Month: September 2025

  • Азербайджан поднялся на 25-е место в таблице коэффициентов УЕФА

    Азербайджан поднялся еще на одну позицию в таблице коэффициентов УЕФА.

    Это стало возможным благодаря уверенной победе “Карабаха” над португальским клубом “Бенфика” (2:3) в выездном матче основного этапа Лиги чемпионов УЕФА.

    Эта победа добавила 0.500 коэффициента к рейтингу Азербайджана, в результате чего наша страна увеличила свой запас до 21.500 и поднялась на 25-е место, обойдя Словакию.

    Отметим, что Сербия, которая сейчас находится на 24-м месте, имеет коэффициент 22.125.

  • Azərbaycan UEFA əmsallar cədvəlində 25-ci pilləyə yüksəldi

    Azərbaycan UEFA-nın əmsallar cədvəlində daha bir pillə irəliləyib.

    Bu, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində səfərdə Portuqaliyanın “Benfika” klubu üzərində inamlı qələbəsi (3:2) sayəsində mümkün olub.

    Bu qələbə Azərbaycanın reytinqinə 0.500 əmsal əlavə edib ki, bu nəticə ilə ölkəmiz əmsal ehtiyatını 21.500-ə çatdırıb və Slovakiyanı geridə qoyaraq 25-ci piləyə yüksəlib.

    Qeyd edək ki, hazırda 24-c pillədə qərarlaşan Serbiyanı 22.125 əmsalı var.

  • Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır

    Mənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

    Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: “Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır”.

    Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: “Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur”.

    “Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur”, – ekspert əlavə edib.

  • FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq

    Sumqayıtda vətəndaşlara qarşı pensiya, sosial yardım və işə düzəltmə adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə mühakimə olunan Z.R. adlı qadına 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Z.R. bundan əvvəl də 360 saat ictimai işlər cəzasına məhkum edilib. Həmin cəza 90 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hazırkı cəza ilə qismən toplanılıb. Nəticədə Z.R. 2 il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    İş materiallarından aydın olur ki, Z.R. bir neçə vətəndaşı Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadıb. O, zərərçəkmişlərin birindən 2000, digərlərindən isə 5000 və 7360 manat pul alıb.

    Z.R.-nın əməlləri bununla bitməyib. O, daha bir neçə nəfəri təqaüd və sosial yardım düzəltmək adı ilə aldadıb.

    Məhkəmə prosesi zamanı Z.R. ona verilmiş üzrə ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, vətəndaşlara dəymiş ziyanın bir hissəsini ödəyib.

  • Azərbaycanda yeni futbol klubu yaradıldı (FOTO)

    Azərbaycanda yeni komanda yaradılıb.

    Bunu Fanat.Az-a komandanın rəsmisi Rövşən Mustafayev bildirib.

    “Bakı TFK” (Bakı Tələbə Futbol Klubu”) adlanacaq komanda artıq AFFA-ya müraciət edib və Region Liqasına qatılmaq istəyi barədə məlumat verib. Quruma sponsor zəmanəti də verilib.

    “Bakı TFK” ev oyunlarını Şirvan Olimpiya Kompleksində keçirəcək. Artıq bir müddətdir fəaliyyətə başlayan komanda 3 yoxlama oyunu keçirib. Növbəti rəqib “Real Bakı” olacaq.

    Qeyd edək ki, Region Liqasının son qalibi “Xankəndi” olub. Finalda “Şirvan”ı üstələyən Qarabağ təmsilçisi çempion kimi 2-ci Liqaya vəsiqə qazanıb.

  • Süpürgəçilər arasında dava: Məhkəmə qərar verdi

    “DOST İş Mərkəzi” MMC tərəfindən ərazidə fəaliyyət göstərən kommunal xidmət müəssisəsinə təhkim edilmiş işçilər arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib.

    Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində süpürgəçilər qadınlar arasında baş verib.

    Belə ki, 1980-cı ildə Bakı şəhərində doğulmuş, DOST İş Mərkəzində süpürgəçi işləyən Qaçay həmin ərazidə 3 ildir ki, eyni işi görən Ülviyyə adlı qadının üz nahiyəsindən zərbə vurub. Əvvəlcə Qaçay zərərçəkmiş qadına yaxşı işləmədiyini və ərazisində olan zibillərin külək vasitəsilə onun ərazisinə uçduğunu deyərək mübahisə etməyə başlayıb. Bundan sonra Qaçay əli ilə bir dəfə onun üzünə zərbə vuraraq ərazidən uzaqlaşıb.

    Məhkəmənin qərarı ilə Qaçay Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.//qaynar.az

  • Bu rayonun 18 kəndinin adının yazılışında hərf səhvi var

    Lerikdə 18 kəndin adının yazılışında hərf səhvi var.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov bildirib.

    “Bir çox kənd adlarında bu və ya digər dərəcədə hərf səhvlərinə rast gəlirik. Təmsil etdiyim Lerik rayonunda 18 kəndin adında belə səhvlər var. Bu səhvlərin aradan qaldırılması vacibdir. Küçə və digər yer adlarında Sovet dövründən qalma, bizə yad olan adlardan xilas olmalıyıq. Hesab edirəm ki, yerli bələdiyyələr bu işdə fəal olmalı və təşəbbüslərlə çıxış etməlidir” – deyə o qeyd edib.

