Month: August 2025

  • Şıxlinski toyuq hininə bənzəyən kamerada saxlanılır

    Rusiyanın Sverdlovsk vilayətində saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. O, yanında bir məhbusun da olmasını xahiş edib.

    Median.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə onunla görüşən Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib.

    “Şıxlinski ölçüsünə görə sanki toyuq hininə bənzəyən təkadamlıq kamerada saxlanılır. Kamera təmir olunub və normalara uyğundur, amma belə iri cüssəli insan üçün çox kiçikdir. O, sıxıntılı şəraitdədir”, – deyə Popov Azərbaycan diasporunun liderinin vəziyyətini şərh edib.

    Onun sözlərinə görə, Şıxlinski heç bir narazılıq bildirməyib, əksinə, təcridxana əməkdaşlarının ona qarşı korrekt münasibətini xüsusi vurğulayıb. Həm məişət şəraiti, həm də yeməkdən razıdır. Əsas problem isə həbsxana şəraitində ciddi şəkildə pisləşmiş səhhətidir.

    “O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan qaldırıb həkimləri çağırsın”, – deyə Popov izah edib.

    Komissiya üzvləri vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat veriblər. Hüquq müdafiəçiləri bu problemi Penitensiar Xidmətin rəhbərliyinə də çatdıracaqlar.

    Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində Moskvada saxlanılıb. Qeyri-rəsmi məlumata görə, o, guya Azərbaycan səfirliyində gizlənirmiş. İlkin məlumata əsasən, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Şıxlinski isə özünü təqsirli saymadığını bildirir.

  • Tarqovuda məşhur mağazada YANĞIN OLUB – Video

    Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.

    Bu barədə görüntülər Baku.ws-ə daxil olub.

    Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən “Pink” mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.

    FHN-dən verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.

  • В Тюркане закрыли цех по производству питьевой воды

    В ходе внеплановой проверки предприятия по производству питьевой воды, принадлежащего физическому лицу Сакиту Ибрагимову и расположенного на территории виноградарского совхоза в поселке Тюркан Хазарского района Баку, были выявлены серьезные нарушения санитарных норм. Лабораторный анализ образцов воды, отобранных из 19-литровых бутылей, показал несоответствие установленным стандартам качества.

    Как сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА), в ходе проверки были обнаружены многочисленные нарушения технологического процесса и санитарно-гигиенических требований.

    Специалисты агентства установили, что на предприятии не проводился мониторинг и регистрация температурного режима, что является критически важным для обеспечения безопасности питьевой воды. Отсутствие надлежащей системы вентиляции создавало дополнительные риски микробиологического загрязнения. Кроме того, был нарушен принцип технологической последовательности производства, а необходимые санитарные мероприятия по очистке оборудования и помещений не проводились должным образом.

    В связи с выявленными нарушениями деятельность предприятия приостановлена, а в отношении его руководителя составлен административный протокол. Расследование продолжается, и окончательное решение о возобновлении работы предприятия будет принято после устранения всех выявленных нарушений.

  • Türkandakı su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı – SƏBƏB

    Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində fəaliyyət göstərən, fiziki şəxs Sakit Hüsi oğlu İbrahimova məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.

    Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Гяндже женщина и ее сын получили ножевые ранения: задержана родственница

    На улице Фархада Алиева в Гяндже произошла поножовщина.

    Как передает Oxu.Az, жительница Дашкесанского района Назлы Пашаева (1970 г.р.) и ее сын Орхан Пашаев (1996 г.р.) были доставлены в одну из городских больниц с ножевыми ранениями.

    Пострадавшим была оказана первая медицинская помощь, в настоящее время их состояние оценивается как стабильное.

    Согласно предварительной информации, ножевые ранения им нанесла их невестка.

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками полиции, подозреваемая в совершении преступления А.Мамедова была задержана.

    По данному факту продолжается расследование.

  • Gəncədə ana və oğlu BIÇAQLANDI – Gəlin SAXLANILDI

    Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

    Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

    İlkin məlumata görə, hər iki şəxsə gəlinləri bıçaqla xəsarət yetirib.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda məhkumla görüşə gələn şəxsdə narkotik və psixotrop maddələr aşkarlandı

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman iki ədəd sellofan bükülüdə çəkisi 8.212 qram heroin və 4.873 qram metamfetamin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

  • Часть Сумгайыта останется без газа

    Сегодня в части города Сумгайыт будет приостановлено газоснабжение для 1 300 абонентов.

    Об этом сообщили в Сумгайытском управлении по эксплуатации газа.

    Отключение связано с необходимостью устранения утечки на газопроводе среднего давления диаметром 108 мм, расположенном на балансовом участке №87 в 9-м микрорайоне города.

    Работы начнутся сегодня с 15:30.

    Точные сроки восстановления газоснабжения в указанном районе пока не сообщаются.

  • Sumqayıtda 1 300 abonentin qazı kəsiləcək

    Bu gün Sumqayıt şəhərində 1 300 abonentin qazı kəsiləcək.

    Bu barədə Sumqayıt QİS-dən məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də ortatəzyiqli diametri 108 mm olan qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1 300 abonentin qaz təchizatında fasilə yaranacaq.

    Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.

  • Ararat Mirzoyan Ermənistan səfirləri ilə Vaşinqton razılaşmalarının icrasını müzakirə edib

    Ermənistan səfirlərinin Qafandakı görüşü Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla müzakirələrlə davam edib.

    Median.Az armenpress.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Mirzoyan avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər nəticəsində əldə olunan razılaşmalara toxunub.

    Ermənistan və Azərbaycan arasında paraflanmış sazişdən danışan Ararat Mirzoyan qurulmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb. O bu yeni reallıqlarda Ermənistan Respublikasının xarici siyasətinin baxışını, açılmış yeni imkanları və onların həyata keçirilməsi üçün görülməli olan işlərdən danışıb.

    Mirzoyan vurğulayıb ki, regionda sülh gündəliyinin ardıcıl həyata keçirilməsi və Ermənistan vətəndaşları üçün sabit, təhlükəsiz və firavan mühitin təmin edilməsi hökumətin, o cümlədən diplomatik xidmətin prioritet vəzifələridir.

    Ararat Mirzoyan regional kommunikasiyaların bloklanmasının yaratdığı imkanlara, genişlənən beynəlxalq rabitə kanalları şəbəkəsində Ermənistanın səmərəli iştirakını təmin etmək səylərinə və bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi üçün qarşıda duran işlərə toxunub.

    Qazanılan uğurları qeyd edən iştirakçılar müxtəlif istiqamətlərdə görülən işlər, o cümlədən strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.