“Bizim ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir”.
Bu sözləri elm və təhsil Naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, hər il müəllimlərin işə qəbul imtahanında (MİQ) şəxsən iştirak edir:
“Mən hər il işə qəbul imtanında müəllimlər üçün sualların hazırlanmasında iştirak edirəm. Təəssüf ki, ən səriştəli müəllim belə günümüzün tələblərinə uyğun sual tərtib edə bilmir. Şablon suallardan istifadəyə üstünlük verir. İmtahan verən müəllim də yeni sual görəndə təccüblənir ki, suallar dəyişdiriılib”
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.
ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.
İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.
Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokoladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokoladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.
Ранее распространились видеокадры из одного из детских садов Баку, на которых воспитательница грубо обращается с малолетним ребенком.
На видео воспитательница волокла 3-летнюю девочку по полу.
Представитель детского сада Самира Мурадова заявила Xəzər TV, что распространенные кадры были сняты несколько месяцев назад, и запечатленная на них сотрудница уже уволена.
“После того, как родитель предоставил нам видеозаписи, мы немедленно уволили сотрудницу и продолжили образовательный процесс. У ребенка были неврологические проблемы, родитель приходил в детский сад в дневное время, чтобы дать ему лекарство. Поскольку это лекарство вызывало агрессию, другие родители выражали беспокойство. Поэтому матери было рекомендовано обратиться в реабилитационные центры. Однако она не хотела покидать детский сад и заявила, что внесет оплату еще за четверых детей”, – рассказала С.Мурадова.
По ее ловам, после инцидента три воспитательницы были отстранены от работы, и дело расследуется правоохранительными органами.
В Министерстве внутренних дел также заявили, что по данному факту проводится расследование.
Ötən gün Bakının Xətai rayonunda yerləşən “Predu” uşaq bağçasının Həzi Aslanov filialında tərbiyəçinin azyaşlı uşağa qarşı kobud rəftarı ilə bağlı videogörüntülər yayılıb.
Tərbiyəçi 3 yaşlı qızı döşəmədə sürüyüb.
Bağçanın nümayəndəsi Samirə Muradova Xəzər TV-yə bildirilib ki, yayılan kadrlar bir neçə ay əvvəl çəkilib və həmin işçi artıq işdən azad olunub:
“Valideyn görüntüləri bizə təqdim etdikdən sonra işçini dərhal işdən azad etdik və tədris prosesinə davam etdik. Uşağın nevroloji problemləri var idi, valideyn gündüz saatlarında bağçaya gəlib ona dərman verirdi. Həmin dərman aqressiya yaratdığından digər valideynlər narahatlıq ifadə etmişdilər. Buna görə valideynə reabilitasiya tipli mərkəzlərə müraciət etməsi tövsiyə olunub. Lakin valideyn bağçanı tərk etmək istəməyib və digər 4 uşağın ödənişini ödəyəcəyini də bildirib”.
S.Muradova həmçinin qeyd edib ki, hadisədən sonra üç nəzarətçi də işdən kənarlaşdırılıb və məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Onun sözlərinə görə, valideynin qeyd etdiyi ödəniş məbləği də həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyindən (DİN) isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Azərbaycan 15 xəstəlik üzrə dünyanın 85 ölkəsindən ölkəyə qida məhsullarının idxalına məhdudiyyət qoyub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.
Onun sözlərinə görə, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub:
“Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniyanın Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstanın Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstanın Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviyanın Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliyanın Santarem dairəsində, İspaniyanın Andalusiya muxtar icmasında, Norveçin Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb”.
Hadisə rayon icra hakimiyyətinin qəyyumluq şöbəsində baş verib.
Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Şəlalə Ağayeva (soyad şərtidir) oğlu və gəlinini qəyyumluq şöbəsinə gətirib, onların birgə nikahdan olan övladını qəyyumluğa götürmək istəyir. Hadisə yerinə gəlinin anası Rüqəyya Əliyeva (soyad şərtidir) gəlib və Şəlalə ilə Rüqəyya arasında uşağa görə mübahisə yaranıb. Mübahisə nəticəsində Şəhla gəlinini və onun anası Rüqəyyanı yumruqla vurub yıxıb. O, daha sonra Rüqəyyanın saçından tutaraq icra hakimiyyətinin koridorunda sürüyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağayeva 300 manat cərimə edilib. //oxu.az