Month: September 2025

  • Çində yeni “iPhone”un satışı qadağan edildi

    “Apple” korporasiyası “iPhone Air”in Çində satışına icazə ala bilməyib.

    Bu barədə “South China Morning Post” məlumat yayıb.

    ABŞ şirkəti ultra nazik modelin satışını təxirə salmalı olub.

    Eyni zamanda, “iPhone 17” seriyasının digər modelləri sentyabrın 19-dan həm Çində, həm də bütün dünyada satışa çıxarılacaq.

    Məlumata görə, “iPhone Air” modelində digər telefonlardan fərqli olaraq adi SIM kart yuvası yoxdur. Bu səbəbdən cihaz yalnız virtual SIM kart – eSIM ilə istehsal olunur. Çində isə eSIM ilə avadanlığın istifadəyə verilməsi üçün tənzimləyici orqanlardan xüsusi icazə tələb olunur.

  • Məcburi köçkünləri təhqir edən aparıcıya görə “Space TV” CƏZALANDIRILDI (FOTO)

    13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda “Space TV” kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

    Bu barədə Audiovizual Şuradan məlumat verilib.

    Belə ki, 11 sentyabr 2025-ci il tarixində kanalın efirində 08.00-09.30 arası yayımlanan “Xəbərin izində” proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.

    Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrıseçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

    Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.

    “Space TV” redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə vermişdir. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) “Space TV” kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

    Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləmiş, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqdan uzaq bir hərəkət kimi qiymətləndiriblər.

    Audiovizual Şura bir daha, bütün yayımçılardan yayımı zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasını tələb edir və bu istiqamətdə redaksiya heyəti ilə, xüsusən də aparıcılar ilə izahedici işin aparılmasını ciddi tövsiyə edir.

  • В Губинском районе 15-летнюю девочку хотели выдать замуж за 35-летнего мужчину

    В Губинском районе правоохранительные органы предотвратили попытку выдать замуж 15-летнюю девочку за мужчину 1990 года рождения.

    В ответ на запрос Oxu.Az в региональной группе пресс-службы Министерства внутренних дел сообщили, что в Губинском районном отделе полиции возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса в отношении лиц, виновных в организации незаконного деяния.

    Следственные мероприятия продолжаются.

  • 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istədilər – Polis işə qarışdı

    Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq tədbirləri davam etdirilir.

  • Скончался народный артист Гаджи Мурад Ягизаров (ФОТО)

    Ушел из жизни Народный артист Азербайджана, лауреат Государственной премии Гаджи Мурад Ягизаров.

    Информацию об этом в социальных сетях распространили родные актера.

    86-летний артист скончался сегодня в Германии после продолжительной болезни.

  • Xalq artisti Hacı Murad Yagizarov VƏFAT ETDİ (FOTO)

    Xalq artisti Hacı Murad Yagizarov vəfat edib.

    Bu barədə sosial şəbəkədə mərhumun yaxınları məlumat yayıblar.

    Bildirilib ki, 86 yaşlı aktyor bu gün Almaniyada dünyasını dəyişib.

  • Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı

    Qlobal istiləşmə Yerin müxtəlif regionlarında dramatik dəyişikliklərə səbəb olur.

    Bir çox sahədə münbit torpaqlar səhraya çevrilərkən, bəzi regionlarda isə səhra iqlimindən fərqli olaraq, təbii özünə yeni bir forma tapır. Bu maraqlı çevrilmə, təbiətin gözlənilməz yerlərdə yaşıllaşması kimi təsvir edilə bilər.

    Lakin bu yaşıllaşma prosesi, çox vaxt təbii tarazlığı pozan formada baş verir. NASA, bu həftə dərc etdiyi fotoşəkillərlə Alyaskada baş verən və diqqət çəkən bir nümunəni nümayiş etdirib.

    NASA, “Earth Observatory”nin “Günün Şəkli” bölməsində Alyaskanın cənub-şərqindəki sahil düzənliyindəki sürətli buz əriməsi ilə bağlı izahatlar verib. Bu ərazidəki buzlaqlar sürətlə geri çəkilərkən, əriyən sular yeni bir adanın yaranmasına səbəb oldu. NASA bildirib: “Alyaskanın sahil regionundakı Alsek Buzlağının əriməsi nəticəsində, əvvəllər quru ilə əlaqəsi olan bir ərazi tamamilə sularla əhatələndi və burada yeni bir ada yarandı”. Bu adanın meydana gəlməsi qlobal istiləşmənin təsirlərini aydın şəkildə ortaya qoyur.

