Month: August 2025

  • Обнародована статистика по соцпособиям в Азербайджане

    По состоянию на 1 июля 2025 года, число получателей пособий по возрасту составило 166 200 человек (152 100 на 1 июля 2024 года), по инвалидности – 221 200 человек, включая 42 100 детей с инвалидностью (в прошлом году – 219 200, включая 44 000 детей), по случаю потери кормильца – 52 100 человек (в прошлом году – 54 500), получатели других видов пособий – 22 900 человек (в прошлом году – 22 600).

    Как сообщает Median.Az со ссылкой на Госкомстат, 167 опекунам (попечителям) детей, лишившихся родителей или родительской опеки, выплачивается ежемесячное пособие.

    Кроме того, 403 300 человек из различных категорий получали президентские стипендии и стипендии за почётные звания.

  • Azərbaycanda pensiyaçıların sayı artıb

    2025-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 166.2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 152.1 min) nəfər, əlilliyə görə 42.1 min nəfəri əlilliyi olan uşaqlar olmaqla, cəmi 221.2 min (müvafiq olaraq 44 min və 219.2 min) nəfər, ailə başçısını itirməyə görə 52.1 min (54.5 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22.9 min (22.6 min) nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 167 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4 min ailəsinə 5.9 min uşaq üçün aylıq müavinət verilib.

    “Bundan əlavə, 3 215 nəfər bir yaşınadək uşağı olan 3 120 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən əlilliyi olan 32 uşağa görə 31 ailəyə və beşdən çox uşağı olan 2.8 min qadına 12.8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya verilib. Həmçinin 2025-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 18 min ailəyə 18.7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3.6 min şəxsə müalicə üçün, 3.4 min nəfərə dəfn üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2.8 min nəfərə birdəfəlik müavinətlər verilib”,- deyə məlumatda qeyd edilir.

    Bildirilir ki, 2025-ci il iyulun 1-i vəziyyətinə 80.3 min aztəminatlı ailənin 353.3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 100.37 manat təşkil edib. Həmçinin müxtəlif kateqoriyadan olan 403.3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

  • В Баку поврежден газопровод: несколько районов остались без голубого топлива

    В Бинагадинском районе Баку во время проведения строительных работ на шоссе произошло повреждение газопровода. Инцидент произошел в результате земляных работ, проводимых строительной организацией.

    Как сообщили в производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR), в связи с аварией с 10:15 сегодняшнего дня газоснабжение в нескольких районах было приостановлено.

    “В настоящее время ведутся ремонтно-восстановительные работы. Временно прекращена подача газа на бинагадинском шоссе, в поселке Баладжары, на улице Ордубади, в массиве Баксол и части поселка М.Э.Расулзаде”, – отметили в ПО.

  • Binəqədidə boru zədələnib – Bəzi qəsəbələr qazsız qalıb

    Bakının Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, sözügedən səbəbdən bu gün saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb:

    “Hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb”.

  • На Солнце зафиксировали крупнейшую за два месяца вспышку

    Ученые зарегистрировали на Солнце самую мощную вспышку с 20 июня 2025 года, ее максимальное излучение отмечено в 08:24 мск (09:24 по Баку – ред.). Вспышка достигла уровня M4.6 и была отнесена к четвертой категории по современной пятибалльной системе.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в лаборатории солнечной астрономии Института космических исследований Российской академии наук (РАН) и Института солнечно-земной физики Сибирского отделения РАН.

    “Сейчас центры активности пока далеки от прямого направления на Землю, однако в ближайшие сутки они могут сместиться так, что вероятность воздействия на нашу планету существенно возрастет”, – отметили в лаборатории.

    По данным ученых, первые периферийные эффекты от выбросов плазмы могут затронуть Землю вечером 25 августа, а основное воздействие ожидается во второй половине суток 26 августа.

  • Son iki ayda Günəşdə ən böyük partlayış qeydə alınıb

    Alimlər 2025-ci il iyunun 20-dən etibarən Günəşdə ən güclü partlayışı qeydə alıblar, onun maksimal şüalanması Bakı vaxtı ilə saat 9:24-də qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

    Məlumata görə, partlayış M4.6 səviyyəsinə çatıb və müasir beş ballıq sistem üzrə dördüncü kateqoriyaya aid edilib.

    “Hazırda fəaliyyət mərkəzləri hələlik Yerə birbaşa istiqamətlənmədən uzaqdır, lakin yaxın sutkalar ərzində onlar elə yerdəyişmə edə bilər ki, planetimizə təsir ehtimalı əhəmiyyətli dərəcədə artacaq”, – deyə laboratoriyadan qeyd edilib.

