Month: September 2025

  • Новоназначенный посол Франции прибудет в Баку завтра

    Новоназначенный посол Франции в Азербайджане Софи Лагут прибудет в Баку завтра.

    Об этом сообщили в посольстве Франции в Азербайджане.

    Отмечается, что посол приступит к исполнению своих обязанностей после предоставления копий верительных грамот министру иностранных дел Азербайджана.

    Напомним, что предыдущий посол Франции в Азербайджане Анн Буайон покинула Баку 1 сентября с связи с завершением дипмиссии.

  • Fransanın yeni səfiri sabah Bakıya gələcək

    Fransanın Azərbaycana yeni təyin etdiyi səfir Sofi Laqut sabah Bakıya gələcək.

    Bu barədə Fransanın Azərbaycandakı Səfirliyindən bildirilib.

    Qeyd edilib ki, səfir Azərbaycan Xarici İşlər Nazirinə etimadnaməsinin surətlərini təqdim etdikdən sonra vəzifələrinin icrasına başlayacaq.

    Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Ann Buayon olub. O, sentyabrın 1-də Bakını tərk edib.

  • В Азербайджане предлагают иностранных заключенных и лиц без гражданства включить в ОМС

    В Азербайджане расширяется список лиц, подлежащих обязательному медицинскому страхованию.

    В этой связи предлагаются поправки в закон “О медицинском страховании”.

    Проект документа был обсужден на сегодняшнем заседании Комитета Милли Меджлиса по здравоохранению.

    В нем подчеркивается, что согласно действующему закону, застрахованными считаются граждане Азербайджана, иностранцы, получившие статус беженца в стране, и лица без гражданства, находящиеся под защитой представительства Верховного комиссара ООН по делам беженцев в Азербайджане.

    Согласно поправке, в список застрахованных также предлагается включить иностранцев и лиц без гражданства, которые были арестованы, отбывают наказание в виде лишения свободы на определенный срок и пожизненного лишения свободы (за исключением отбывающих наказание в учреждениях поселенческого типа).

  • Azərbaycanda icbari tibbi sığortalı şəxslərin siyahısı genişləndirilir

    Azərbaycanda icbari tibbi sığortalı şəxslərin siyahısı genişləndirilir.

    Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

    Sənəd layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunub.

    Layihədə vurğulanıb ki, qüvvədə olan qanuna görə Azərbaycan vətəndaşları, ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilirlər.

    Təklif edilən dəyişikliklə isə BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə yanaşı, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sığortaolunanlar siyahısına əlavə edilirlər.

  • Баку и Астана обсудили обмен опытом в обеспечении общественного порядка

    Делегация Нацгвардии МВД Казахстана в рамках визита в Баку ознакомилась с опытом работы азербайджанских коллег по обеспечению общественного порядка.

    Об этом передает казахстанское бюро Report со ссылкой на пресс-службу МВД Казахстана.

    “Глава казахстанской делегации заместитель министра внутренних дел, Главком Национальной гвардии Ансаган Балтабеков встретился с министром внутренних дел Азербайджана генерал-полковником Вилаятом Эйвазовым, с которым обсудил вопросы укрепления и расширения сотрудничества в сфере обеспечения общественного порядка. Также он провел встречу с командующим Внутренними войсками Азербайджана Шахином Мамедов”, – говорится в сообщении ведомства.

    Кроме того, казахстанскую делегацию ознакомили с деятельностью Главных управлений внутренних войск, по борьбе с организованной преступностью и общественной безопасности МВД

    В ходе встреч Балтабеков отметил важность обмена опытом и лучшими практиками, наработанными за последние годы в сфере обеспечения общественной безопасности.

    Командующий внутренними войсками Азербайджана генерал-лейтенант Шахин Мамедов со своей стороны выразил готовность к расширению сотрудничества с казахстанской стороной для совершенствования служебно-боевой деятельности.

    В МВД отметили, что делегацию из Казахстана ознакомили с воинской частью, обеспечивающей общественный порядок в городе Баку – представлены виды оружия и техники, стоящей на вооружении внутренних войск Азербайджана.

    Казахстанская делегация также посетила военный институт внутренних войск, обучающий курсантов с 2014 года. Заведение выпускает кадровых офицеров для войск правопорядка Азербайджана.

    “Стороны обменялись мнениями по подготовке офицерских кадров, методике обучения, обсудили перспективы взаимодействия между учебными заведениями войск правопорядка двух стран”, – отметили в министерстве.

