Month: September 2025

  • Тони Санделл: ОБСЕ приступила к реализации решения о закрытии Минского процесса

    Организация по безопасности и сотрудничеству в Европе (ОБСЕ) начала процесс ликвидации Минской группы и связанных с ней институтов.

    Об этом европейскому бюро Report сообщил заместитель руководителя рабочей группы по председательству Финляндии в ОБСЕ Тони Санделл.

    “Секретариат организации уже приступил к практическим шагам по реализации решения Постоянного совета ОБСЕ от 1 сентября в ответ на обращение Азербайджана и Армении. Секретариат предпринимает шаги для завершения Минского процесса и связанных с ним структур. Речь идет о кадровых вопросах, архивных материалах и администрировании. Только технические функции – такие, как передача имущества и оборудования – будут выполняться до окончательного завершения процесса, что должно быть сделано не позднее 1 декабря этого года”, – отметил Санделл.

    По его словам, работа затрагивает несколько направлений, а именно штат личного представителя действующего председателя ОБСЕ, группы планирования высокого уровня, а также управление документацией и архивами.

    Минская группа была создана в 1992 году по решению Совещания по безопасности и сотрудничеству в Европе (будущей ОБСЕ) с целью содействия мирному урегулированию нагорно-карабахского конфликта. В 1994 году в ее формате была учреждена структура сопредседателей, которыми стали Россия, США и Франция.

    На протяжении почти 30 лет именно Минская группа считалась главным международным механизмом переговоров между Арменией и Азербайджаном. Однако с 2020 года, после победы Азербайджана в Отечественной войне ее деятельность фактически оказалась бесполезной. Ситуация окончательно изменилась после сентября 2023 года, когда Азербайджан восстановил свою территориальную целостность и полный суверенитет и заявил о завершении конфликта собственными силами.

    Азербайджан неоднократно призывал Армению направить совместное обращение о ликвидации Минского процесса и связанных с ней структур. В Вашингтоне 8 августа 2025 года главы МИД Азербайджана и Армении подписали совместное обращение о закрытии Минского процесса.

  • ATƏT rəsmisi: Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb

    Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlayıb.

    Bu barədə “Report”un Avropa bürosuna ATƏT-də Finlandiyanın sədrliyi üzrə işçi qrupunun rəhbərinin müavini Toni Sandell məlumat verib.

    “Təşkilatın Katibliyi artıq Azərbaycan və Ermənistanın müraciətinə cavab olaraq ATƏT-in Daimi Şurasının 1 sentyabr tarixli qərarının həyata keçirilməsi üçün praktiki addımlar atmağa başlayıb. Katiblik Minsk prosesinin və onunla əlaqəli təsisatların bağlanması üçün addımlar atır. Söhbət kadr məsələləri, arxiv materialları və idarəetmədən gedir. Yalnız əmlak və avadanlığın ötürülməsi kimi texniki funksiyalar prosesin tam başa çatmasına qədər həyata keçiriləcək. Bu da bu il dekabrın 1-dən gec olmayaraq edilməlidir”, – T.Sandell qeyd edib.

    Onun sözlərinə görə, iş bir neçə istiqaməti əhatə edir: “Buraya, xüsusilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin heyəti, yüksək səviyyəli planlaşdırma qrupu, həmçinin sənədlərin və arxivlərin idarə edilməsi daxildir”.

    Xatırladaq ki, Minsk qrupu 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (gələcək ATƏT) qərarı ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək məqsədilə yaradılmışdı. 1994-cü ildə onun formatında həmsədrlik strukturu təsis edildi və Rusiya, ABŞ və Fransa həmsədr oldular.

    Təxminən 30 il ərzində məhz Minsk qrupu Ermənistan və Azərbaycan arasında danışıqların əsas beynəlxalq mexanizmi hesab edilirdi. Lakin 2020-ci ildən Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra onun fəaliyyəti faktiki olaraq faydasız oldu. Vəziyyət 2023-cü ilin sentyabrından sonra tamamilə dəyişdi, Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi və münaqişəni öz gücü ilə başa çatdırdığını bəyan etdi.

    Azərbaycan dəfələrlə Ermənistanı Minsk prosesinin və onunla əlaqəli təsisatların ləğvi ilə bağlı birgə müraciət göndərməyə çağırıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciət imzalayıblar.

  • Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub

    Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Hadisə rayonun Xəlilabad kənd orta məktəbində baş verib.

    Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.

    İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.

    Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürərən S.Əsgərov birinci dərsdən sonra K. İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib.

    Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Число электробусов в Азербайджане увеличилось почти в 6 раз

    В Азербайджане в августе этого года 166 автобусов, используемых для регулярных городских (межрайонных) пассажирских перевозок, пришлось на долю электрических автобусов, что на 136 единиц или в 5,5 раза больше по сравнению с аналогичным периодом прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    Согласно информации, в августе 2025 года число автобусов, работающих на сжатом природном газе (CNG), в стране составило 1 337, что на 222 единицы или на 19,9% больше по сравнению с тем же месяцем 2024 года.

    Число автобусов, работающих на дизельном топливе, в Азербайджане в августе составило 3 731, что на 18 автобусов или на 0,5% больше по сравнению с аналогичным периодом прошлого года.

