Month: September 2025

  • Скончался заслуженный артист Джабир Иманов

    Скончался Заслуженный артист Азербайджана Джабир Иманов.

    Как сообщает Qafqazinfo, у него случился инфаркт сегодня в спортзале, расположенном на улице Узеира Гаджибекова в Сабаильском районе Баку.

    Несмотря на вызов бригады скорой помощи на место происшествия, жизнь 49-летнего актера спасти не удалось.

  • Əməkdar artist Cabir İmanov idman zalında vəfat etdi

    Əməkdar artist Cabir İmanov vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

  • İlham Əliyev Rafiq Məmmədhəsənovu təltif etdi

    Sabiq deputat, professor Rafiq Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Rafiq Musa oğlu Məmmədhəsənov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

  • DSX-dən İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var

    İrandan Azərbaycana səkkiz kiloqramdan artıq narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən iki naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

    Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 90-BJ-616 dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Elşad Ramin oğlu Mövsümov və 1997-ci il təvəllüdlü Murad Mehman oğlu Rəhimov şübhəli şəxs qismində saxlanılıblar.

    İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

  • На суде по уголовному делу граждан Армении заслушаны показания потерпевших

    В Бакинском судебном комплексе проходит судебное заседание по делу лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений.

    Как сообщает Report, заседание проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что на прошлом заседании были заслушаны показания потерпевших лиц.

    Напомним, обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Новый тариф на проезд в общественном транспорте затронет только автобусы с валидаторами

    В соответствии с “Государственной программой по совершенствованию транспортной инфраструктуры города Баку и прилегающих территорий на 2025-2030 годы” поэтапно реализуются меры в сфере общественного транспорта.

    Информацию об этом распространила Коллегия Министерства цифрового развития и транспорта Азербайджана.

    Согласно предоставленной информации, тариф на пассажирские перевозки в метрополитене устанавливается в размере 60 гяпиков за одну поездку.

    Нижний предел тарифов на пассажирские перевозки по современным городским (внутрирайонным), межпоселковым и пригородным автобусным маршрутам, отвечающим современным требованиям и функционирующим исключительно за счет безналичных платежных средств, устанавливается в размере 60 гяпиков (тарифы варьируются в зависимости от расстояния).

    Новые тарифы будут применяться к городским, пригородным и межпоселковым автобусным маршрутам на административной территории Баку, где плата за проезд осуществляется только через безналичные платежные инструменты, а также к автобусам, работающим на электричестве или сжатом природном газе (CNG).

    Одновременно изменение тарифов будет применяться на регулярных автобусных маршрутах Баку – Сумгайыт, Баку – Абшерон, Сумгайыт – Абшерон и в других городах и районах. Это изменение будет распространяться на автобусы, работающие на электричестве, CNG или дизельном топливе, произведенные после 1 января 2025 года, и оплата проезда в которых осуществляется только безналичными платежными инструментами.

    Дополнительно будет стимулироваться переход перевозчиков на системы безналичных платежей, что создаст технические возможности для внедрения дифференциальных тарифов в пассажирских перевозках.

  • Nəqliyyatda yeni tarif YALNIZ NAĞDSIZ ödənişlərə şamil olunacaq

    “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası məlumat yayıb.

    Məlumata əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

    Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən olunur.

    Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

    Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

    Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

  • Stəkana tüpürüb müştərilərə çay süzdü: İşdən qovuldu – Video

    Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

    Etdiyi hərəkəti özünün sosial şəbəkə hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.

    Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxlanılıb. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi, həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını deyib:

    “Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi, həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdiriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb”.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır:

    “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

  • Bakıda usta sahibkar qadınla sevgili oldu, şantaj yolu ilə əmlakını ələ keçirdi

    Bakıda usta sevgili olduğu sahibkar qadını şantaj edib.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

    Xəzər rayonunda sahibkarlıqla məşğul olan iş adamı İradə Ağayeva (ad və soyad şərtidir) mülkiyyətində olan obyektlərdən birini icarəyə verərkən Binə qəsəbəsində usta işləyən İlham Muxtarovla (ad və soyad şərtidir) tanış olur. İlham həmin obyekti icarəyə götürür və orada fəaliyyət göstərir. O, iki il obyekti icarə əsasında işlədir və aylıq icarə haqqını vaxtında ödəyir. İlham, həmçinin İradənin digər tikinti-təmir işlərinə də yardım edir və sahibkar qadının etibarını qazanır.

    Bir müddətdən sonra İradə bütün obyektlərinin icarə pulunu yığmağı İlhama etibar edir. Bundan istifadə edən İlham İradənin razılığı ilə obyektlərdən birini öz adına rəsmiləşdirir. Daha sonra İradə İlham üçün torpaq sahəsində ev tikir və evi onun adına rəsmiləşdirir.

    Daha sonra İradə ilə İlham arasında sevgi münasibətləri yaranır.

    Bir neçə il ərzində İlham İradənin adına olan bir neçə torpaq sahəsini satıb, pulunu mənimsəyir. Növbəti dəfə İradə özünə pul lazım olduğu üçün torpaq sahəsinin birini də satır. İlham isə həmin pulu İradədən tələb edir. İradə həmin pulu şəxsi xərclərini qarşılamaq üçün satdığını deyir. Nəticədə İlhamla İradə arasında mübahisə yaranır. İlham İradənin evinə gələrək onu döyür və bütün əmlakını tələb edir.

    O, İradəni şantajla da hədələyir. İlham İradəyə bildirir ki, onun intim videolarını çəkib və həmin videoları qardaşına və oğluna göstərəcək. İlham bu yolla İradəni hədələyərək, Binə qəsəbəsində olan bir neçə torpaq sahəsini ələ keçirir.

    Daha sonra İlham İradənin evlərini ələ keçirmək üçün onu yenidən şantaj edir. O bu məqsədlə İradənin yarıçılpaq şəkillərini onun oğluna göstərir.

    Bundan sonra İradə polisə müraciət edir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İlham Muxtarov saxlanılır. Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Muxtarov 11 il müddətinə azadlıqdan məhrum edilir.