Month: September 2025

  • DOST işçiləri arasında dava: Xadimə həmkarını vurdu

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) işçiləri arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində qurumun xadimələri arasında baş verib.

    Belə ki, 1980-cı ildə Bakı şəhərində doğulmuş, DOST İş Mərkəzində xadimə işləyən Qaçay həmin ərazidə 3 ildir ki, eyni işi görən Ülviyyə adlı qadının üz nahiyəsindən zərbə vurub. Əvvəlcə Qaçay zərərçəkmiş qadına yaxşı işləmədiyini və ərazisində olan zibillərin külək vasitəsilə onun ərazisinə uçduğunu deyərək mübahisə etməyə başlayıb. Bundan sonra Qaçay əli ilə bir dəfə onun üzünə zərbə vuraraq ərazidən uzaqlaşıb.

    Məhkəmənin qərarı ilə Qaçay Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

  • Məktəbli bıçaqlanaraq öldürüldü – Sinif yoldaşı saxlanıldı

    Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən bildirilir ki, 16 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

    Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.

    “Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib.

    Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

    Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”,- deyə məlumatda vurğulanıb.

    * * * * *

    Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

    Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

    17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Dərman xərcləri niyə kəskin artıb? – AÇIQLAMA

    “Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

    “Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşlarımızın xərclədiyi vəsaitin məbləği rekord səviyyədə- 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir.

    Əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib. Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət, xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”.

  • Gələn ilin iqtisadi artım proqnozu açıqlandı

    2026-cı ilin sonuna ölkədə ümumi daxili məhsulun həcminin (ÜDM) 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir.

    Median.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı gözlənilir.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul istehsal olunub.

  • İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın geniş tərkibdə görüşü olub – FOTO

    Sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.



  • Vergi ilə bağlı mühüm xəbər

    Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq.

    Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

    Qeyd edilib ki, 2026-cı ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

    Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial- iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması prosesində ölkəmizdə mövcud vəziyyət, hədəf göstəriciləri, məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlər, əldə ediləcək nəticələr və tələb olunan resursların təsviri göstərilməklə “Ortamüddətli dövr üzrə vergi və gömrük siyasətinə dair hədəflər”in müəyyən edilməsi istiqamətində işlər aparılır.

    Qeyd olunanlar nəzərə alınmaqla, 2026-cı il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

    – Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması;

    – Əlverişli investisiya mühitinin yaradılması;

    – Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi.

  • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsə şərti cəza verildi

    Külli miqdarda dələduzluq və sənəd saxtalaşdırılmasında ittiham olunan Ədalət Abdullayevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrum edilib.

    Ə.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib. Ona üç il sınaq müddəti olmaqla şərti cəza verilib.

    İttihama görə, təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi saxtalaşdırıb, qanunsuz hazırlayıb, bilə-bilə saxta sənəddən istifadə etməklə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib və zərərçəkmişə 490 min manat ziyan vurub.

    Ədalət Abdullayev həbs edilsə də, məhkəmə istintaqı zamanı səhhəti ilə əlaqədar barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Məhkəmə onun əvvəllər məhkum olunmadığını, yaşını, xəstəliyini əsas gətirərək şərti cəza verib. Həmçinin maddi ziyanın ödənilməsi ilə bağlı qərar verilib.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə ittiham edilib.
    //oxu.az

  • İranda silahlı hücum – 3 polis öldürüldü

    İranda silahlı insident baş verib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.

    İnsident nəticəsində 3 polis əməkdaşı həlak olub.

    Hücumun kim və ya kimlər tərəfindən təşkil edildiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Президенты Азербайджана и ОАЭ сфотографировались на фоне села Дашалты Шушинского района – ФОТО

    16 сентября Президент Азербайджанской Республики Ильхам Алиев и президент Объединенных Арабских Эмиратов (ОАЭ) Шейх Мухаммед бен Заид Аль Нахайян совершили прогулку на автомобиле по городу Физули.

    Как сообщает АЗЕРТАДЖ, затем по пути в Шушу главы государств сфотографировались на фоне села Дашалты Шушинского района.



  • Azərbaycan və BƏƏ prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər – FOTO

    Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan avtomobillə Füzuli şəhərini gəziblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlət başçıları Şuşaya gedərkən Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.