Month: August 2025

  • Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək

    Sentyabrın 1-dən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan şəhər Sukanal İdarəsində yeni Müştəri İnformasiya Sistemləri Proqramının tətbiqinə başlanılacaq.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, bu tarixdən bütün mövcud abonent kodları yenisi ilə əvəzlənəcək. Yeni abonent kodları da həmin tarixdən etibarən təqdim olunaraq bildirişlərin üzərində qeyd ediləcək. Yenilik çərçivəsində mövcud abonent kodları vasitəsilə ödənişlərin qəbulu avqustun 29-u saat 20:00-dan dayandırılacaq, 1 sentyabrdan yeni veriləcək abonent kodları üzərindən davam etdiriləcək.

    Yeni sistemin tətbiqi ilə əlaqədar yaranacaq hər hansı bir sualla bağlı Naxçıvan şəhər Sukanal İdarəsinin +994(36) 545 01 93 nömrəsi və ya “955” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

    Xidmət səviyyəsinin artırılması, abonent bazasının təkmilləşdirilməsi, daha da artırılması, elektron nəzarət imkanının yaradılmasına xidmət edən yenilik bilavasitə abonent məmnuniyyətinin yüksəldilməsinə səbəb olacaq.

    Abonentlərlə işin şəffaflığı, vahid müştəri bazasının formalaşdırılması, mərkəzləşdirilmiş sistemin təkmil qurulması, ödənişlərin asanlaşdırılması baxımından yeni sistemə keçid olunub.

    Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin digər sukanal idarələri də abonentlərlə əlaqəni MİS vasitəsilə həyata keçirir.

  • Ukraynada sülh prosesinin perspektivləri müzakirə edilib

    İsveçrə Prezidenti Karin Keller-Sutterin Berndə Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşü zamanı Ukrayna ətrafında sülh prosesinin perspektivləri müzakirə edilib.

    Median.Az İsveçrə hökumətinin portalına istinadən xəbər verir ki, Karin Keller-Sutter İsveçrənin beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynada ədalətli və davamlı sülhə nail olunmasına kömək etməyə hazır olduğunu vurğulayıb.

    Bundan əlavə, tərəflər Federal Şuranın Ukrayna üzrə nümayəndəsi Jak Gerber və Ukraynanın bərpası prosesinə əhəmiyyətli töhfə verən İsveçrə biznes nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

  • В Баку и на Абшероне завтра осадков не ожидается

    В Баку и на Абшеронском полуострове 29 августа будет преимущественно без осадков, временами усиливающийся северо-западный ветер стихнет в течение дня.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    Температура воздуха составит ночью 20-24, днем – 29-33 градуса тепла. Атмосферное давление составит 762 мм ртутного столба, относительная влажность воздуха составит ночью – 60-70%, днем – 35-40%.

    Завтра в регионах Азербайджана также ожидается в основном без осадков, ночью и утром в некоторых горных районах возможен туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха составит ночью 20-25, днем 34-39, ночью 10-15, днем в горах 20-25 градусов тепла.

  • Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

  • Azərbaycanın sığorta bazarı 13 %-ə yaxın böyüyüb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur.

    Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,7 % çoxdur.

    7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.

  • Avtomobillə alimi vurub öldürməkdə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib

    Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.

    Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib.

    Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub:

    “Biz barışıq üçün pul təklif etmişik. Müəyyən müddətə aylıq ödəniş ediləcəyini də bildirimişik. Hazırda onlardan cavab gözləyirik. Zərərçəkənlərlə barışmaq üçün cəhdləri davam etdiririk”.

    Azər Maqsudov deyib ki, qarşı tərəflə barışığa hazırdır. O da zərərçəkən tərəfdən bununla bağlı cavab gözlədiyini deyib.

    Növbəti iclas sentybarın 8-nə kimi təxirə salınıb.

    Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

    Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

    A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

  • Лидеры 26 стран соберутся в Китае на празднование победы во Второй мировой войне

    В праздничных мероприятиях в Китае по случаю 80-летия победы в Войне сопротивления китайского народа японским захватчикам и Второй мировой войне примут участие лидеры 26 стран мира.

    Об этом сообщает Синьхуа со ссылкой на помощника министра иностранных дел КНР Хун Лэя.

    Отмечается, что 3 сентября Китай проведет масштабный военный парад.

  • 26 ölkənin lideri Çinə səfər edəcək

    İkinci dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Çində keçiriləcək bayram tədbirlərində dünyanın 26 ölkəsinin liderləri iştirak edəcəklər.

    Bu barədə “Sinxua” Çin xarici işlər nazirinin köməkçisi Hun Leyə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, Çin sentyabrın 3-də böyük hərbi parad keçirəcək.

  • Bir gündə Günəşdə ən azı 100 yeni ləkə peyda olub

    Son 24 saat ərzində Günəşdə ən azı 100 yeni ləkə peyda olub.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

    Bildirilib ki, kosmosdan gələn ziddiyyətli siqnallar və yerüstü məlumatlar səbəbindən növbəti 24 saat ərzində Günəş aktivliyi ilə bağlı proqnoz qeyri-müəyyən olaraq qalır:

    “Bir tərəfdən Günəşdə çoxlu sayda böyük ləkələr var ki, bu da alov enerjisinin əhəmiyyətli ehtiyatlarının olduğunu göstərir. Bundan əlavə, Günəşin fon rentgen şüalanması artıq bir neçə gündür ki, C məşəl səviyyəsini keçib, yəni müəyyən mənada bütün bu günlər ərzində Günəşdə bir davamlı məşəl davam edir. Digər tərəfdən, son 24 saat ərzində günəş alovu spamları açıq şəkildə azalıb və məşəl qrafiki getdikcə düz xətt kimi görünür”,

    Alimlər iddia edirlər ki, baş verənlərin heç də xoşagəlməz izahı Günəşin sadəcə olaraq böyük partlayışlar üçün enerji toplamaq rejiminə keçməsi və özünü xırda hadisələrə sərf etməyi dayandırması ola bilər:

    “Əgər belədirsə, yaxın gələcək xoşagəlməz sürprizlər gətirə bilər, xüsusən də nəzərə alsaq ki, ən böyük aktiv mərkəzlər hazırda Yer kürəsinə birbaşa təsir zonasındadır. Təbii ki, baş verənlərə optimist baxış ola bilər: Altı günlük aktivlikdən sonra ulduz nəhayət partlayıcı enerjisini tükəndirib və indi tədricən soyuyur. Yüksək səviyyəli X-məşəlləri üçün enerjinin yığılması adətən bir və ya iki gün çəkir”.

  • Экс-главу Минздрава Польши избили за ковидные ограничения

    Экс-министра здравоохранения Польши (2020-2023) Адама Недзельского избили в населенном пункте Седлец в Велькопольском воеводстве на западе Польши за проводимую им политику во время эпидемии COVID-19.

    Об этом сообщила радиостанция RMF24.

    По ее сведениям, напавшие на политика мужчины громко критиковали решения Недзельского во время эпидемии COVID-19 в стране.

    Уточняется, что бывший министр не получил серьезных травм, а нападавшие были взяты под стражу местной полицией. Допрос задержанных состоится в четверг, 28 августа.