    Alsek buzlağının əriməsi, əslində illər ərzində yavaş bir dəyişim prosesi kimi görünsə də, zamanla sürətlənən bir geriləmə göstərdiyi aydın şəkildə müşahidə oluna bilər. 1894-cü ildə aparılan ilk müşahidələr buzlağın Alsek gölünün böyük hissəsini əhatə etdiyini ortaya qoyur. 2005-ci il tarixli ABŞ Geoloji Tədqiqatlar Qurumunun hesabatına görə, 1907-ci ildə buzlaq, buzlaqlar arasındakı qaya çıxıntılarına birləşən bir “nunatak” (buzlaq içində qaya adası) və 50 metrə qədər bir buz cəbhəsinə malik idi.

    Lakin zamanla buzlaq sürətlə geri çəkilməyə başlayıb. 1948-ci ildə 1,5 ilə 2,5 kilometr geri çəkilən buzlaq, 1960-cı ildə 5 kilometr geriləyərək diqqət çəkən bir sürətlə kiçilib. 1970-ci illərdə buzlağın iki qola ayrılacağı aydın olub və 20 il ərzində bu ayrılma baş verib. 2003-cü ilə gəldikdə isə buzlağın ucqar hissəsi üç ayrı dilimə bölünüb.

    NASA tərəfindən dərc edilən şəkillərdə bu uzunmüddətli dəyişimin təsirləri aydın şəkildə müşahidə edilə bilər. Xüsusilə 2018 və 2025-ci illərə aid görüntülər Alyaskadakı buzlaqların nə qədər sürətlə əridiyini və Alsek Gölünün necə böyüdüyünü göstərir. 2018-ci il görüntülərində Alsek Gölü, Prow Knub yaxınlığında duran bir quruluşdan, onu tamamilə əhatə edən bir göle çevrilib. Yüksək temperaturların təsiri ilə buzlaq sürətlə geri çəkilərkən, əriyən su qeyri-sabit vəziyyətə gələn buzlaq parçalarını gölə əlavə etməyə davam edib. NASA bu ərimə prosesinin gələcək illərdə də davam edəcəyini bildirir.

    Lakin Alyaskada yalnız Alsek gölünün böyüməsi ilə məhdudlaşan bir dəyişiklik baş vermir. Yakutat və Qrand Plato buzlaqlarının əriməsi nəticəsində bu regionlardakı göllər də təxminən iki dəfə böyüyüb. Bütün bu dəyişikliklər, cəmi bir neçə nəslin gözü qarşısında baş verdiyi üçün, təsirləri daha da təsirli hala gəlir.
    //qaynar.az

  • Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir

    Moskvanın Lyublino rayonunda qətlə yetirilmiş motosikletçinin valideynləri təqsirləndirilən şəxsin ailəsindən 100 milyon rubl (təxminən 200 min manatt) tələb ediblər.

    Qaynarinfo xəbər verir ki, bu barədə REN TV istintaq materiallarına istinadən məlumat yayıb.

    Xəbərdə bildirilir ki, öldürülən Kirill Kovalyovun atası məhkəməyə təqdim etdiyi açıqlamada oğlunun sağlamlığı və inkişafı üçün ailənin çoxlu şəxsi vəsait xərclədiyini qeyd edib.

    Hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaqa görə, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov Krasnodar küçəsindəki binanın qarşısında avtomobilini səkiyə park edib. Buna etiraz edən 24 yaşlı Moskva sakini Kirill Kovalyova Şahin Abbasov hücum edərək əvvəlcə onu döyüb, sonra isə qarın nahiyəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. O, qondarma “Luqansk Xalq Respublikası”na qaçmağı planlaşdırsa da, tanışının yanına getdiyi Rostov vilayətinin Kazanskaya stanitsasında yerli polis əməkdaşları tərəfindən saxlanılıb.

    Sonradan məlum olub ki, Moskvada yol polisi inspektoru Dmitri Bovtunov hadisə yerindən qaçan Şahin Abbasovu 30 min rubl müqabilində azad edib. Hazırda məhkəmə prosesi davam edir.

  • Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı

    Atlantik okeanının duzlu sularının altında alimlər nəhəng və hələlik istifadə olunmayan su laylarını aşkar ediblər. Onların tərkibindəki təmiz su gələcəkdə dünyada artan susuzluğu aradan qaldırmağa yardımçı ola bilər.

    Bu barədə “AP News” məlumat yayıb.

    Xəbərdə bildirilir ki, araşdırma beynəlxalq komanda tərəfindən “Ekspedisiya 501″in gedişində aparılıb və bir neçə onillik əvvəl əldə olunmuş oxşar kəşfə əsaslanır.

    1976-cı ildə ABŞ-ın şimal-şərq sahilləri yaxınlığında neft və qaz axtarışları üçün aparılan qazıntılar zamanı alimlər gözlənilmədən təmiz suya rast gəlmişdilər. O vaxt bu kəşf sualları cavablardan daha çox artırmışdı.

    Elmi ictimaiyyətdə okean dibinin altında iri içməli su ehtiyatlarının olub-olmaması ilə bağlı mübahisələr uzun müddət davam edib. 2025-ci ildə isə bu sirr qlobal kəşfə çevrilib.

    May-iyul aylarında keçirilən “Ekspedisiya 501” məhz bu gizli su ehtiyatlarını öyrənməyi qarşısına məqsəd qoymuşdu. Komanda adətən neft buruqlarına xidmət göstərən xüsusi platformadan istifadə edib və Massaçusets ştatının Kod burnu yaxınlığında okean dibində təxminən 400 metr dərinliyə qədər qazıntı aparıb.

    Nəşrin yazdığına görə, alimlər minlərlə litr təmiz su əldə ediblər. Onun duzluluq səviyyəsi min hissəyə bir hissə olub ki, bu da bir çox yerüstü bulaqlara bənzəyir.

    İlkin hesablamalara əsasən, bu gizli mənbə Nyu-York şəhərini əsrlərlə içməli su ilə təmin edə bilər. Alimlər hesab edirlər ki, nəhəng su anbarı yaxınlaşan qlobal su böhranının həllində mühüm rol oynaya bilər.

    Geofizik və missiyanın üzvü Brendon Duqan qeyd edib: “Bu, yerdə içməli su axtarılacaq ən son yerlərdən biri ola bilərdi”.

    Bildirilib ki, dünya əhalisinin artması və mövcud təmiz su ehtiyatlarının tükənməsi fonunda belə dənizaltı rezervlərin istifadəsi yerüstü və yeraltı mənbələrin azalmasına alternativ ola bilər.

    Həmçinin BMT-nin proqnozuna görə, 2030-cu ilə qədər dünya üzrə təmiz suya tələbat təklifi 40 faiz üstələyəcək. Artıq dünyanın müxtəlif şəhərləri kəskin su qıtlığı ilə üzləşir.

  • Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur

    Almaniya federal polisi uzunmüddətli istintaq nəticəsində Vuppertal şəhərində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

    Musavat.com xəbər verir ki, o, insan qaçaqçılığı ilə məşğul olan təşkilatlanmış cinayət qrupuna rəhbərlik edirdi və ən azı 87 miqrantı ölkəyə qanunsuz gətirib.

    Alman mediasının məlumatına görə, şəbəkənin izi Çex polisi tərəfindən verilmiş məlumat sayəsində tapılıb. 2024-cü ilin yayında Çexiyanın Almaniya sərhədində, Saksoniya ərazisində, karavanda 10-dan çox qanunsuz miqrant saxlanılıb. Araşdırma göstərib ki, bu yolla Almaniyaya ən azı altı səyahət həyata keçirilib. Federal polis şəbəkənin gətirdiyi 87 miqrantın şəxsiyyətini müəyyən edib.

    Karavanın sürücüsü dərhal həbs edilsə də, şəbəkənin başçısının kimliyi aylarla müəyyənləşdirilməyib. Polis onun Azərbaycan vətəndaşı olduğunu və Almaniyada karavan icarəyə götürdüyünü aşkar edib.

    Çərşənbə günü insan qaçaqçısı hakim qarşısına çıxıb. Tezliklə ona, insan həyatı üçün təhlükəli şəraitdə və kommersiya məqsədilə qaçaqçılıq etməkdə ittiham irəli sürüləcək.