Month: September 2025

  • Şagirdin gündəliyinə də ehtiyac qalmayacaq

    “Rəqəmsal məktəb” platforması bir neçə il ərzində bir sıra məktəblərdə testdən keçirilib. Bu il isə bütün Bakı məktəbləri “Rəqəmsal məktəb” platformasına qoşulub. Bu o deməkdir ki, sinif jurnalının doldurulması, sənədləşmələr və valideynlərlə ünsiyyət platforma vasitəsilə həyata keçiriləcək. Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq”.

    Bunu AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.

    O bildirib ki, platformada qeydiyyatdan keçən valideynlər övladlarının nailiyyətləri və davranışı barədə operativ məlumat ala biləcəklər: “İstədikləri halda isə məktəb rəhbərliyi ilə chat vasitəsilə problemləri müzakirə etmək imkanı da yaranacaq. Bu platformada tez-tez konkret valideyn sualları ilə rastlaşırıq. Məncə, bu, daha şəffaf işləməyə kömək edir. Hər bir valideyn öz məktəbindəki problemləri birbaşa həmin məktəbin rəhbərliyi ilə müzakirə etmək imkanı qazanır”.

  • 20 ilə hazırlanıb: Dünyanın ən dəqiq saatı

    ABŞ Milli Standartlar və Texnologiya İnstitutu (NIST) alimləri inanılmaz dəqiqliklə zamanı ölçən yeni optik atom saatı hazırlayıblar.

    Bu saat yalnız bir alüminium ionu ilə işləyir və 5,5 × 10⁻¹⁹ kimi son dərəcə aşağı kəsirli tezlik qeyri-müəyyənliyinə malikdir. Bu o deməkdir ki, saatın bir saniyə irəli və ya geri sürüşməsi üçün kainatın mövcud yaşından daha çox vaxt keçməlidir. Bundan başqa, 3,5 × 10⁻¹⁶ / √τ saniyə tezlik sabitliyi ilə bu model indiyədək hazırlanmış bütün ion saatlarından 2,6 dəfə daha stabil işləyir.

    Optik saatlar iki əsas meyara görə qiymətləndirilir: dəqiqlik və sabitlik. Dəqiqlik saatın göstərdiyi vaxtın həqiqi zamana yaxınlığını, sabitlik isə ölçmələrin nə dərəcədə təkrarlana biləcəyini göstərir. NIST-in hazırladığı alüminium ion saatı lazer, ion tələsi və vakuum kamerası kimi komponentlərdə illərlə aparılan təkmilləşdirmələrin nəticəsində bu uğuru əldə edib. Layihənin baş müəllifi və NIST tədqiqatçısı Meyson Marşall qeyd edib: “İndiyədək hazırlanmış ən dəqiq saat üzərində işləmək həqiqətən həyəcanvericidir”.

    Bu saatın işləməsi üçün yalnız bir ²⁷Al⁺ alüminium ionu və ona dəstək verən bir ²⁵Mg⁺ maqnezium ionu istifadə olunur. Alüminium ionu zaman ölçmək üçün ideal olsa da, lazerlə idarə olunması çətin olduğundan maqnezium ionu onun soyudulmasını təmin edir və kvant vəziyyətinin düzgün oxunmasına yardım edir. Alüminium ionunun ölçmələri temperatur və maqnit sahəsi kimi amillərdən minimal təsirləndiyi üçün zaman ölçümü baxımından ideal hesab olunur.

    Ən mühüm irəliləyişlərdən biri Rabi prob müddətinin 1 saniyəyə qədər uzadılması olub. Bu, Jun Ye laboratoriyasında hazırlanan kriogen silikon rezonatorunun lazer sabitliyinin 3,6 kilometrlik optik fiber xətti vasitəsilə NIST-ə ötürülməsi ilə mümkün olub. Nəticədə əvvəlki alüminium ion saatları ilə müqayisədə qeyri-sabitlik üç dəfə azaldılıb.

    Komanda həmçinin ion tələsini yenidən dizayn edib və mikroskopik hərəkətlərin yaratdığı zamanlama xətalarını minimuma endirib. Bunun üçün almaz lövhələrdən istifadə edilib, elektrodların elektrik qeyri-sabitliyi qızıl örtüklərlə aradan qaldırılıb. Eyni zamanda, vakuum kamerası titan materialı ilə yenidən qurularaq arxa plandakı hidrogen qazı 150 dəfə azaldılıb. Bu dəyişikliklər sayəsində saat günlərlə fasiləsiz işləyə bilir və ionların yenidən yüklənməsinə ehtiyac qalmır.

    Yeni qurğu 36 saat ərzində 19 rəqəm dəqiqliyinə nail ola bilir. Əvvəlki versiyalar isə eyni dəqiqlik üçün təxminən üç həftəlik müddət tələb edirdi.

    Mütəxəssislər bildirirlər ki, bu nailiyyət bir saniyənin daha dəqiq şəkildə tərif edilməsinə imkan verə, həmçinin kainatdakı sabitlərin həqiqətən nə qədər sabit olduğunu öyrənmək üçün fundamental fizikada yeni imkanlar aça bilər.
    //qaynar.az

  • Zaqatala sakini öz bağında hücuma məruz qaldı

    Zaqatala rayonunun Bazar kəndinin 58 yaşlı sakini Tərlan Əliyev ona məxsus bağda hücuma məruz qalıb.

