Month: September 2025

  • Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

    Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

  • Bakıdakı sevgilisini görmək üçün oğurluq etdi, pulu qoz-fındığa xərclədi

    Saatlı rayonunun Gomuşçu kəndində yerləşən fərdi yaşayış evindən televizor oğurlanıb. Ev sahibləri həmin gün toyda olublar.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 20 yaşlı Şamxal saxlanılıb.

    Şamxal qohumu Elxan adlı şəxsin evindən televizor oğurlayıb. Həmin gün Elxan oğluna toy etdiyi üçün evdə olmayıb. Şamxal da bunu fürsət bilib.

    Şamxal Bakıda olan sevgilisi ilə görüşmək istəyib. Buna görə ona pul lazım olub. Pul tapa bilməyən Şamxal oğurluq etmək qərarına gəlib. Qonşusu və qohumu olan Elxanın evindən götürdüyü televizoru 200 manata satıb. Lakin televizoru satdığı şəxs 150 manatı nağd verib və 50 manatı da bir neçə günə verəcəyini söyləyib.

    150 manatı alandan sonra Bakıya üz tutan Şamxal həmin pulu sevgilisi ilə birlikdə xərcləyib. Yemək yeyiblər, qoz-fındıq, şirniyyat və sərinləşdirici içkilər alıblar.

    Törətdiyi əmələ görə məsuliyyətə cəlb olunan Şamxal peşman olduğunu deyib. Zərərçəkmiş tərəflə barışıq əldə edilib və dəymiş zərər ödənilib.

    Məhkəmənin hökmü ilə Şamxala 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • Bakıda tarixi abidədən qanunsuz istifadənin qarşısı alınıb

    Bakıda tarix-mədəniyyət abidələrinə keçirilən baxış zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi, 48 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 3574) hamamın qanunsuz istifadə edildiyi müəyyən olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi aşkar edilib.

    “Qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, onların icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin istifadəsi, o cümlədən icarəyə verilməsi aidiyyəti üzrə razılaşdırılmadan aparıldığı müəyyən edilib”, – məlumatda vurğulanıb.

    Qeyd olunub ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı 01.01.2021-ci il tarixli, 8379/505 nömrəli icarə müqaviləsi mövcud olsa da, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən, müqaviləyə 07.06.2023-cü il tarixindən xitam verilib. Buna baxmayaraq, abidədən qanunsuz istifadə halları davam etdirilib.

    Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.

  • Şəmkirdə ailə faciəsi ilə bağlı vəzifəli şəxsə cəza verildi

    Şəmkir Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Qulam Qulamovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmaları başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Həvayət Məhəmmədinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 2024-cü ilin oktyabrında Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb.

    Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu Hümbətov və 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova ərazidə iş görən zaman ehtiyatsızlıqdan onları elektrik cərəyanı vuraraq öldürüb.

    Məlumata görə, səhər saatlarında evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.

    Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.

    Hadisədən sonra “Azərişıq” ASC-nin mütəxəssis vəzifəsində işləyən Qulam Qulamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • На капитальный ремонт автомобильной дороги в Масаллы выделено 1.5 млн манатов

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение “О мерах, связанных с капитальным ремонтом автомобильной дороги Хыл – Сирабиль – Аллахъярлы – Молалан – Чайгыраг Масаллинского района”.

    Как сообщает АЗЕРТАДЖ, в целях капитального ремонта указанной автодороги, соединяющей пять населенных пунктов с населением 8 000 человек, из суммы, указанной в подпункте 1.19.21 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2025 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением главы государства №445 от 10 января 2025 года, Государственному агентству автомобильных дорог первоначально выделено 1.5 млн манатов.

  • İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Masallı rayonunun Xıl – Sirəbil – Allahyarlı – Molalan – Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl – Sirəbil – Allahyarlı – Molalan – Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Qusarda qonşusunun həyətində işləyən ustanı cərəyan vurub öldürdü

    Qusar rayonunda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə sentyabrın 10-u saat 13 radələrində rayonun Aşağı Ləgər kəndi ərazisində baş verib.

    Kənd sakini, 1992-ci il təvəllüdlü Hacıverdi Akif oğlu Səfərov həmkəndlisi B.Babayevin evində təmir işləri görərkən elektrik cərəyanı vurmasından ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Türkiyənin paytaxtında zəlzələ olub

    Türkiyənin paytaxtı Ankaranın Kalecik rayonunda 4.1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Təxminən 11 kilometr dərinlikdə baş verən zəlzələ Bakı vaxtı ilə saat 09:24-də qeydə alınıb.

    Zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb.

  • Подробности смерти девушки во время родов в Агджабеди (Обновлено)

    Стали известны обстоятельства смерти молодой женщины во время родов в Агджабединском районе.

    Как сообщили в ответ на запрос Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), 10 сентября в 05:00 беременная 2005 года рождения была госпитализирована в центральную районную больницу с диагнозом “неуточненная преэклампсия”.

    “Пациентка находилась на 37-й неделе беременности. После соответствующего обследования, которое заняло 15 минут, состояние женщины было стабилизировано, и она была направлена на экстренную операцию. В результате кесарева сечения на свет появился мальчик ростом 47 см и весом 2 200 г”, – говорится в информации.

    В послеоперационный период, в 06:30, у матери остановилось сердце, после чего медицинский персонал немедленно приступил к реанимационным мероприятиям. Несмотря на многочисленные усилия врачей и оказанную помощь, в 06:45 был зафиксирован факт смерти.

    По данному факту проводится расследование.

    В настоящее время новорожденный находится в медицинском учреждении, его состояние оценивается как стабильное.

    * * * * *

    В Агджабединском районе женщина скончалась во время родов.

    Как сообщает Report, жительница села Авшар Шаргия Гасымова (2005 г.р.) умерла при родах, родившегося мальчика удалось спасти.

    По данному факту проводится расследование.

  • Ağcabədidə ananın doğuş zamanı ölümünün TƏFƏRRÜATI – Körpənin son vəziyyəti AÇIQLANDI (Yenilənib)

    Ağcabədi rayonunda doğuş zamanı həyatını itirən ananın ölüm səbəbi məlum olub.

    Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 05:00-da 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    “Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib.

    Əməliyyatdan sonrakı dövrdə, saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq, saat 06:45-də bioloji ölüm faktı qeydə alınıb.

    Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

    Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib. Körpəsi sağdır.

    Faktla bağlı araşdırma aparılır.