Month: September 2025

  • Bakıda lyuk qapaqları və yağış barmaqlıqları DƏYİŞDİRİLƏCƏK

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtın infrastrukturunun yaxşılaşdırılması üçün yeni tender elan edib.

    Layihə çərçivəsində lyuk qapaqları, yanğın hidrantları və yağış barmaqlıqlarının satın alınması nəzərdə tutulur.

    Məlumata görə, ümumi dəyəri 461,6 min manata yaxın olan satınalma prosesində müxtəlif texniki tələblərə cavab verən avadanlıqlar təmin ediləcək.

    Tenderin məqsədi paytaxt küçə və prospektlərində su-kanalizasiya sistemlərinin təhlükəsizliyini artırmaq, yağış sularının axıdılmasını yaxşılaşdırmaq və yanğın təhlükəsizliyi ilə bağlı infrastrukturun gücləndirilməsidir.

  • Sevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı

    Xankəndi şəhərinə istirahətə gedən sahibkar sevgilisi ilə birlikdə saxlanılıb.

    Hadisə şəhər ərazisində, axşam saatlarında baş verib. İmişli rayonundakı “Gəncə təndiri” mağazasının müdiri, rayon sakini, 1990-cı il təvəllüdlü Azər İsmayılzadə (ad və soyad şərtidir) sevgilisi ilə birlikdə Xankəndi şəhərinə istirahətə gedib. O, sevgilisi ilə birlikdə şəhər ərazisindəki restoranlardan birində şam yeməyi yeyib və hər iki şəxs həddindən artıq spirtli içki qəbul ediblər. Sahibkar və sevgilisi sərxoş vəziyyətdə restorandan çıxaraq şəhər ərazisində gəzməyə çıxıb. Bu vaxt onun sevgilisi küçədə oturaraq sərxoş vəziyyətdə qışqırıb səs-küy salmağa başlayıb. Qadın sərxoş olduğu üçün yeriyə bilməyib və yerə yıxılaraq qışqırmağa başlayıb. Bu zaman onun hərəkətlərinə əsəbləşən Azər İsmayılzadə də ərazidə səs-küy salıb.

    Səs-küydən narahat olan həmin ərazidə yaşayan sakinlər polis əməkdaşlarına məlumat verib.

    Hadisə yerinə gələn polis əməkdaşları hər iki şəxsi saxlayıb, polis şöbəsinə aparıb, onların barəsində inzibati protokol tərtib ediblər.

    Xankəndi Şəhər Məhkəməsi işə xitam verib, hər iki şəxs sərbəst buraxılıb.
    //oxu.az

  • Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı – Qərar

    “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
    Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
    Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.

  • Endirimli bilet tələsi: Vətəndaşlar dələduzların hədəfində – XƏBƏRDARLIQ

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:
    “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.
    Dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.
    ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər”.

  • Rusiyadan Azərbaycanın MDB-yə üzvlüyü ilə bağlı açıqlama

    Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistan və Azərbaycanın MDB-yə üzvlüyünə mümkün təhlükələr barədə xəbərləri şərh edərkən bildirib ki, bu cür şayiələrin heç bir əsası yoxdur.

    Diplomat bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

    Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər normallaşma mərhələsindədir: “MDB-yə üzvlük könüllüdür. Mən “təhdid” sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək”.
    //unikal.az

  • Латвия закрывает воздушное пространство над границей с Беларусью и Россией

    Латвия с четверга, 11 сентября, закрывает воздушное пространство вдоль границы с Беларусью и Россией.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщил на пресс-конференции глава латвийского Минобороны Андрис Спрудс.

    “С 18:00 (19:00) 11 сентября минимум на неделю будут запрещены полеты над восточной границей”, – сказал Спрудс, которого цитируют латвийские СМИ.

    Воздушное пространство будет закрыто на высоту до 6 000 м в 50-километровой зоне от внешней границы республики.

    Глава Минобороны Латвии пояснил, что “зона воздушного пространства у границы с Беларусью и Россией закрыта по рекомендации Национальных вооруженных сил после оценки рисков… События 10 сентября в Польше – явное нарушение воздушного пространства НАТО, и Латвия должна действовать соответствующим образом. Хотя сейчас прямой угрозы Латвии нет, превентивные меры необходимы”.

