Month: September 2025

  • Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib

    Bolqarıstanın Sofiya şəhəri başda olmaqla, bir sıra şəhərlərdə vahid Avropa valyutasının tətbiqinə qarşı və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.

    Bolqarıstan paytaxtının mərkəzində hərəkəti iflic edən etiraz aksiyasının təşkilatçısı “Dirçəliş” Partiyası olub.

    “Etirazımızın mesajı təkdir – hökumətin istefası. Bu, Bolqarıstanı qorumaq, bolqar levini qorumaq üçün vacibdir”, – deyə partiya lideri Kostadin Kostadinov jurnalistlərə bildirib.

    Aksiya Bolqarıstan parlamentinin binası qarşısında, prezident administrasiyası və hökumət binasının yanında başlayıb. Daha sonra Sofiyanın küçələri ilə kütləvi yürüş təşkil olunub.

    Paytaxtda asayişi gücləndirilmiş polis qüvvələri təmin edib.

    “Dirçəliş” partiyasının nümayəndələri bildiriblər ki, kütləvi aksiyalar Varna, Plovdiv, Şumen və digər şəhərlərdə də keçirilib.

  • Dünyanın ən sürətli 10 reaktiv təyyarəsi: Rekordçu dəyişməz qaldı

    Bəzi müasir reaktiv təyyarələr inanılmaz sürətə çata bilir. Lakin ən sürətlinin hansısı olması barədə mübahisələr hələ də davam edir.

    Qaynarinfo xəbər verir ki, “BBC Science Focus Magazine” dünyanın tarixdəki ən sürətli 10 reaktiv təyyarəsinin siyahısını açıqlayıb. Reytinqin lideri bir dəfə 11 000 km/saatdan artıq sürət toplaya bilib.

    Tarixdə ən sürətli reaktiv təyyarə eksperimental NASA X-43 olub. Bu pilotsuz hipersəs təyyarəsi ilk dəfə 2001-ci ildə uçuş həyata keçirib. Ümumilikdə üç ədəd istehsal olunub. 2024-cü ildəki üçüncü uçuş zamanı X-43 9,6 Max sürət (11 760 km/saat) toplayaraq mütləq rekord müəyyən edib.

    Təyyarənin sürət qazanması üçün “Pegasus” raket blokundan istifadə olunub. Daşıyıcı təyyarə kimi isə NASA-nın aerokosmik sınaqlar üçün istifadə etdiyi B-52B “Balls 8” xidmət göstərib.

    İkinci yerdə 1966-cı ildə təqdim edilən və 1999-cu ildən sonra uçuşlara qatılmayan “SR-71 Blackbird” qərarlaşıb. Soyuq müharibə dövründə kəşfiyyat missiyaları üçün hazırlanan bu təyyarə 1976-cı ildə təxminən 26 km hündürlükdə ən uzunmüddətli uçuş rekordunu müəyyən edib və bu göstərici hələ də qüvvədədir.

    Üçüncü yeri isə sovet istehsalı MiQ-25 və MiQ-31 tutub. Onlar müvafiq olaraq 1964 və 1975-ci illərdə ilk uçuşlarını həyata keçirib və 2,83 Max (3466 km/saat) sürət toplaya biliblər.

    Ən sürətli 10 reaktiv təyyarə:

    1. NASA X-43 – 9,6 Max (11 760 km/saat)
    2. SR-71 Blackbird – 3,3 Max (4042 km/saat)
    3. MiQ-25 – 2,83 Max (3466 km/saat)
    4. MiQ-31 – 2,83 Max (3466 km/saat)
    5. F-15 – 2,5 Max (3062 km/saat)
    6. Su-27 – 2,35 Max (2878 km/saat)
    7. MiQ-23 – 2,35 Max (2878 km/saat)
    8. F-14 – 2,34 Max (2866 km/saat)
    9. MiQ-29 – 2,3 Max (2817 km/saat)
    10. F-22 – 2,25 Max (2756 km/saat)

  • Polşa havadan müdafiə tədbirlərini gücləndirib

    Polşa Rusiya dronlarından gələn təhdid fonunda qabaqlayıcı tədbirlər görüb.
     
    Median.Az xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk özünün “X” hesabında məlumat verib.
     
    “Rusiya dronlarının Ukraynanın Polşa ilə sərhədə yaxın yerləri üzərində fəaliyyətindən yaranan təhdid səbəbindən, Polşa və müttəfiq qüvvələrin hava sahəmizdə qabaqlayıcı əməliyyatları başlayıb. Havadan müdafiə sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb”, – Polşanın Baş naziri xəbər verib.
     
    Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyaya məxsus dronlar Polşa hava sahəsini pozmuşdu. \APA

  • Bakıda məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat aldılar

    Bakıda məktəbdə müəllim işləmək istəyən şəxsə qarşı dələduzluq edilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

    37 yaşlı Cəbrayıl Quliyev (soyad şərtidir) Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki avtoyuma məntəqəsinə gəlib. Burada işləyən Zülfüqar Cəbrayıla arvadı Cəmilənin ingilis dili müəllimi olduğu halda işləyə bilmədiyini deyib. Həyat yoldaşının Lökbatandakı məktəblərin birində ingilis dili müəllimi kimi işə düzəlməsi üçün ondan kömək istəyib.

    Pula ehtiyacı olan Cəbrayıl Zülfüqara kömək edəcəyini deyib və bu iş üçün ondan ayrı-ayrı vaxtlarda 10 min manat pul alıb. Lakin dediyi sözə əməl etməyib. Nəticədə zərərçəkən polisə şikayət edib. Şikayət əsasında Cəbrayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı Cəbrayıl vurduğu ziyanı zərərçəkənə tam ödəyib və tərəflər barışıblar. Həmçinin təqsirləndirilən şəxs 10 min manatın 25 faizi qədər, yəni 2500 manat da dövlət büdcəsinə ödəniş edib.

    Qaradağ Rayon Məhkəməsində hakim Emin Fətəliyevin sədrliyi ilə keçirilən prosesdə Cəbrayıl Quliyev cinayət məsuliyyətindən azad olunub və barəsində açılan işə xitam verilib.

  • Əfsanəvi BMW loqosu dəyişdi – FOTO

    Münhendə keçirilən beynəlxalq avtosalonda BMW uzun zamandır gözlənilən yeni iX3 krossoverini təqdim edib. Bu modelin premyerası ilə yanaşı, markanın yenilənmiş loqosu da debüt edib və sərgidə ən diqqətçəkən yeniliklərdən biri olub.

    BMW nümayəndəsi “Carscoops” nəşrinə bildirib ki, yenilənmiş loqo mərhələli şəkildə markanın digər avtomobillərinə də tətbiq olunacaq. Bu, korporativ üslubun yenilənməsi üzrə ümumi strategiyanın bir hissəsidir.

    Əslində, BMW nişanındakı dəyişikliklər radikal deyil. Bu, daha çox dizaynın kiçik modernizasiyasıdır — xrom detallarının sayı azaldılıb, elektrik modelləri üçün ənənəvi istifadə olunan mavi xarici dairə götürülüb. Hərflər daha incə olub, loqo isə daha az qabarıq görünür.

    Sonuncu dəfə Bavariya şirkəti öz loqosunu 2020-ci ildə dəyişmişdi. O zaman yenilənmiş nişan ilk dəfə “Concept i4” prototipində nümayiş etdirilmişdi. Bundan başqa, beş il əvvəl “BMW M” idman bölməsinin və elektrik seriyası “BMW i”nin loqoları da dəyişdirilmişdi.

    //olke.az

  • В Сальянском районе собиравший ежевику мужчина получил огнестрельное ранение – ФОТО

    В селе Сеидсадыглы Сальянского района 63-летний мужчина получил огнестрельное ранение.

    Как сообщает Qafqazinfo, местный житель Искендер Тагиев (1963 г.р.) собирал ежевику на участке в сельской местности. В этот момент фрагменты пули, выпущенной с неизвестного направления, попали ему в глаз и несколько частей тела.

    С помощью односельчан он был доставлен в районную больницу. В медучреждении пострадавшему немедленно была проведена операция, угрозы для жизни нет.

    По свидетельству жителей села, Искендер Тагиев известен как исключительно трудолюбивый и миролюбивый человек, который никогда не вступал в конфликты с окружающими.

    По данному факту в Сальянском районном отделе полиции проводится расследование.


  • Salyanda 63 yaşlı kişini güllələyən şəxs SAXLANILDI – FOTO (Yenilənib)

    Salyan rayonunda 63 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

    Hadisə Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.

    Belə ki, həmin kənd sakini, Qismət Səmədov çöl quşları ovlayan zaman ehtiyatsızlıqdan ov tüfəngi ilə böyürtkən yığıb evə qayıdan həmkəndlisi, 63 yaşlı İsgəndər Tağıyevə xəsarət yetirib.

