Month: September 2025

  • Bu ölkədə “iPhone Air”in satışına icazə verilmədi

    “Apple” korporasiyası Çində “iPhone Air” modelinin satışına hələlik icazə ala bilməyib.

    Bu barədə Çin mətbuatı yazıb.

    Qeyd olunub ki, ABŞ şirkəti ultra nazik modelin satışını təxirə salmalı olub.

    Mənbənin məlumatına əsasən, “iPhone Air” modelində fiziki SIM kart yuvası yoxdur və yalnız eSIM texnologiyası ilə istehsal olunur. Lakin Çində eSIM istifadəsi üçün tənzimləyici orqanlardan xüsusi icazə tələb olunur.

  • “Togg”un yeni modeli Ərdoğana təqdim olundu – FOTO

    Türkiyənin ilk yerli elektrikli avtomobili “Togg”un satışa yeni çıxarılan “T10F” modeli Prezident Rəcəb Tayyib Ərdoğana təhvil verilib.

    “Togg” İdarə Heyətinin üzvləri avtomobili Prezident Ərdoğana İstanbuldakı Dolmabağçadakı İş Ofisində təqdim ediblər.

    Prezident Ərdoğan avtomobili test üçün sürəndən sonra nəqliyyat vasitəsi barədə məlumat alıb.

    Qeyd edək ki, bu, “Togg”un ilk sedan modelidir. Avtomobilinin ilkin sifarişlərinin qəbulu sentyabrın 15-də, Almaniyada isə sentyabrın 29-da başlayacaq.

  • Xırdalan sakinlərinə şad xəbər

    “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

    Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.

    Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

  • “Bavariya” iki müdafiəçi ilə maraqlanır

    Almaniyanın “Bavariya” klubu iki futbolçu ilə maraqlanır.

    Bunlar İngiltərə təmsilçisi “Kristal Pelas”da çıxış edən Mark Qehi və Almaniyanın “Leyptsiq” komandasından Kastello Lukebadır.

    Həmin müdafiəçilərin mümkün transferi bu mövqedə çıxış edən oyunçuların cari mövsümdəki performansından və 2026-cı ilin yayında Kim Min Jenin satışından asılı olacaq.

    Qeyd edək ki, Mark Qehinin klubu ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Kastello Lukebanın isə Bundesliqa təmsilçisi ilə 2029-cu ilin iyununadək sözləşməsi var.

  • Запасы сливочного масла в Азербайджане увеличились в 4 раза

    В январе-августе текущего года в Азербайджане было произведено 17 886,4 тонны сливочного масла, что на 7,8% меньше, чем за аналогичный период 2024 года.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный комитет статистики.

    По состоянию на 1 сентября в стране сформированы запасы сливочного масла в размере 202 тонны, что в 3,9 раза больше, чем годом ранее.

    За отчетный период в Азербайджане были произведены продовольственные товары на сумму 3 млрд 408,9 млн манатов, что на 10,8% больше, чем годом ранее.

  • Azərbaycanda kərə yağı ehtiyatı 4 dəfə artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 886,4 ton kərə yağı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.

    Sentyabrın 1-nə ölkədə 202 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,9 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.

  • Bir sıra avtobus marşrutlarının hərəkət sxemi DƏYİŞDİRİLİR

    “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Dəyişikliyə əsasən:

    1 nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    4 nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

    5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

    6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət “Azadlıq prospekti” metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.

    10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

    20, 88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut Xocalı prospekti – Yusif Səfərov küçəsi – 28 May küçəsi ilə hərəkət edəcək.

    61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

    65 nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

    88 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

    125 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi “28 May” NMM) əhatə edəcək.

    149 nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

    72 və E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

  • Подозреваемому в убийстве Кирка на следующей неделе предъявят официальные обвинения

    Подозреваемому в убийстве американского консервативного активиста Чарли Кирка 22-летнему жителю штата Юта Тайлеру Джеймсу Робинсону на следующей неделе будут предъявлены официальные обвинения.

    Об этом сообщает Median.Az со ссылкой на Reuters.

    Сообщается, что Робинсон, студент третьего курса программы обучения на электротехника в Техническом колледже Дикси, входящем в систему государственных университетов штата Юта, был задержан в доме своих родителей, примерно в 260 милях (420 км) к юго-западу от места преступления.

    “Его задержали по подозрению в тяжком убийстве и другим обвинениям, которые, как ожидается, будут официально предъявлены в суде в начале следующей недели”, – отмечает агентство.

    The Washington Post (WP) ранее сообщал, что Робинсону будут предъявлены обвинения по трем статьям уголовного кодекса.

    Помимо убийства при отягчающих обстоятельствах, ему также вменяют незаконное хранение оружия и воспрепятствование правосудию.

  • Kirkin qətlində şübhəli bilinən şəxsə gələn həftə rəsmi ittiham irəli sürüləcək

    Amerikalı mühafizəkar fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən Yuta ştatının 22 yaşlı sakini Tayler Ceyms Robinsona gələn həftə rəsmi şəkildə ittiham irəli sürüləcək.

    Bu barədə Median.Az “Reuters”ə istinadən xəbər verir.

    Daha əvvəl “Washington Post” Robinsonun cinayət məcəlləsinin üç maddəsi ilə ittiham olunacağını yazmışdı.

    Ağır qətl törətməklə yanaşı, o, qanunsuz silah saxlamaqda və ədalət mühakiməsinə mane olmaqda da ittiham olunur.

  • Первый урок нового учебного года в школах будет посвящен “Году Конституции и суверенитета”

    В 2025-2026 учебном году первый урок во II-XI классах общеобразовательных учреждений будет посвящен теме “Год Конституции и суверенитета”.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство науки и образования.

    Отметим, что 15 сентября около 2,2 млн учащихся начнут новый учебный год на различных ступенях образования.