прозвище “Абу Мунзир”.

    Назримад Лутфуллои и Джумахон Курбонов имели один и тот же псевдоним – “Акбар”,

    Кроме того, Мустаким Солиев и Зубайдулло Исмоилов представлялись как “Собир”.

    Напомним, ранее сообщалось, что исполнители теракта в “Крокус сити холле” не знали имен друг друга. Они использовали псевдонимы и специальные речевые обороты (сленг).

    4 августа 2025 года Второй Западный окружной военный суд продлил срок содержания под стражей для 19 обвиняемых по делу о теракте в “Крокус сити холле”. Они останутся под арестом до 7 января 2026 года.

  • “Crocus” terrorçularının GİZLİ ADLARI açıqlandı

    Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı işin təqsirləndirilən şəxslərinin istifadə etdikləri ləqəblər istintaq tərəfindən müəyyən edilib.

    Bu barədə aif.ru məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

    Məlum olub ki, bəzi təqsirləndirilən şəxslər eyni ləqəblərdən istifadə ediblər.

    Terror aktını bilavasitə həyata keçirən Şamsiddin Fariduni, Dalercon Mirzoyev, Murodali Raçabalizoda və Muhammadsobir Fayzov konspirasiyanı təmin etmək məqsədilə bir-birilərini müvafiq olaraq “Abdullo”, “Suxrob”, “İbrahim” və “Solex” adlandırıblar.

    Öz növbəsində, Yakubconi Yusufzoda “Yakub”, Muhammad Şaripzoda “Abu Xatob”, Umecon Soliyev “Muhammad”, Şahromcon Qadoyev isə “Anas” ləqəbləri ilə tanınıblar. Hazırda axtarışda olan Alohimxon Bekov “Abu Munzir” ləqəbi ilə çağırılıb.

    Diqqət çəkən məqam odur ki, Nazrimad Lutfulloi və Cumaxon Qurbonov eyni ləqəbdən – “Akbar” adından istifadə ediblər.

    Bundan əlavə, Mustakim Soliyev və Zubaydulla İsmoilov özlərini “Sobir” kimi təqdim ediblər.

    Qeyd edək ki, bundan əvvəl xəbər verilmişdi ki, terror aktını həyata keçirənlər bir-birilərinin əsl adlarını bilməyiblər. Onlar ləqəblərdən və xüsusi danışıq ifadələrindən (jarqon) istifadə ediblər.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

    2025-ci il avqustun 4-də İkinci Qərb dairə hərbi məhkəməsi “Crocus City Hall”da terror aktı ilə bağlı işdə təqsirləndirilən 19 nəfərin həbs müddətini uzadıb. Onlar 2026-cı il yanvarın 7-dək həbsdə saxlanılacaqlar.

  • В Военной прокуратуре Азербайджана произведено новое назначение – Фото

    В Военной прокуратуре Азербайджана произведено новое назначение

    Как сообщает AПA, соответствующий приказ подписал генеральный прокурор Кямран Алиев.

    Согласно приказу, полковник юстиции Айдын Абдулла оглу Алескеров назначен начальником отдела по организации работы с документами и обращениями.

  • Hərbi Prokurorluqda yeni təyinat olub – FOTO

    Hərbi Prokurorluqda yeni təyinat olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, ədliyyə polkovniki Aydın Abdulla oğlu Ələsgərov Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, artıq bir müddətdir Hərbi Prokurorluqda islahatlar davam etdirilir.

  • Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədrinin ƏMLAKININ SİYAHISI

    Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük “əmlak imperiyası”na sahib olduğu məlum olub. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo” dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib.

    Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır:

    – Xətai rayonunda – Ağ şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində yeddi lüks mənzil;

    – Elə həmin rayonda, Ağ şəhərdə, Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715.3 m² olan böyük obyekt;

    – Səbail rayonunda, Üzeyir Hacıbəyov və Neftçi Qurban Abbasov küçələrində üç mənzil;

    – Xəzər rayonu, Şüvəlan qəsəbəsində biri 875.6 m² sahəyə malik olmaqla iki villa tipli bağ evi;

    – Pirallahı rayonunda bağ evi;

    – Xəzər və Qusar rayonlarında torpaq sahələri.

    Bu əmlakın hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq. Son ilin ən böyük korrupsiya cinayətini hakim Leyla Əsgərova-Məmmədova araşdıracaq.

  • Kamçatkada növbəti zəlzələ olub

    Kamçatkada 5.7 bal gücündə zəlzələ baş verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

    Seysmoloqların məlumatına görə, mənbə 82.3 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskdan 342 km aralıda qeydə alınıb. Zəlzələnin nə dərəcədə hiss olunduğu ilə bağlı hələlik məlumat yoxdur.

    Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Zəlzələdən sonra çox sayda afterşok qeydə alınıb.

  • Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən AZAD EDİLDİ

    Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Rəşad Xəlil oğlu Xudiyev vəzifəsindən azad edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sərəncam imzalayıb.

    Qeyd edək ki, Rəşad Xudiyev 27 may 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsinə təyin olunmuşdu.

  • Скончалась профессор Аида Тагизаде

    Скончалась заслуженный деятель искусств, профессор Аида Тагизаде.

    Как сообщает Median.Az, она ушла из жизни сегодня утром в возрасте 91 года.

  • Professor Aida Tağızadə VƏFAT EDİB

    Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə vəfat edib.

    O, 91 yaşında dünyasını dəyişib.

    Onun bu gün səhər saatlarında dünyasını dəyişdiyi bildirilir.