Month: September 2025

  • В Баку дерево упало на женщину

    Начавшийся вчера на территории страны сильный ветер привел к ряду последствий. В результате упало несколько деревьев. Из-за падения одного из них пострадала женщина.

    Как сообщает Trend, об этом заявили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что 11 сентября 2025 года около 15:00 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов в связи с падением дерева на улице С.С.Ахундова в Бинагадинском районе.

    “Бригадой скорой медицинской помощи 31-летней женщине с диагнозом “тупая травма различных частей тела” на месте была оказана необходимая медпомощь”, – говорится в информации.

  • Bakıda ağac qadının üzərinə aşdı

    Dünəndən ölkəmizdə başlayan güclü külək ölkəmizdə bir sıra fəsadlara yol açıb. Nəticədə bir neçə ağac aşıb. Ağaclardan birinin aşması nəticəsində qadın xəsarət alıb.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

    Qeyd edilib ki, 11.09.2025-ci il tarixində saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, S.S.Axundov küçəsindən ağacın aşması səbəbi ilə çağırış qeydə alınıb.

    “Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxsə (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə yerində zəruri tibbi xidmət göstərilib”, – deyə məlumatda qeyd edilib.

  • Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

    Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

    “Report”un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

    * * * * *

    Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

    Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

    Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər davam etdirilir. Hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün keçirilən tədbirlərlə əlaqədar hərbi hissələrdə görüş müvəqqəti məhdudlaşdırılıb.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
    “Vətəndaşlardan, xüsusilə gənc əsgərlərin valideynlərindən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.
    Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – deyə məlumatda qeyd edilib.

  • Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

    Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 2025-ci il sentyabr ayının 1-nə qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsinin yanvar-avqust ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd edilib.
    Qeyd edilib ki, onların 50.1 faizini qadınlar təşkil edib.
    İşsizlikdən sığorta ödənişinin ortaaylıq məbləği 436.7 manat olub.

  • Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi – İlk dəfə

    “Bakı Metropoliteni” QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilir.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
    Bildirilib ki, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb: “Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb. 
    Qeyd edilən texniki və rəqəmsal yeniliklər sayəsində 34 cüt qatarla hərəkət sxeminə keçid öz növbəsində sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq”.
    Yeni qrafikə əsasən “28 May–Əhmədli” sahəsində:
    – İş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək;
    – Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq;
    – Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.
    Qeyd edilib ki, pik saatlarda intervalda edilmiş bu dəyişiklik sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təminatı istiqamətində mühüm nəticə olmaqla yanaşı, sentyabrın 15-dən proqnozlaşdırılan sərnişin tələbatının qarşılanması baxımından da əlavə imkanlar yaradır.

  • Azərbaycanda əhalinin sayı açıqlandı

    2025-ci ilin yanvar-iyul aylarında əhalinin sayı 20654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10245543 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

  • Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

    Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində 12 sentyabrda təmir işləri aparılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən bildirilib.
    Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
    Təmir işləri başa çatdıqdan sonra həmin küçələr keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Lənkəranda narkokuryer həbs edildi

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
    Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
    Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 20 fakt aşkarlanıb.

  • Nikahların sayı artıb, boşanmalar azalıb

    Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 27509 nikah və 12146 boşanma halları qeydə alınıb.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
    “Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb”, – məlumatda qeyd olunub.