    Alimlərin məlumatına görə, plazma emissiyalarının ilk periferik təsirləri Yerə avqustun 25-də axşam saatlarında təsir edə bilər, əsas təsir isə avqustun 26-da günün ikinci yarısında gözlənilir.

  • Körpələrin ölümü ilə bağlı ifadə verənlər mərkəzin sabiq direktorunu günahlandırdılar

    Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi altında keçirilən proses bu dəfə də şahidlərin ifadələri ilə davam edib.

    Şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Firuzə Məmmədova təqsirləndirilən şəxsləri tanıdığını deyib:

    “Mehriban xanım mərkəzin direktoru, Hamlet Mustafayev isə beşinci mərtəbədəki şöbənin müdiri olub. Mərkəzdə uzun müddət tibb bacısı vəzifəsində çalışmışam. Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda olurdu. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyevaya bildirsək də, bizə qapını göstərirdi. Otaqda 4 küvəzin yerləşdirilməsi nəzərdə tutulsa da, 8 küvəz yerləşdirilmişdi. Hər küvəz bir panelə bağlı olurdu. Hər paneldə 3 elektrik yuvası olurdu. Uşaq çoxluğundan elektik uzadıcısından istifadə edirdik. Həmin uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin uzadıcılara da uzadıcı qoşulurdu. Uşaq çox idi. Biz bunu etməyə məcbur idik. İstifadə edilmə qaydası, qadağa ilə bağlı bizə məlumat verilməyib. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını elektrik cərəyanı vurmuşdu. Bununla bağlı böyük tibb bacısına, şöbə müdirinə bildirmişdik. Lakin bir nəticə olmurdu”.

    Növbəti şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış Günel Həsənova danışıb.

    “Əvvəllər yenidoğulmuşların intensiv terapiya bölməsində iki otaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra otaq sayı 4 oldu. Hətta bu sayı 6 etmək istəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi az idi. Bununla bağlı biz rəhbərliyə, o cümlədən Mehriban Abasquliyevaya bildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək – “Kim istəyirsə, ərizəsini yazıb işdən çıxa bilər, qapı açıqdır”, – deyirdi. Biz də işimizə xatir heç nə deyə bilmirdik. Biz küvəzləri panelə qoşurduq. Bəzən bizi elektrik cərəyanı vururdu. Yerimiz olmayanda panellərə elektrik uzadıcısı qoşurduq. Qadağa ilə bağlı bizə məlumat verilməyib. Biz bunu etməyə məcbur idik. Mərkəzdə uşaq həddindən artıq çox idi. İş ağırlığından su belə içməyə vaxt olmurdu”.

    Növbəti proses sentyabrın 15-nə təyin edilib.

    Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsinin (PHŞ) inzibati binasında yanğın baş verib.

    Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

    Xatırladaq ki, cinayət işi üzrə “Respublika Perinatal Mərkəzi” PHŞ, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

  • У берегов северных Курил зафиксировали мощное землетрясение

    В понедельник у побережья северных Курил, Россия, произошло землетрясение магнитудой 6.2.

    Как передает Median.Az, об этом сообщила начальник сейсмостанции “Южно-Сахалинск” Елена Семенова в беседе с РИА Новости.

    По её данным, эпицентр находился в Тихом океане, в 320 км юго-восточнее города Северо-Курильска на острове Парамушир. Очаг землетрясения залегал на глубине 22 км.

    Подземный толчок, по словам Семеновой, могли почувствовать жители Северо-Курильска, его сила составила около трёх баллов. Тревогу цунами не объявляли.

    Стоит отметить, что на Камчатке за последние сутки зафиксировали 32 афтершока, сообщили в ГУ МЧС России по региону. Их магнитуда колебалась от 3.8 до 5.5. В населённых пунктах подземные толчки ощущались четыре раза, их сила не превышала двух баллов.

  • Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ

    Kuril adaları sahillərində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.

    “25 avqust saat 17:48-də (yerli vaxtla) Sakit okeanda 6.2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Şimali Kurilsk şəhərindən 320 kilometr cənub-şərqdə, ocağı isə 22 kilometr dərinlikdə yerləşib”, – deyə o qeyd edib.

    Sunami təhlükəsi elan edilməyib.

  • В Агдере обнаружены человеческие останки

    В лесном массиве Агдеринского района были обнаружены кости, предположительно принадлежащие человеческому скелету.

    По информации Oxu.Az, на место происшествия незамедлительно прибыли сотрудники правоохранительных органов. Специалисты приступили к осмотру территории и сбору вещественных доказательств.

    По данному факту начато расследование.