    “Закрытие воздушного пространства у восточной границы позволит полностью контролировать эту зону и облегчит обнаружение несанкционированных летающих объектов, а также освободит зону ограниченного воздушного пространства для истребителей Балтийской миссии воздушного патрулирования НАТО и латвийских ПВО. Этот шаг также позволит расширить возможности испытаний систем акустического наблюдения за воздушным пространством, моделирования действий беспилотников и противодействия им, а также развернуть и подготовить дополнительные мобильные боевые подразделения”, – сообщил Спрудс.

    Он также отметил, что в настоящее время латвийская армия находится в состоянии повышенной готовности в ходе комплексных учений по национальной обороне Namejs.

    Оперативное командование Вооруженных сил Польши в ночь на 10 сентября сообщило о проведении в воздушном пространстве страны операции по нейтрализации нарушивших границу беспилотных летательных объектов. Поднятая по тревоге авиация Польши и союзников по НАТО применила против них оружие, объекты были сбиты. Силы ПВО, авиация Польши и НАТО вернулись к штатному несению службы после приведения в повышенную боеготовность. Заявлялось об обнаружении обломков 16 беспилотников и одной ракеты.

    Глава правительства Польши Дональд Туск заявил журналистам, что “проникновение дронов, вероятно, было широкомасштабной провокацией”.

  • Latviya Belarus və Rusiya ilə hava sərhədini bağlayır

    Latviya bu gündən etibarən (11 sentyabr) Belarus və Rusiya ilə hava sərhədini bağlayır.

    Median.Az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds mətbuat konfransında bildirib.

    O, bu gün saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə müddətinə qadağan olunacağını vurğulayıb.

    Latviya Müdafiə Nazirliyi qeyd edib ki, Polşanın hava məkanın Rusiya tərəfindən pozulması elə NATO-nun hava məkanının açıq şəkildə pozulması deməkdir və Latviya buna uyğun hərəkət etməlidir.

    “Hazırda Latviya üçün birbaşa təhlükə olmasa da, qabaqlayıcı tədbirlərə ehtiyac var”, – deyə Latviyanın müdafiə naziri qeyd edib.

    Məlumat üçün əlavə edək ki, Polşa sentyabrın 12-dən etibarən Belarusla sərhəddə bütün sərhəd keçid məntəqələrinin bağlanacağını bəyan edib.

  • В Шамкирском районе скончался солдат, прослуживший месяц – ФОТО

    Скончался 19-летний Санан Гулиев, служивший в N-ской воинской части, расположенной в Шамкирском районе.

    Как сообщает Bizim.Media, прослуживший месяц солдат умер от сердечной недостаточности.

    Военнослужащий С.Гулиев был родом из посёлка Гайыдыш Физулинского района.

  • Şəmkirdə bir ayın əsgəri həyatını itirdi – FOTO

    Azərbaycan əsgəri həyatını itirib.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Şəmkirdə yerləşən “N” saylı hərbi hissədə qulluq edən 19 yaşlı Sənan Quliyev vəfat edib.

    Mənbənin bildirdiyinə görə bir ayın əsgəri ürək çatışmazlığından dünyasını dəyişib.

    Vəfat edən əsgər Sənan Quliyev əslən Füzuli rayonunun Qayıdış qəsəbəsindəndir.

  • Kreml Polşadakı “dron insidentini” şərh etdi

    Varşavanın Polşa ərazisindəki dron hekayəsi ilə bağlı ritorikasında yeni heç nə yoxdur.

    Median.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

    “Varşavadan eşitdiyimiz bəyanatların ritorikasına gəlincə – orada yeni heç nə yoxdur. Bu ritorika son vaxtlar demək olar ki, bütün Avropa paytaxtları üçün xarakterikdir. Biz onun davamını görürük”, – o, bildirib.

    Peskov əlavə edib ki, Kremlin Rusiya Müdafiə Nazirliyinin Polşadakı “pilotsuz təyyarə insidentinə” dair açıqlamasına əlavə edəcək heç nə yoxdur.

    Xatırladaq ki, sentyabrın 9-dan 10-na keçən gecə Polşa öz ərazisində ən azı 23 pilotsuz uçan aparatı vurub Baş nazir Donald Tusk hadisəyə görə Rusiyanı günahlandırıb.