Month: August 2025

  • Polşanın keçmiş səhiyyə naziri COVID-19-a görə döyülüb

    Polşanın keçmiş səhiyyə naziri Adam Niedzelski pandemiya zamanı apardığı siyasətə görə döyülüb.

    Bu barədə “RMF24” məlumat yayıb.

    Hadisə Polşanın qərbindəki Velkopolskie voyevodalığının Siedlts şəhərində baş verib.

    Qeyd olunub ki, hücum edən şəxslər ölkədə COVID-19 epidemiyası zamanı keçmiş nazirin qərarlarını yüksək səslə tənqid ediblər.

    Adam Niedzelskinin ciddi xəsarət almadığı, hücum edənlərin yerli polis tərəfindən saxlanıldığı bildirilir. Hücum edən şəxslərin dindirilməsi cümə axşamı, avqustun 28-də baş tutacaq.

  • Anasının məzar daşını düzəltdirmək üçün oğurluq etdi

    Bakının Nizami rayonunda fəaliyyət göstərən mağazalardan birində oğurluq hadisəsi baş verib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, mağazadan 3 968 manat dəyərində mobil telefon və müxtəlif aksesuarlar oğurlanıb. Hadisəni törədən şəxs obyektə saxlanc yerinin dam örtüyünü sındırmaqla daxil olub.

    Mağaza sahibi hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən P.Bağırov adlı şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı P.Bağırov verilmiş ittihamla özünü təqsirli bilib. O, qeyd edib ki, hadisəni anasının məzar daşını düzəltdirmək üçün törədib. Təqsirləndirilən şəxs mərhum anasının 40 mərasiminin yaxınlaşdığını, lakin məzar daşını düzəltdirmək üçün maddi imkanı olmadığını, bu səbəbdən də oğurluq edərək vəziyyətdən çıxmağı düşündüyünü deyib.

    Məhkəmənin hökmü ilə P.Bağırova iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şəxs qismində tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu

    Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) 2026-cı il mayın 18-22-də baş tutacaq.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, genişmiqyaslı tədbir Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

    Qeyd edək ki, Dünya Şəhərsalma Forumu şəhərsalma, urban inkişaf və dayanıqlı şəhərlər mövzusunda beynəlxalq mütəxəssisləri bir araya gətirən nüfuzlu platformadır. Tədbir iştirakçılara innovativ şəhər layihələri, yeni texnologiyalar və urban inkişaf təcrübələrini müzakirə etmək imkanı yaradacaq.

    Xatırladaq ki, BOS daha öncə COP-29 kimi genişmiqyaslı tədbirə də ev sahibliyi etmişdi.

  • Sabirabad sakini 87 yaşlı anasını güllələyərək yaralayıb, özünü isə öldürüb

    Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

    Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası Nizami kənd sakini, 1938-ci il təvəlüdlü Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.

    S.Hüseynova Şirvan xəstəxanasına çatdırlaraq əməliyyata götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Коррупционный скандал в Минздраве: начался суд над экс-чиновницами

    В Бакинском суде по тяжким преступлениям состоялось предварительное заседание по делу бывших высокопоставленных сотрудников Министерства здравоохранения, обвиняемых в получении взяток за незаконную медицинскую деятельность.

    Согласно информации Oxu.Az, на заседании под председательством судьи Махиры Керимовой были уточнены анкетные данные обвиняемых: бывшего начальника отдела человеческих ресурсов, науки и образования Минздрава Саиды Рустамовой, бывшего главного специалиста – старшего инспектора того же отдела Ругии Магеррамовой и экс-руководителя отдела аккредитации Центра общественного здравоохранения и реформ Летафет Джаббаровой.

    После совещания было принято решение о передаче уголовного дела на судебное рассмотрение. Первое заседание по существу назначено на 11 сентября.

    По данным расследования, проведенного Главным управлением по борьбе с коррупцией при генеральной прокуратуре, обвиняемые создали целую коррупционную сеть, которая занималась незаконной выдачей разрешений на изменение врачебных специальностей, допуском к сертификационным экзаменам для получения права на медицинскую или фармацевтическую деятельность, включая пластическую хирургию, а также обеспечением фальшивыми сертификатами с фиктивными оценками.

    Следствием установлено, что Саида Рустамова не только получала взятки от многочисленных лиц за оказание незаконных услуг, но и оказывала противоправное влияние на решения должностных лиц, а также легализовала полученные преступным путем денежные средства через приобретение недвижимости.

    На основании собранных доказательств Саиде Рустамовой предъявлены обвинения по статьям 193-1.3.2 (легализация имущества, полученного преступным путем, в значительном размере), 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия), 311.3.1, 311.3.2, 311.3.3 (получение взятки группой лиц по предварительному сговору, неоднократно, в крупном размере), 312-1.1 (торговля влиянием) и 313 (служебный подлог) Уголовного кодекса.

    Ругии Магеррамовой и Летафет Джаббаровой предъявлены обвинения в пособничестве в совершении вышеуказанных преступлений по соответствующим статьям Уголовного кодекса.

    По ходатайству следственного органа и представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Бинагадинского районного суда в отношении обвиняемых избраны меры пресечения в виде домашнего ареста (основная) и отстранения от должности (дополнительная).

    Следует отметить, что уголовное дело в отношении других лиц, участвовавших в совершении указанных преступлений, выделено в отдельное производство, и предварительное следствие по нему продолжается.

  • Plastik cərrahiyyə imtahanına icazə müqabilində aldığı rüşvəti daşınmaz əmlaka yatırdı – MƏHKƏMƏ

    Qanunsuz tibbi fəaliyyətə görə rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmova və həmin şöbənin sabiq baş mütəxəssis-böyük inspektoru Ruhiyyə Məhərrəmova və əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarovanın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

    Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Baxış iclası sentyabrın 11-nə təyin edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməklik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməklik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

    Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

  • Ağdamda döyülən uşaqların anası yenə hamilədir – Video

    Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ana, Sevinc Telman qızı Rəhimova üçüncü övladına hamilədir.

    Azyaşlıların atası Sadiq Rəhimov isə daha çox “TikTok”da etdiyi paylaşımlarla diqqət çəkir. Belə ki, onun sosial şəbəkədə paylaşdığı qəribə paylaşımlar izləyicilər tərəfindən də birmənalı qarşılanmır.

    Əldə etdiyimiz digər məlumata görə, hazırda uşaqların sənədləri hazırlanır və azyaşlılar müalicə və müayinələri bitdikdən sonra körpələr evinə yerləşdiriləcəklər.

    Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

    Bu gün ailənin yaşadığı evə gedilib. Lakin qapı bağlı olub və nə evdə, nə də ətrafda adam olub.

    Həmin məkandan çəkilən görüntüləri təqdim edirik:

  • Rəcəb Tayyib Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər.

    Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.

    Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.

  • Babək Quliyev UEFA-dan yeni təyinat alıb

    Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

    O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

    Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.

  • Türkiyədə klub prezidenti güllələndi – Video

    Türkiyədə Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç İstanbulun Çekmeköy rayonundakı kafelərdən birində güllələnib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti yemək yediyi zaman naməlum şəxs ona yaxınlaşaraq atəş açıb. Başından güllə yarası alan Meriç xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

    Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Hücum anı təhlükəsizlik kamerasına düşüb.
    //unikal.az