Month: September 2025

  • Əli Əsədov: “Azərbaycanda keçirilən III MDB Oyunları dostluq və idman ruhunu gücləndirəcək”

    “Hazırda Azərbaycanda keçirilən III MDB Oyunları dostluq və idman ruhunu gücləndirmək üçün mühüm addım olacaq, həmçinin birlik ölkələri arasında idman sənayesi və mədəniyyətin inkişafına xidmət edəcək”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

  • Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

    Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

    Yağıntılı hava şəraiti ilə ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Ağsuda narkotik satan şəxs tutuldu

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub.

    Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.

  • Кюбра Алиева: Дядя Джабира Иманова также внезапно скончался от инфаркта

    Это очень тяжелое известие. Я только что узнала о трагедии и чувствую себя ужасно.

    Об этом Qafqazinfo сказала Заслуженная артистка Азербайджана Кюбра Алиева, комментируя безвременную кончину своего коллеги Джабира Иманова.

    Она подчеркнула, что у покойного не было никаких заболеваний:

    “Когда я услышала, что Джабир скончался от инфаркта, я была потрясена. У него не было никаких проблем со здоровьем, он был молодым человеком. Сколько ему было лет… Удивительно, но его дядя также внезапно скончался от инфаркта. Мы работали вместе целых 11 лет. Он был таким прекрасным человеком… Я глубоко опечалена”.

    Отметим, что Джабир Иманов скончался от сердечного приступа во время тренировки в спортивном зале сегодня днем.

  • Kübra Əliyeva: “Cabirin dayısı da infarktdan vəfat etmişdi”

    “Xəbəri elə indicə aldım. Çox pis oldum. Olduqca ağır xəbərdir”.

    Median.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib.

    O bildirib ki, mərhumun heç bir xəstəliyi olmayıb: “Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib, çaşdım. Onun səhhətində heç bir problem yox idi, cavan adam idi. Onun nə yaşı var idi axı… Cabirin dayısı da belə qəfildən, infarktdan vəfat etmişdi. Düz 11 il biz birlikdə çalışmışdıq. O qədər gözəl insan idi ki… Çox üzüldüm”.

    Qeyd edək ki, C.İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.

  • Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır

    Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif edilir.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılan sənədə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

    Qeyd edilib ki, dəyişiklik layihəsi gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.

    Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir.

    Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Layihədə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.

    Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

    Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün yaş həddi 50 idi.

  • Неймар выбыл из строя до конца ноября, форвард вернётся к окончанию сезона в Бразилии

    Нападающий бразильского “Сантоса” Неймар не сможет играть до конца ноября из-за травмы мышц бедра.

    Об этом сообщает издание L”Équipe со ссылкой на слова президента клуба Марсело Тейшейры.

    По данным источника, Неймар вернётся в строй примерно к началу декабря, когда в Бразилии завершается сезон регулярного чемпионата.

    Отмечается, что получивший в сентябре травму форвард суммарно пробудет вне игры около шести недель. В 2025 году Неймар дважды травмировал заднюю поверхность бедра. Действующее трудовое соглашение игрока с клубом рассчитано до конца 2025 года.

    Согласно информации, представленной на портале Transfermarkt, рыночная стоимость футболиста составляет 11 млн евро.

  • Neymar dekabra qədər meydandan uzaq qalacaq

    Braziliyanın “Santos” klubunun hücumçusu Neymar bud əzələsində yaranmış zədə səbəbindən noyabrın sonuna qədər meydana çıxa bilməyəcək.

    Bu barədə “L’Équipe” nəşri klubun prezidenti Marselo Teyşeyranın sözlərinə istinadən xəbər yayıb.

    Mənbənin məlumatına əsasən, Neymar təxminən dekabrın əvvəlində, yəni Braziliyada mövsümün əsas hissəsi başa çatdığı zaman komandaya qayıda biləcək.

    Qeyd olunur ki, sentyabrda zədələnmiş hücumçu ümumilikdə təxminən altı həftə oyun xaricində qalacaq. 2025-ci ildə Neymar artıq iki dəfə budun arxa hissəsindən zədə alıb. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

    “Transfermarkt” portalının təqdim etdiyi məlumata görə, 32 yaşlı futbolçunun bazar dəyəri 11 milyon avrodur.

  • ВС РФ взяли под контроль Шандриголово в Донецкой области

    Российские военные за минувшие сутки заняли населенный пункт Шандриголово в Донецкой области.

    Об этом сообщили в Минобороны России.

  • Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

    Rusiya qoşunları son sutka ərzində Ukraynanın Donetsk vilayətində Şandriqolovo yaşayış məntəqəsini ələ keçiriblər.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.