Month: September 2025

  • Sabah leysan yağacaq, şimşək çaxacaq – PROQNOZ

    Azərbaycanda sentyabrın 17-də yağışlı hava şəraiti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-17, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

  • Xətaidə evdən 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

    Xətai rayonunda evlərin birindən oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, rayon sakini polisə müraciət edərək yaşadığı evdən 15000 manat dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Ə.Göyüşov müəyyən olunaraq saxlanılıb.

    Rayon ərazisində bir nəfərə məxsus 1800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də ərazi polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Почтовые операторы могут лишиться лицензии за нарушение правил доставки

    В Азербайджане лицензии почтовых операторов, допускающих доставку отправлений на объекты, не соответствующие требованиям законодательства, могут быть приостановлены или аннулированы.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство информационно-коммуникационных технологий (ИКТА) при Министерстве цифрового развития и транспорта.

    Отмечается, что в последнее время возросло число жалоб граждан на подобные случаи. Операторам напомнили, что доставка в неподходящие места недопустима, и предупредили о возможных санкциях.

    Кроме того, по данному вопросу состоялась встреча с представителями платформы Temu: с сайта было удалено 217 объектов, не отвечающих требованиям. Также достигнута договоренность о совместных действиях для предотвращения подобных нарушений и оперативного реагирования на обращения граждан.

  • Azərbaycanda qanuna uyğun olmayan obyektlərdə poçt təhvilinə görə operatorların lisenziyaları ləğv oluna bilər

    Azərbaycanda poçt göndərişlərinin qanunvericiliyə uyğun olmayan obyektlərdə təhvil verilməsi hallarına yol verən poçt rabitəsi operatorlarının lisenziyaları ləğv oluna bilər.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

    “Müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq”, – məlumatda deyilir.

    Mövzu ilə bağlı “Temu” elektron ticarət platformasının məsul nümayəndələri ilə də görüş keçirilib. Nəticədə platformadan 217 obyekt haqqında məlumat silinib. Bundan əlavə, gələcəkdə oxşar problemlərin vaxtında qarşısının alınması və vətəndaş müraciətlərinə operativ cavab verilməsi üçün İKTA ilə “Temu” arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

  • Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

    Sentyabrın 2-də Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatı- “TechnoXian World Cup 9.0” da iştirak edib.

    Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

    Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.

  • Azərbaycan XİN Hondurası Müstəqillik Günü münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hondurası Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

    “Hondurası və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Müstəqilliyinizin 204 ili mübarək!”, – paylaşımda qeyd olunub.

  • Новая модель тестирования для XI класса начнет применяться с 2027 года

    С 2027 года на выпускных экзаменах XI класса в Азербайджане будет применяться новая модель тестирования.

    Об этом заявила руководитель Правления Государственного экзаменационного центра Малейка Аббасзаде в интервью газете “Халг”.

    По ее словам, в этом году на выпускных экзаменах IX класса будет применена новая модель тестирования по иностранному языку. Основная цель такого нововведения – дальнейшее развитие у учащихся творческого мышления, умения выражать мысли в логической последовательности и языковых навыков:

    “Это нововведение, применяемое для выпускников IX класса, планируется внедрить и на выпускных экзаменах для полного среднего образования с 2027 года”, – сказала Аббасзаде.

  • DİM sədri: 2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək

    Builki IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib.

    Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə “Xalq” qəzetinə müsahibəsində deyib.

    O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir:

    “Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil (XI – müəl.) səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur”.

  • Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna yeni direktor təyin olunub

    Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna yeni direktor təyin edilib.

    Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor vəzifəsinə Vüsal Əliyev təyin olunub.

    Qeyd edək ki, V.Alıyev sözügedən qurumda uzun müddət direktor müavini vəzifəsində çalışıb.

  • Euronews: Мирное соглашение позволяет продвигать Южный Кавказ как единое туристическое пространство

    Парафирование мирного соглашения между Азербайджаном и Арменией открывает новый этап в развитии Южного Кавказа, создавая условия для превращения региона в одно из перспективных туристических направлений.

    Об этом говорится в материале, опубликованном на сайте телеканала Euronews.

    Подчеркивается, что современная инфраструктура и прочные связи Азербайджана с международными рынками создают благоприятные условия для привлечения новых туристических потоков.

    Euronews отмечает, что за последнее десятилетие Азербайджан направил значительные инвестиции в модернизацию аэропортов, развитие гостиничного сектора и инфраструктуры.

    “Азербайджан готов быстро отреагировать на возросший спрос, а мирное соглашение повышает доверие инвесторов, делая наш рынок еще более привлекательным для мировых брендов”, – сказал в комментарии Euronews генеральный директор Бюро по туризму Азербайджана Флориан Зенгстшмид.

    Говоря о парафировании мирного соглашения между Баку и Ереваном, Зенгстшмид подчеркнул, что открытие границ позволит впервые за долгие годы продвигать Южный Кавказ как единое туристическое пространство, формируя условия для комбинированных (многострановых) туров и делая регион привлекательным для туристов из дальних стран.

    В статье отмечается, что запуск транспортного коридора TRIPP (“маршрут Трампа”) – 42-километрового отрезка Зангезурского коридора, проходящего по территории Армении, является амбициозным проектом, “который соединит Азербайджан с его Нахчыванской автономной республикой, а через Турцию – с европейскими рынками”.

    Согласно автору статьи, для туристической отрасли Азербайджана эта новая реальность предлагает больше, чем просто улучшенный доступ – “Это меняет имидж страны как безопасного, связанного и открытого направления”.

    Кроме того Euronews подчеркивает, что если ранее европейские путешественники колебались отправляться в Южный Кавказ из-за опасений по поводу стабильности, то теперь они увидят регион в новом свете.

    “Мир ведет к более сбалансированным и диверсифицированным рынкам, укрепляя устойчивость всего туристического сектора”, – комментирует это Зенгстшмид.