  • Bakı və Astana ictimai asayişin təmin edilməsində təcrübə mübadiləsini müzakirə edib

    Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub.

    Bu barədə “Report”un yerli bürosu Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

    “Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin təmin edilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edib. O, həmçinin Azərbaycanın Daxili Qoşunlarının komandanı Şahin Məmmədovla görüş keçirib”, – nazirliyin məlumatında bildirilib.

    Bundan əlavə, Qazaxıstanın nümayəndə heyəti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş İctimai Təhlükəsizlik İdarələrinin fəaliyyəti ilə tanış edilib.

    Görüşlər zamanı A.Baltabekov ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər ərzində əldə edilmiş təcrübə və ən yaxşı praktikalarla mübadilənin vacibliyini qeyd edib.

    Azərbaycan Daxili Qoşunlarının komandanı general-leytenant Şahin Məmmədov öz növbəsində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi üçün Qazaxıstan tərəfi ilə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

    DİN-dən qeyd edilib ki, Qazaxıstan nümayəndə heyəti Bakı şəhərində ictimai asayişi təmin edən hərbi hissə ilə tanış edilib, silah və texnika növləri təqdim edilib.

    Qazaxıstan nümayəndə heyəti, həmçinin 2014-cü ildən kursantlara təlim keçən Daxili Qoşunların hərbi institutunu ziyarət edib. “Tərəflər zabit kadrlarının hazırlanması, təlim metodikası barədə fikir mübadiləsi aparıblar, həmçinin iki ölkənin hüquq-mühafizə qoşunlarının təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.

  • Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Otağa girəndə küvəzdən alov qalxdığını gördüm

    Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    “Report” un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

    Mərkəzdə xadimə işləmiş Yeganə Əhmədova bildirib ki, hadisə baş verən vaxtı növbədə olub:

    “Əməkdaşlardan biri qışqıraraq küvəzlər olan otaqda yanğının baş verdiyini dedi. Otağa gəldik. Küvəzdən alov qalxırdı. Biz də yanğını söndürməyə çalışırdıq”.

    Mərkəzdə elektrik vəzifəsində işləmiş Asif Dadaşov deyib ki, onun işi elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsindən ibarət olub:

    “Şöbələrdə nəyisə dəyişmək lazım olanda mənə deyirdilər, mən də gedib həll edirdim. Dördüncü mərtəbədəki avadanlıqları dəyişmək lazım olduqda Məryəm xanım, beşinci mərtəbədə nəyisə dəyişəndə isə Hamlet doktor göstəriş verirdi”.

    Şahid deyib ki, mərkəzdə əvvəllərdə qısaqapanmalar olub:

    “Adi lampa partlayanda belə qısaqapanma olurdu, avtomat atırdı. Həmçinin uzadıcılar da qızanda qısaqapanma baş verə bilər. Sözügrdən hadisə zamanı da qısaqapanma olub”.

    Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini xahiş edib.

    Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəri altına vermə” qətimkan tədbiri olsa da, o, iki dəfə ölkə xaricində olub. O, bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.

    Onun vəkili vurğulayıb ki, müvəkkilinin xarici ölkəyə çıxışına məhdudiyyət qoyulmayıb.

    Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib.

    O, ölkəni tərk etmək üçün aidiyyəti qurumlara məlumat verməli olduğunu bilmədiyini deyib

    Məhkəmənin növbəti iclası sentyabrın 29-da keçiriləcək.

    Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

  • Пашинян: У Армении не было варианта, кроме признания территориальной целостности Азербайджана

    У Армении не существовало иного варианта, кроме признания территориальной целостности Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на армянские СМИ, об этом премьер-министр Армении Никол Пашинян заявил сегодня на международной конференции “Комплексная безопасность и устойчивость 2025”.

    “Я признал территориальную целостность Азербайджана (в октябре 2022 года – ред.), чтобы признать территориальную целостность Армении. Другого пути просто не было”, – отметил он.

    По словам премьера, легитимность безопасности Армении еще больше укрепилась благодаря мирному соглашению, парафированному в Вашингтоне 8 августа.

  • Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb

    Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb.

    Median.Az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib.

    “Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında – red.) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi”, – o qeyd edib.

    Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib.

  • Baş prokurorun Naxçıvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

    Baş prokuror Kamran Əliyevin Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri ilə sentyabrın 16-na nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, qəbul sentyabrın 18-də saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında keçiriləcək.

    Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, contact@prosecutor.gov.az və nakhchivan.mr@prosecutor.gov.az elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.