    Qeyd edək ki, müzakirə olunan qanun layihəsinə əsasən, prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

  • Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir

    “Caspian Galaxy” MMC fəaliyyətinə xitam verərək “Baku İnternational Tobacco” MMC-yə qoşulduğunu elan edib.

    Valyuta.az xəbər verir ki, birləşmə nəticəsində “Caspian Galaxy” MMC-nin bütün hüquq və vəzifələri “Baku İnternational Tobacco” MMC-yə keçib.

    Bu proses çərçivəsində “Baku İnternational Tobacco” MMC də yenidən təşkil olunduğunu açıqlayıb.

    Qeyd edək ki, “Caspian Galaxy” MMC 10 mart 2011-ci il tarixində Hüseynov Vasif tərəfindən təsis olunub. Hazırda şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkət Azərbaycanda “Bakı”, “Azəri”, “Şirvan”, “Freedom” və “Astra” markalarının siqaret brendləri kimi qeydiyyatını təmin edib.

    “Baku İnternational Tobacco” MMC isə 1924-cü ildən fəaliyyət göstərən və siqaret istehsalı sahəsində ixtisaslaşmış fabrikdir.

  • 10 manata görə anasını boğmaq istədi: Məhkəmədə “onu bərk qucaqladım” dedi…

    Bakıda 10 manata görə anasına xəsarət yetirən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1998-ci il təvəllüdlü Balakərim Heydərlinin İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair işə məhkəmədə baxılıb.

    Məlum olub ki, Balakərim Heydərli anasını yaşadığı evdə döyüb və xəsarət yetirib. Belə ki, anası aralarında baş vermiş mübahisə zamanı həyat yoldaşını söyüb. Bu zaman təqsirləndirilən şəxslə anası arasında mübahisə yaranıb. Lakin Balakərim Heydərli bildirib ki, anası atasını söyən zaman qadını bərk qucaqlayıb və xəsarət yetirməyib.

    Zərərçəkmiş V.H. ifadəsində deyib ki, oğlu ondan 10 manat pul istəyib, amma maaşını almadığı üçün verə bilməyib. Bu səbəbdən Balakərim onu boğaraq yerə yıxıb və xəsarət yetirib. Nəticədə qadın huşunu itirib, özünə gəldikdən sonra isə polisə şikayət verib. V.H. oğlu barəsində qanuni tədbir görülməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün həbs edilib.

  • Heç vaxt süni intellektlə əvəzlənməyəcək bir peşə açıqlandı

    Sürətlə inkişaf edən süni intellekt dövründə tarixçilərin rolu daha da artır. Alimlərin fikrincə, heç bir alqoritm keçmiş hadisələrin emosional və mənəvi dərinliyini dərk edə bilmir. 

    Qaynarinfo xəbər verir ki, bu barədə Kornell Universitetinin nasist Almaniyası üzrə mütəxəssisi Yan Burtslaff “Rethinking History” (“RH”) jurnalında dərc olunan məqaləsində bildirib.

    Tədqiqatın məzmunu

    Burtslaff araşdırmasında 1995-ci ildə La-Pas, Krakov və Konnektikutda qeydə alınmış Holokost şahidlərinin ifadələrinin ChatGPT tərəfindən necə yenidən təsvir olunduğunu təhlil edib.

    Məlum olub ki, süni intellekt ən mühüm məqamları ötürür. Məsələn, yeddi yaşlı Luizanın ifadəsində onun anasının barmağını kəsərək ölməkdə olan uşağa “heç olmasa bir damla nəmlik” vermək üçün qan damcılarını dodağına toxundurması epizodu tamamilə nəzərə alınmayıb.

    Burtslaff qeyd edib: “Əgər süni intellekt müasir tarixdə insan əzablarının zirvəsi olan belə səhnələri belə ötürürsə, daha incə süjetlərdə də təhriflər qaçılmazdır. Tarixçilər vacibdir, çünki onlar dinləməyi və interpretasiya etməyi bacarır. Süni intellekt isə yalnız ümumiləşdirir”.

    Tarixin “sadələşdirilməsi” təhlükəsi

    Alim vurğulayıb ki, ChatGPT kimi sistemlər bəzən gözlənilməz baxış bucağı təqdim edə bilsə də, onlar tarixi “sadələşdirməyə” meyillidir. Bu isə xüsusilə Holokost kimi faciələrin aydın və düzxətli hekayəyə çevrilməsi ilə nəticələnə bilər.

    Burtslaff qurbanların ifadələrini süni intellekt üçün “lakmus kağızı” adlandırıb: “Alqoritmlər tarixi hamarlaşdırır və nizamlayır, halbuki tarixçinin vəzifəsi etik yükü qorumaqdır”.

    Əsas prinsip

    Müəllif travma, soyqırımı və tarixi ədalətsizlik mövzuları ilə işləyən alim və müəllimlər üçün beş prinsip irəli sürüb. Əsas şərt odur ki, tarixçilər “maşın kimi” danışmamalı, təkrar olunan nümunələrə deyil, unikal şahidliklərə söykənməlidirlər.

    Burtslaff yekun olaraq bildirib: “Söhbət təkcə Holokostun xatirəsindən getmir. Burada həm də cəmiyyətlərin alqoritmlər dövründə öz keçmişlərini necə yadda saxlayacağı və şərh edəcəyi məsələsi dayanır”.