    Qismət Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

    * * * * *

    Salyanda 63 yaşlı kişi güllə yarası alıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.

    Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini İsgəndər Tağıyev kənd ərazisindəki sahədə böyürtkən yığırmış. Bu zaman naməlum istiqamətdən açılan güllənin qırmaları onun gözünə və bədəninin bir neçə nahiyəsinə dəyib.

    O, kənd sakinlərinin köməyi ilə rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada dərhal yaralıya cərrahi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.

    Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, İsgəndər Tağıyev heç kimlə mübahisəsi olmayan zəhmətkeş şəxsdir.

    Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • Ağdaşa sel gəldi, traktorlar çınqıl altında qaldı – Video

    Ağdaşda traktorlar çınqıl altında qalıb.

    “Qafqazinfo”nun xəbərinə görə, Ağdaş rayon ərazisindən keçən Türyançay çayında işləyən texnikalar ötən gün gecə saatlarında gələn sel nəticəsində çınqıl altında qalıb.

    Məlumata görə, texnikalar çaylaqda sönülü vəziyyətdə olub.

    Traktorlar digər texnikaların vasitəsilə qazılaraq çıxarılıb.

  • Azərbaycanda İİV və sifilis: Rəqəmlər nə göstərir?

    Son vaxtlar sosial şəbəkədə QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) və sifilis xəstəlikləri ilə bağlı müzakirələr tez-tez nəzərə çarpır.

    Müzakirələrdə sözügedən xəstəliklərin sayında artımla bağlı yayılan məlumatlardan narahatlıq ifadə olunur.

    Bəs görəsən, Azərbaycanda bu narahatlıqlara səbəb varmı? QİÇS və sifilis xəstəliklərinin statistikası bizə nə deyir?

    Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumatda göstərilir ki, bu ilin yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin ümumi sayı 816 nəfər olub.

    Onlardan 492 nəfəri kişi, 324 nəfəri isə qadındır. Sifilisə yoluxanlar 0-17 yaş qrupu üzrə 24 nəfər, 18 və daha yuxarı yaş həddində isə 792 nəfərdir.

    Qeyd edək ki, 2023-cü ildə sifilisə yoluxanların ümumi sayı 886 nəfər, 2024-cü ildə isə 1 152 nəfər olub.

    Azərbaycanda QİÇS-ə yoluxanların sayına gəlincə isə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda ilk dəfə İİV (insanın immun çatışmazlığı virusu) infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin 1 sentyabr tarixinə kimi sözügedən mərkəzdə 11 144 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.

    Onlardan 69.8%-i kişilər, 30.2%-i qadınlardır.

    DSK-dan isə bildirilib ki, QİÇS-ə 2023-cü ildə yoluxanların sayı 10 692 nəfər, 2024-cü ildə isə 11 844 nəfər olub.

    Bu xəstəliklərin dinamikasında müşahidə olunan artımın yaratdığı narahatlığa gəlincə, Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib ki, ölkədə İİV-in yayılma və xəstələnmə göstəriciləri ilə bağlı epidemioloji təhlükə müşahidə olunmur:

    “Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan yerdir. Buna səbəb isə ölkədə, əsasən, əhali arasında məqsədyönlü şəkildə icra olunan müxtəlif istiqamətli əks-epidemik və profilaktik tədbirlərdir.

    İİV-in ötürülmə yollarından biri də anadan-uşağa olduğu üçün virusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) həyata keçirilir və son beş il ərzində qeydiyyata götürülən və ARV terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.

    Anadan uşağa ötürülmənin profilaktikasına, həmçinin yenidoğulmuşların profilaktikası da daxildir. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə mərkəzin pediatrı tərəfindən yenidoğulmuşa 28 günlük profilaktika təyin olunur və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təmin olunur”, – deyə məlumatda bildirilir.

  • “Qalatasaray”dan səfər qələbəsi

    Türkiyə Super Liqasında V turun oyunları keçirilir.

    Bu gün son çempion “Qalatasaray” meydana çıxıb.

    Komanda “Eyüpspor”un qonağı olub.

    Görüşdə hesab ikinci hissədə açılıb. Mauro İkardi fərqlənib. Çox keçmədən Yunus Akgün oyunda yekun nəticəni müəyyənləşdirib – 2:0.