Month: September 2025

  • Mexikoda yük maşınının partlaması nəticəsində ölənlərin sayı 15-ə çatıb

    Mexikoda sentyabrın 10-da baş vermiş mayeləşdirilmiş qazla dolu avtosisternin partlayışı nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb, 38 nəfər isə hələ də xəstəxanadadır.

    Bu barədə Meksika paytaxtının səhiyyə naziri Nadin Qassman məlumat verib.

    “Bizə yeni məlumat verildi – daha bir nəfər dünyasını dəyişdi, beləliklə, ölənlərin sayı 15-ə çatdı”, – “La Razon” nəşri Qassmanın sözlərini sitat gətirib.

    Nazir əlavə edib ki, xəstəxanalarda müalicə alan 38 nəfərdən 14-ü ağır vəziyyətdədir, onların bədənində çoxsaylı yanıq xəsarətləri var.

    Hadisə 10 sentyabrda Mexikonun İstapalapa rayonundakı avtomobil qovşağında baş verib. Partlayış nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı binalar zədələnib.

  • Дефицит госбюджета Азербайджана на 2026 год прогнозируется 2,3% ВВП

    Доходы госбюджета Азербайджана на 2026 год прогнозируются на уровне 38 млрд 423 млн манатов, расходы – 41 млрд 548,6 млн манатов.

    Об этом Median.Az сообщает со ссылкой на Министерство финансов.

    Согласно информации, доходы в следующем году будут на 0,2% выше прогноза на 2025 год, а расходы – на 0,3%.

    Дефицит госбюджета на следующий год прогнозируется на уровне 3 млрд 125,6 млн манатов (+2,4% от показателя на 2025 год) или 2,3% ВВП.

  • Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manata yaxın olacaq

    2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

    Proqnozlaşdırılan büdcə gəlirlərinin 42,6 %-i və yaxud 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 %-i və yaxud 22 milyard 73 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

    Proqnozlaşdırılan büdcə xərclərinin isə 24 milyard 771,7 milyon manatının və yaxud 59,6 %-nin cari xərclər, 14 milyard 319,3 milyon manatının və yaxud 34,5 %-nin əsaslı xərclər, 2 milyard 457,6 milyon manatının və yaxud 5,9 %-nin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olacağı nəzərdə tutulur.

  • Bu yollarda sıxlıq var – SİYAHI

    Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda yollardakı vəziyyət:

    1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    10. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    12. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    15. Babək prospekti, mərkəz istiqamətində;

    16. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    17. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    18. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    19. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    20. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    21. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    22. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • BƏƏ prezidenti: “Dost Azərbaycanla ikitərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq”

    “Dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan söyləyib.

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti qeyd edib:

    “Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq”.

  • В Шуше от имени президента Ильхама Алиева дан обед в честь президента ОАЭ – ФОТО

    В Шуше от имени президента Азербайджана Ильхама Алиева был дан официальный обед в честь президента ОАЭ шейха Мухаммеда бен Заида Аль Нахайяна.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу главы азербайджанского государства.

  • Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şərəfinə rəsmi nahar verilib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi – VİDEO

    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

    Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.

    Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir.

    Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov çıxış edərək müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.

    Daha sonra kursantlar Vətənə sədaqət andı içiblər.

    Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

  • Pirallahı qəsəbəsinin bəzi ərazilərində qaz olmayacaq

    Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.

  • Bu rayonda işıqlar sönəcək

    Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

    Sentyabrın 16-da Babək rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

    “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

    Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq “Nehrəm” yarımstansiyasını qidalandıran 35 kV-luq “Nehrəm” hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq “Nehrəm-1”, “Nehrəm-2”, “Nehrəm-3” və “Nehrəm-4” hava xətlərində gərginlik olmayacaq.

    Bu səbəbdən saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.