Month: September 2025

  • Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi – “Məhdudiyyəti anlayışla qarşılayın”

    Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

    “Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

  • “Avroviziya 2026” ləğv edilmək təhlükəsi altındadır

    Niderland “Avroviziya 2026″nı boykot etməyi düşünür.

    Ölkənin “AVROTROS” yayım şirkəti müsabiqədə imtina barədə məlumat yayıb. Bildirilib ki, buna səbəb Qəzza zolağında davam edən münaqişə fonunda İsrailin iştirak etməsi olub.

    “Mövcud şəraitdə baş verənlərin ciddi humanitar nəticələrini nəzərə alaraq, biz artıq İsrailin iştirakına haqq qazandıra bilmərik” deyə, məlumatda yazılıb.

    Bundan əlavə, Niderland tərəfi mətbuat azadlığının məhdudlaşdırılmasından və İsrail hakimiyyətinin “Avroviziya 2025″in təşkilinə guya müdaxiləsindən narahatlığını bildirib. Yayımçının sözlərinə görə, müsabiqədən siyasi məqsədlər üçün istifadə edilib ki, bu da onun ruhuna ziddir.

    İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Mədəniyyət naziri Ernest Urtasun və baş nazir Pedro Sançes açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar. Madriddən sonra İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin iştirakını “əxlaqsızlıq” adlandırıb.

    Qeyd edək ki, 70-cisi keçiriləcək “Avroviziya” müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq. Avstriyanın paytaxtı üçüncü dəfə bu foruma ev sahibliyi edəcək.

  • “TikTok”a görə evi yandırdı

    Tatarıstanın Buqulma şəhərində 19 yaşlı bloger TikTok-da izlənmə sayı toplamaq üçün kirayədə yaşadığı mənzildə qəsdən yanğın törədib.

    Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb

    Belə ki, gənc qadın videobloq çəkmək məqsədilə yatağın üzərinə od vurub, daha sonra onu alışqan maye ilə alovlandırıb. Nəticədə alov otağı bürüyüb, əşyalar və mebel tamamilə yanıb. Güclü tüstü səbəbilə qonşulardan biri boğulma təhlükəsi ilə üzləşib.

    Hadisə yerinə Fövqəladə Hallar Xidməti gələndə, bloger ağlayaraq yanğının guya elektrik qısaqapanmasından baş verdiyini iddia edib. O, həm atasına, həm də xilasedicilərə yalandan internet modeminin partladığını deyib.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Ən çox yağıntı Zaqatalaya düşüb

    Sentyabrın 13-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

    Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclüdür.

    Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 49, Astarada 26, Yevlaxda 22, Qaxda 18, Şabranda 17, Şəkidə 14, Lənkəranda 13, İsmayıllıda 9, Qusarda 8, Mingəçevirdə 7, Qubada 6, Tovuz, Oğuz, Qrız, Xaltan, Altıağac, Şamaxı, Qəbələ, Lerik, Şahdağ, Ceyrançöl, Tərtər, Bərdə, Yardımlı, Göyçay, Şəmkir, Kürdəmir, Qobustan, Gəncə, Balakən, Göygöl, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Bakıda və Abşeron yarımadasında 5 mm-dək qeydə alınıb.

    Yağan intensiv və güclü yağışlar nəticəsində Balakən rayonu ərazisindən keçən Balakənçaydan və Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, dağlıq rayonlarda 17, Aran rayonlarında və Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

  • İstanbul-Bakı reysinin xanım sərnişinində 153 qram kokain aşkarlanıb

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks nəzarət tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısı alınıb.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan qadın sərnişin gömrük nəzarəti zonasında şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən ümumi xalis çəkisi 153,551 qram olan narkotik vasitə – kokain aşkar edilib. Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri zamanı qeyd olunan narkotik vasitəni ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirən qadın və ölkə ərazisində həmin cinayətin törədilməsində iştirakçılıqda şübhəli bilinən iki şəxs saxlanılıb.

    Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb

    Sosial şəbəkədə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkədə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

    Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

  • Müğənnilərə avtomobil satan TANINMIŞ İŞ ADAMI barəsində cinayət işi açıldı (FOTO)

    “Vüsal 300” kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində cinayət işi başlanılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, “Vüsal 300” bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur.

    Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

    Sosial şəbəkədə yayılan görüntülərdə “Vüsal 300” məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulub və Xətai Rayon Prokurorluğu tərəfindən möhürlənib.

    Qeyd edək ki, “Vüsal 300” Bakıda ən bahalı maşınların “Arendator”u kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.


  • Оштрафован стоматолог, работающий без лицензии

    Министерство здравоохранения Азербайджанской Республики составило протокол в отношении стоматолога, работающего без лицензии в городе Мингячевир.

    Как сообщает modern.az, он оштрафован на 5 000 манатов.

    Согласно информации, в ходе проведенной Минздравом проверки было выявлено, что стоматолог занимался частной медицинской деятельностью без получения лицензии. По этой причине в его отношении был составлен протокол по статье 210.1 (занятие частной медицинской деятельностью или фармацевтической деятельностью без наличия лицензии) Кодекса АР об административных проступках и применена штрафная санкция в размере 5 000 манатов.

    Стоматолог обратился в суд с просьбой отменить решение. Он аргументировал это тем, что состоит на налоговом учете и неоднократно обращался за получением лицензии. Также он заявил, что протокол был составлен без его участия и с нарушением правил.

    Однако суд, изучив материалы дела, подтвердил, что стоматолог работал без лицензии. Согласно решению, наложенный Министерством здравоохранения административный штраф был признан законным, а жалоба не была удовлетворена.

  • Lisenziyasız fəaliyyət göstərən stomatoloq CƏRİMƏLƏNDİ

    Səhiyyə Nazirliyi Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloq barədə protokol tərtib edib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, stomatoloq 5 min manat cərimələnib.

    Məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı stomatoloji kabinetdə fəaliyyət göstərən şəxsin lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunub və 5 000 manat məbləğində cərimə tətbiq edilib.

    Stomatoloq məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. O, vergi uçotuna alındığını, dəfələrlə lisenziya almaq üçün müraciət etdiyini əsas gətirib. Həmçinin protokolun onun iştirakı olmadan tərtib olunduğunu və qaydalara əməl edilmədiyini bildirib.

    Lakin məhkəmə iş materiallarını araşdıraraq, stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. Qərara əsasən, Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimə qanuni sayılıb və şikayət təmin edilməyib.

  • Ağdamda azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi – FOTO

    Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, azyaşlının idarə etdiyi avtomobil aşıb və yaşıdı vəfat edib:

    “Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

    Nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilərlər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur”.

    “Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər”, – deyə BDYPİ-nin məlumatında qeyd olunub.