Month: August 2025

  • Bakıda uşaq suda boğuldu

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • İmamoğlunun vəkili də saxlanıldı

    İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun vəkili Nusret Yılmaz Trabzonda “rüşvətxorluğa vasitəçilik etmək” ittihamı ilə saxlanılıb.

    Median.Az CNN Türk-ə istinadən xəbər verir ki, vəkil polisin müşayəti ilə Trabzondan İstanbula gətirilib.

    Qeyd edək ki, bu il yanvarın 20-də Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu müddətdə İstanbul baş prokuroru Akın Gürlek və ailəsi haqqında söylədiyi ifadələr səbəbilə “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “təhdid etmək” və “terrorla mübarizədə əməyi olan şəxsləri hədəf almaq” maddələri ilə ittiham edilib.

    İmamoğluna 1 il 8 ay həbs cəzası verilib. O, “terrorla mübarizədə əməyi olan şəxsləri hədəfə almaq” maddəsi ilə ittiham olunduğu iş üzrə isə bəraət alıb.

  • Laçında Yusif Mirzənin “31 il sonra” sərgisi açılıb

    Avqustun 26-da Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb.

    Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yurd Gallery”də gerçəkləşib.

    Açılışda çıxış edən rəsmi şəxslər sərginin təkcə incəsənət hadisəsi deyil, həm də Azərbaycan Ordusunun tarixi Zəfərinin və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümü olduğunu vurğulayıblar.

    Ekspozisiyada rəssamın “Laçın etüdləri”ndən başlayaraq Vətən həsrəti və azad torpaqların dirçəlişindən ilhamlanan əsərləri təqdim olunur. Əl işləri Laçının təbiətini, Qarabağ ruhunu və keçmişlə bu gün arasında qurulan sənət körpüsünü əks etdirir.

    1959-cu ildə Laçının Sadınlar kəndində anadan olan Yusif Mirzə Azərbaycanla yanaşı, BƏƏ, Türkiyə, Fransa, Norveç və digər ölkələrdə sərgilərdə iştirak edib, əsərləri isə dünyanın bir çox şəxsi kolleksiyalarında saxlanılır.

    Sərgi 26 avqust – Laçın Şəhəri Günü münasibətilə təşkil olunub.

  • СМИ: Немецкие истребители поднялись в небо из-за российского самолета над Балтикой

    Истребители Военно-воздушных сил Германии были подняты в небо по тревоге из-за появления российского самолета Ил-20M в воздушном пространстве над Балтийским морем.

    Об этом сообщило агентство DPA со ссылкой на представителя ВВС.

    По его информации, два истребителя Eurofighter вылетели с авиабазы в Лаге (федеральная земля Мекленбург – Передняя Померания на севере ФРГ). По утверждению германской стороны, Ил-20М двигался в международном воздушном пространстве с выключенными транспондерами и не выходил на связь.

    По данным DPA, немецкие истребители уже в 10-й раз в 2025 году поднимаются в небо по тревоге над Балтийским морем.

    Издание пишет, что ситуация в Балтийском регионе в последнее время обострилась “из-за попыток шпионажа и предполагаемых диверсий”.

  • Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar

    Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Rusiyanın “İl-20M” təyyarəsinin Baltik dənizi üzərində görünməsi səbəbindən havaya qaldırılıblar.

    Bu barədə DPA agentliyi Almaniya HHQ-nin Hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, iki ədəd “Eurofighter” təyyarəsi Laqedəki aviabazadan havaya qalxıb. Almaniya tərəfinin məlumatına görə, “İl-20M” beynəlxalq hava məkanında transponderləri söndürülmüş halda uçub və əlaqəyə çıxmayıb.

    DPA-nın məlumatına görə, bu, 2025-ci ildə Almaniya qırıcılarının həyəcan siqnalı ilə Baltik dənizi üzərinə qalxdıqları artıq 10-cu haldır.

  • 35 hərbçi təzminat üçün bir-birini güllələyib – Rusiya ordusunda qalmaqal

    Rusiya ordusundakı yüksək rütbəli şəxslər də daxil olmaqla 35 nəfər Ukrayna ilə döyüşdə yaralandıqları görüntüsü yaradaraq təzminat almaq üçün bir-birini güllələyib.