  • Azərbaycanda elektrikli avtobusların sayı 6 dəfəyə yaxın artıb

    Bu ilin avqust ayında Azərbaycanda şəhərdaxili (rayonlararası) müntəzəm sərnişindaşımada istifadə olunan avtobusların 166-sı elektrikli avtobusların payına düşüb.

    Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136 ədəd və ya 5,5 dəfə çoxdur.

    Məlumata əsasən, 2025-ci ilin avqustunda ölkədə sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sayı 1 337 olub. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 222 ədəd və ya 19,9 % çoxdur.

    Bu ilin avqustunda Azərbaycanda dizel ilə işləyən avtobusların sayı isə 3 731-dir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 18 avtobus və ya 0,5 % çoxdur.

  • Лидеры СНГ на саммите в Душанбе обсудят энергобезопасность и военное сотрудничество

    Военное сотрудничество и энергетическая безопасность станут основными темами заседания Совета глав СНГ в Душанбе в октябре.

    Как передает Median.Az со ссылкой на Белта, об этом сообщил первый заместитель генерального секретаря СНГ Игорь Петришенко.

    “Заседания Совета министров иностранных дел и Совета глав государств Содружества пройдут 9 и 10 октября в Душанбе (Таджикистан)”, – сказал Петришенко.

    В ходе заседаний планируется обсудить ключевые направления взаимодействия стран-участниц, включая вопросы военного сотрудничества, правоохранительной деятельности и региональной безопасности. Особое внимание будет уделено энергетической безопасности, противодействию терроризму и экстремизму, а также правозащитной тематике.

    Кроме того, на саммите планируется рассмотреть обращение Шанхайской организации сотрудничества (ШОС) о предоставлении ей статуса наблюдателя при СНГ.

  • MDB liderlərinin sammitində hərbi əməkdaşlıq, terrorizmə qarşı mübarizə müzakirə olunacaq

    Oktyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasının əsas mövzuları hərbi əməkdaşlıq və enerji təhlükəsizliyi olacaq.

    “Report”un “Belta”ya istinadən verdiyi məlumata görə, bunu MDB-nin baş katibinin birinci müavini İqor Petrişenko bildirib.

    “MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclasları oktyabrın 9 və 10-da Düşənbədə (Tacikistan) keçiriləcək”, – İ.Petrişenko qeyd edib.

    İclaslar zamanı iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərinin, o cümlədən hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Enerji təhlükəsizliyi, terrorizmə və ekstremizmə qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək.

    Bundan əlavə, sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) MDB-də ona müşahidəçi statusu verilməsi ilə bağlı müraciətinə baxılması planlaşdırılır.

  • Tovuz şəhər stadionu oktyabrda “Turan Tovuz”un ixtiyarına veriləcək

    Tovuz şəhər stadionunun oktyabrın sonunadək “Turan Tovuz”un ixtiyarına verilməsi nəzərdə tutulub.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    Ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Drenaj və suvarma sistemi quraşdırılan meydana toxum əkilib.

    Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.

  • Xudatda kanalizasiya xətlərini zibil basıb, yerli qurumlar problemin həlli üçün hərəkətə keçib

    Xaçmaz rayonu Xudat şəhərinin bəzi ərazilərində kanalizasiya xətlərini zibil basıb, müvafiq qurumlar problemin həlli üçün hərəkətə keçiblər.

    Məişət tullantılarının daşınmaması və kanalizasiya sularının ətrafa axması səbəbindən Xudatın General Mahmud Əbilov küçəsini kəskin üfunət qoxusu bürüyüb.

    Sakinlər yaranmış vəziyyət üzündən xüsusilə uşaqlar arasında yoluxucu xəstəliklərin yayıla biləcəyindən narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, problemin həlli üçün rayonun aidiyyəti qurumlarına ardıcıl müraciətlərinin bu günə qədər nəticəsi olmasa da, artıq “buz” tərpənib.

    Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sakinləri narahat edən problem dərhal nəzarətə götürülüb. Qeyd edilib ki, aidiyyəti üzrə qurumlara verilən müvafiq tapşırıqlara əsasən, sözügedən ərazinin məişət tullantılarından və çirkab sulardan təmizlənməsinə başlanılıb.

  • Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək – RƏSMİ

    Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

    Qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir: “Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilmiş, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib”.

    “Hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır.

    Eyni zamanda qeyd edirik ki, Siyəzən rayonu Vüqar Qasımov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin istismara yararsız vəziyyətdə olması ilə əlaqədar məktəb növbəti ilin təmir planına daxil edilib. Mövcud şərait nəzərə alınaraq, həmin məktəbdə təhsil alan şagirdlərin bir qismi Siyəzən rayonu Gilgilçay stansiya tam orta məktəbinə, digər bir qismi isə Gilgilçay qəsəbə tam orta məktəbinə köçürülüb

    Lakin Gilgilçay stansiya tam orta ümumtəhsil məktəbinin də təmirə bağlanması səbəbilə həmin şagirdlərin Siyəzən şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində təhsillərini davam etdirmələri üçün zəruri tədbirlər görülüb. Şagirdlərin yeni təhsil müəssisəsinə təhlükəsiz və rahat şəkildə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən tam təmin olunur”- qurumdan vurğulanıb.