Month: September 2025

  • Azərbaycanda bu şəxslər pensiya ala bilməyəcək

    Azərbaycanda pensiya almaq üçün müəyyən şərtlər var. Bu tələbləri yerinə yetirməyən şəxslər pensiya hüququ qazana bilmir.

    Mövzu ilə bağlı DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov İTV-yə bildirib ki, əmək stajı, yaş həddi və sosial sığorta ödənişləri əsas meyarlardandır:

    “Pensiya kapitalı üçün minumum hədd olmayan hallar da var. Məsələn hərbi xidmətdə əlil olan şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya hüququ əldə edə bilər. 1 ay işləsə də, ona qanunvericiliyə əsasən, pensiya təyinatı aparılır. Kapital yalnız pensiya məbləğinin hesablanmasında rol oynayır. Əmək pensiyasının təyin olunması üçün isə vətəndaşın gərək əmək fəaliyyəti olmalıdır. Əmək pensiyasının təyin olunması üçün 25 il iş stajı olmalıdır”.

    Onun sözlərinə görə, qanunvericilikdə 25 il tələbi var. 2006-ci ilə qədər sistemdə elektron olmadığı üçün onlara 25 il hədiyyə edilir, lakin 2006-ci ildən sonra isə faktiki götürülür. Bu il 65 yaşında çıxanlara 25 il hədiyyə edilir, növbəti il 24 il nəzərdə tutulur. Çünki, əmək qabiliyyəti azaldılaraq gəlir.

    O qeyd edib ki, istər sahibkar olsun, istər işçi o, əgər sığorta haqqı ödəyibsə, pensiyaya çıxa bilər.

  • Ermənistan Rusiya və Belarusun təlimlərində iştirakdan imtina edib

    Ermənistan “Qərb-2025” təlimlərində iştirakdan imtina edib.

    Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər tərəfdaş ölkələrin hərbi birləşmələrini “Qərb-2025” təlimlərində iştiraka dəvət edib.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Lakin Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib ki, Ermənistan bu manevrlərdə iştirak etməyəcək.

  • Sumqayıtda 62 yaşlı şəxs direktor təyin edildi

    Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

    Bu vəzifəyə 62 yaşlı Vladim İbrahimov gətirilib.

    Qeyd edək ki, yeni direktor təyin edilən V.İbrahimov bundan əvvəl Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbinin direktoru idi.

  • Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb

    Məlum olduğu kimi, bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.

    Yeniavaz.com xəbər verir ki, qadağanın qüvvəyə minməsindən sonra Azərbaycanda nikahların sayı azalıb.

    Qeyd edək ki, iyul ayında ölkədə 2 694 nikah bağlanıb. Bu, əvvəlki – iyun ayı ilə müqayisədə təxminən 2 dəfə azdır. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə də nikahların sayı yüksək olub. Belə ki, 2024-cü ilin iyul ayında ölkədə 4 587 nikah bağlanıb.

    Bu ilin ilk 7 ayında Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub:

    Yanvar – 4 717 nikah
    Fevral – 3 024 nikah
    Mart – 3 465 nikah
    Aprel – 3 747 nikah
    May – 4 830 nikah
    İyun – 5 032 nikah
    İyul – 2 694 nikah

  • Bakıda bank kartlarından oğurluq edənlər saxlanılıblar

    Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2 min 355 manat talanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E. Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H. Süleymanov saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Solovyova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxs həbs edildi

    Rusiyanın Dimitrovqrad şəhərində Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə məşhur teleaparıcı və jurnalist Vladimir Solovyova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxs həbs edilib.

    “Unikal” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Məlumata görə, sözügedən şəxs 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Solovyovun gedib-gəldiyi yerlər haqqında məlumat toplamaq, daha sonra Ulyanovskdakı müdafiə sənayesi obyektləri haqqında məlumat toplamaq üçün Moskvaya gedib.

    Qeyd edək ki, Solovyov anti-Azərbaycan mövqeyi ilə də tanınır.

  • Aprel döyüşlərinin qazisi vəfat etdi

    Aprel döyüşlərinin iştirakçısı vəfat edib.

    Ramin Hümbətov beş gün öncə ağır vəziyyətdə aparıldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

    Qeyd edək ki, Ramin Hümbətov 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanıb.

  • Xankəndidə avtoxuliqanlıq edən iki qardaş saxlanıldı

    Xankəndi şəhərində sürət yarışına çıxan qardaşlar saxlanılıblar.

    Əslən Bərdə rayonunun Cəmilli kəndindən olan və Xankəndi şəhərində yaşayan Orxan Hümbətzadə və qardaşı Tural Baxışlı gecə saatlarında istifadələrində olan VAZ-21154 markalı 99-XD-195 qeydiyyat nişanlı və VAZ-21154 markalı 20-DH-355 qeydiyyat nişanlı avtomobillərlə şəhərin mərkəzi yolunda sürət yarışı həyata keçirməklə həmin hərəkətlərin videosunu çəkiblər.

    Xənkəndi Şəhər Polis Şöbəsinin əməkdaşları kamera görüntüləri ilə həmin şəxsləri aşkarlayıblar və barələrində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati icraat başlayıb.

    Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə qardaşların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə olunub.
    //oxu.az

  • Bakıda qadın xaricə getmək istəyən ərini həbs etdirdi

    Bakıda qadın xaricə getmək istəyən ərini həbs etdirib.

    Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

    Qəsəbə sakini Soltan Məmmədov (soyadı şərtidir) 2011-ci ildə Vüsalə ilə ailə həyatı qurub və onların birgə nikahdan 3 övladı olub. Soltan bir müddətdən sonra işləmək üçün Albaniyaya gedib və orada işləyib, ailəsinə pul göndərib. Beş aydan sonra Vüsalə ona zəng edərək boşanmaq istədiyini bildirib. Məcburiyyət qarşısında qalan Soltan Azərbaycana qayıdıb və ailənin dağılmasına imkan verməyib. Vüsalə onunla şərt kəsib ki, bir də xarici ölkəyə getsə, məhkəməyə boşanma ərizəsi təqdim edəcək.

    Bir neçə gün öncə Vüsalə bazardan qayıdarkən həyat yoldaşının kiminləsə telefonla danışdığını və Soltanın həmin şəxsə Albaniyaya qayıdacağını dediyini eşidib. Ər-arvad arasında mübahisə başlayıb və Soltan Vüsaləni döyüb.

    Vüsalə polisə məlumat verib və əraziyə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə Vüsalə bildirib ki, Soltan xarici ölkəyə getmək fikrindən daşınsa, onu bağışlayacaq. Soltan isə bildirib ki, Vüsalə onu bağışlasa, yenidən Albaniyaya qazanc dalınca gedəcək.

    Qadın buna görə də ərini bağışlamayıb və onun həbs edilməsini istəyib.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədov 3 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
    //oxu.az

  • ВС РФ оккупировали Новопетровское в Днепропетровской области

    Вооруженные силы Российской Федерации (ВС РФ) оккупировали населенный пункт Новопетровское в Днепропетровской области.

    Об этом сообщили в Министерстве обороны РФ.