Month: September 2025

  • Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb

    Çin Yerin müşahidəsi üçün texnologiyaların sınağı məqsədi ilə iki “Şiyan-30” peykini uğurla orbitə çıxarıb.

    Bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

    Məlumata görə, start 29 sentyabr tarixində Pekin vaxtı ilə saat 11:00-da Siçuan kosmodromunda həyata keçirilib. Buraxılış “CZ-2D” raketi ilə həyata keçirilib – “Çancen” seriyalı daşıyıcılar üçün bu 598-ci missiya olub.

    “CZ-2D” diametri 3,35 m olan ikipilləli maye yanacaqlı raketdir. Uzunluğu 40,7 metrə çatan raket aşağı yerətrafı orbitə 3,5 tona qədər, Günəş-sinxron orbitə (700 km hündürlük) isə 1,3 ton faydalı yük çıxara bilir. Çin bu raketi 100-cü dəfə (2025-ci ildə 6-cı dəfə) buraxıb.

  • ФИФА планирует изменить правило пенальти

    Международная федерация футбола (ФИФА) может изменить правило исполнения пенальти.

    Об этом сообщает Bild.

    По информации источника, исполняющим пенальти футболистам планируется запретить добивать мяч после того, как он вылетит в поле либо после сейва вратаря. При этом текущая задумка изменений правила не регламентирует принцип действия после попадания мяча в каркас ворот.

    Отмечается, что для вступления в силу данное правило должно быть одобрено Международным советом футбольных ассоциаций (IFAB), после чего пройти практическое тестирование.

  • FIFA penalti qaydalarını dəyişdirməyi planlaşdırır

    Beynəlxalq Futbol Federasiyası (FIFA) penalti qaydalarını dəyişə bilər.

    Bu barədə “Bild” məlumat yayıb.

    Mənbənin məlumatına görə, penalti vuran futbolçulara top meydana qayıtdıqdan və ya qapıçının müdaxiləsindən sonra təkrar zərbə endirmək qadağan ediləcək. Eyni zamanda, qaydaların dəyişdirilməsinin hazırkı konsepsiyası topun qapı çərçivəsinə dəyəndən sonra nə ediləcəyini tənzimləmir.

    Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməli, daha sonra praktik sınaqdan keçirilməlidir.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda yollardakı vəziyyət:

    1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    4. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    8. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    9. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    11. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayeva zəng edib.

    Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir Yermek Koşerbayevi xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

    Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Ölkələr arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əminlik ifadə olunub.

    Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, cari ilin oktyabr ayında Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq barədə məlumat verilib.

    Yermek Koşerbayev təbriklərə görə öz minnətdarlığını bildirib, iki ölkə arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

  • BDU-nun aparıcı elmi işçisi vəfat etdi

    Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Rövşən Musayev vəfat edib.

    Bu barədə BDU məlumat yayıb.

    O, 2014-2019-cu illərdə BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Yarımkeçirici fizikası şöbəsində, 2019-cu ildən isə Biofizika şöbəsində aparıcı elmi işçi kimi çalışırdı.

  • İlham Əliyev Si Cinpini təbrik edib

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab sədr, Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşıb, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilib. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.

    Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırıb, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirib.

    Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda, vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.

    Hörmətli cənab sədr, əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

    Belə bir xoş gündə sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

  • Мехрибан Алиева выразила соболезнования в связи с кончиной Джабира Иманова – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева сделала публикацию в своем Instagram-аккаунте в связи со смертью заслуженного артиста Джабира Иманова.

    В посте говорится:

    “Потрясена известием о кончине Джабира Иманова – светлого, искреннего и необычайно талантливого человека. Мы всей семьей скорбим и выражаем соболезнования его родным и близким. Да упокоит Аллах его душу”.

  • Mehriban Əliyeva: “Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı” – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

    Allah rəhmət eləsin!”

  • Nərmin Cəfərova gümüş medal qazandı

    Azərbaycanın stend atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında fəxri kürsüyə qalxıb.

    O, qadınların yarışında gümüş medal qazanıb.

    Rusiyalı Alina Akhatova qızıl, qazaxıstanlı Nargiza Sarmanova bürünc mükafata yiyələnib.

    Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.