    Bu zaman T. Əliyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib və o, hadisədən sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən T. Əliyevə hücum edən şəxs saxlanılıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Yararsız pullarını dəyişdirmək istəyənlərin nəzərinə!

    Bakıda keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabrda Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

    Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

    Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

    “Nağd pul ofisi” əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.

  • Bakıda motosiklet qaçırdılar

    Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar.

    Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
    Araşdırmalar davam etdirilir.

  • Pensiya alanlara şad xəbər: Bu tarixdən artım olacaq

    “Gələn il hansı artımların olacağına gəldikdə, mövcud qanunvericiliyə əsasən, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək:

    “Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.

  • Qanunsuz saxlanılan silah-sursat götürüldü

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tapança, 8 qumbara, 1 alışdırıcı, 1 tüfəng, 25 patron darağı və 2217 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Ürək xəstəliklərinin 4 erkən əlaməti hansılardır?

    İngiltərəli kardioloq ürək xəstəliklərinin kritik mərhələyə çatmadan öncə dörd mühüm xəbərdarlıq əlaməti ilə özünü göstərə biləcəyinə diqqət çəkib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Dr. Oliver Guttman ürək problemlərinin qəfil və güclü döş qəfəsi ağrısı ilə deyil, daha yüngül, lakin yanıltıcı simptomlarla ortaya çıxa biləcəyini bildirib.

    1. Döş qəfəsində təzyiq və ya ağrı

    Sinədə ağırlıq, sıxılma və ya təzyiq hissi ürək xəstəliklərinin ən çox rast gəlinən əlamətlərindəndir. Bu hal bəzən mədə turşuluğu və ya həzm pozğunluğu ilə qarışdırıla bilər. Ağrı qollara, boyuna, çənəyə və ya kürəyə də yayıla bilər. Bu, anjina əlaməti ola bilər və müalicə edilmədiyi halda infarkt riskini artırır.

    2. Nəfəs darlığı

    Normalda idmandan sonra yaranan yüngül nəfəs darlığının təbii olduğunu deyən Guttman, lakin gündəlik işlərdə – pilləkən qalxmaq və ya ayaqqabı bağlamaq zamanı nəfəs çatışmazlığının ciddi xəbərdarlıq olduğunu vurğulayıb.

    3. Daimi yorğunluq və halsızlıq

    Həkimə görə, ürək mənşəli yorğunluq gündəlik yorğunluqdan fərqlənir – bu, istirahətlə keçmir. Sadə ev işlərindən sonra həddindən artıq yorğunluq, alış-veriş zamanı çətinlik və diqqət dağınıqlığı bu əlamətlərə daxildir. Qadınlarda isə bəzən sinə ağrısı olmadan yalnız qeyri-adi yorğunluq müşahidə oluna bilər.

    4. Ürək döyüntüləri

    İstirahət halında belə qəfil sürətlənən ürək döyüntüləri, döş qəfəsində çırpınma və ya sıçrama hissi aritmiyadan xəbər verə bilər. Müalicə olunmazsa, bu, ürək çatışmazlığı və ya insult riskini artırır.

  • В Азербайджане за 8 месяцев произведено более 2,3 тыс. легковых автомобилей

    В Азербайджане в январе-августе этого года произведено 2 309 легковых автомобилей, что на 318 единиц или 12,1% меньше по сравнению с тем же периодом прошлого года.

    Как сообщает Median.Az со ссылкой на Государственный комитет статистики, на 1 сентября этого года в стране образовался запас готовой продукции в количестве 16 единиц.

    В отчетном периоде в Азербайджане произведено машин и оборудования, автомобилей, прицепов и полуприцепов на 397,4 млн манатов. По сравнению с годом ранее производство машин и оборудования увеличилось на 0,7%, а производство автомобилей, прицепов и полуприцепов сократилось на 24,8%.

    В январе-августе этого года в стране произведено 353 трактора, что на 14,1% меньше в годовом сравнении. В результате, на 1 сентября этого года образовался запас готовой продукции в количестве 9 единиц.

    Также, за первые 8 месяцев этого года в Азербайджане произведено 220 грузовых автомобилей, что на 43,6% меньше по сравнению с январем-августом 2024 года. В результате, на 1 сентября этого года в стране образовался запас готовой продукции в количестве 61 единицы.

  • Azərbaycanda 8 ayda 2 300-dən çox minik avtomobili istehsal edilib

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 318 ədəd və yaxud 12,1 % az – 2 309 ədəd minik avtomobili istehsal olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu il sentyabrın 1-nə ölkədə 16 ədəd hazır məhsul ehtiyatı yaranıb.

    Hesabat dövründə Azərbaycanda 397,4 milyon manatlıq maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 1 il əvvələ nisbətən maşın və avadanlıqların istehsalı 0,7 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 % azalıb.

    Hesabat dövründə Azərbaycanda 353 ədəd traktor istehsal edilib. Bu, illik müqayisədə 14,1 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

    Həmçinin, bu ilin ilk 8 ayında Azərbaycanda 220 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-avqust aylarına nisbətən 43,6 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 61 ədəd hazır məhsul ehtiyatı yaranıb.