    Bu yollla polkovnik Artem Qorodilov və polkovnik-leytenant Konstantin Frolovla yanaşı bir neçə əsgər təzminat alıb.

    Qalmaqal günlər sonra bir əsgərin hadisəni ifşa etməsi nəticəsində üzə çıxıb.

    Rusiya Hərbi Prokurorluğu 83-cü Qvardiya Hava Desant Briqadasının əsgər və zabitlərinin saxta döyüş yaraları yaratmaq üçün bir-birini qəsdən güllələdiyini aşkara çıxardıb.

    İstintaq zamanı keçmiş briqada komandiri polkovnik Artem Qorodilov və “Cəllad” ləqəbli polkovnik-leytenant Konstantin Frolov cinayətlərini etiraf ediblər.

    Dosyedəki sənədlər Frolovun öz yaralarını saxtalaşdırmaq üçün əsgərlərinə onu güllələməyi əmr etdiyini göstərir.

    Onun geyimində yeddi yara izi olsa da, müayinələr yaraların dördünün saxta olduğunu üzə çıxarıb.

    İstintaqın məlumatına görə, bu briqadanın 30-dan çox hərbçisi cəbhədə aldıqları iddia edilən yaralara və xəsarətlərə görə ümumilikdə 200 milyon rubldan çox ödəniş alıblar.

    Bu yaralar həm də komandirlər tərəfindən qurbanların “İgidliyə görə” ordeni və medalı ilə təltif edilməsi ilə bağlı təkliflər verməsi üçün əsas olub.

  • ABŞ-a viza rüsumları kəskin artırıldı

    ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

    APA xəbər verir ki, turist vizası üçün müraciət haqqı 135 faiz artaraq 185 dollardan 435 dollara yüksəlib.

    Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.

    Bundan başqa tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalar da əlavə ödəniş artımından təsirlənəcək.

    Bununla da ABŞ viza rüsumları dünyanın ən bahalı rüsumlarından biri olub.

  • Merts Rusiyanı hədələdi: “Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq”

    Almaniya Kansleri Fridrix Merts yaxın vaxtlarda Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutmasa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib.

    Median.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.

    Mertsin sözlərinə görə, Rusiya tərəfi Putinlə Zelenski arasında görüşə razı olmasa, daha çox təzyiq tələb olunacaq:

    “Bu iş üçün Avropa İttifaqı əlavə sanksiyalar hazırlayır. ABŞ prezidenti də əlavə cərimə rüsumlarının tətbiqini istisna etməyib”.

  • Bir gündə üç uşaq ambulansda doğuldu

    Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.

    Median.Az TƏBİB-ə istinadən xəbər verir ki, doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib.

    Məlumata görə, 25.08.2025-ci il tarixində saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat 02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb.

    Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.

    Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.

    Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

  • Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq

    Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.

    Bu barədə “Report”a SOCAR-dan məlumat verilib. Bildirilib ki, mövcud müqavilənin müddəti bu il başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsi gedir.

    Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.

    SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.

    Martın 5-də istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinə gəlincə, SOCAR bildirib ki, hələlik bu boru xətti ilə qaz nəqli başlamayıb. Kəmərin gündəlik ötürmə gücü 2 milyon kubmetrdir.
    Yeni kəmər Naxçıvan üçün qaz təchizatının şaxələndirilməsinə və enerji təminatının etibarlılığının artırılmasına xidmət edəcək. Beləliklə, muxtar respublika həm İran, həm də Türkiyə üzərindən qaz əldə etməklə artan enerji tələbatını tam şəkildə qarşılaya biləcək.

    İğdır-Naxçıvan qaz kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir. Bunun 80 kilometri Türkiyə, 17,5 kilometri isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.

    Layihə üzrə illik 500 milyon kubmetr qaz nəqli nəzərdə tutulur ki, bu da Naxçıvanın ümumi qaz tələbatını tam ödəməyə imkan verəcək.