Month: September 2025

  • Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

    Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən “Aviapark” Ticarət Mərkəzindəki “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları “AgalarovRest” şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.

    Bu barədə TASS-a “Agalarov Development” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

    Bundan əvvəl “Aviapark” Ticarət Mərkəzində üç restoranın bağlanması barədə məlumat yayılmışdı.

    “AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir”, – “Agalarov Development”dən bildirilib.

    “NF Group”un ticarət əmlakı departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.

  • İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi QADAĞAN EDİLDİ: Elektron qolbaq taxıldı (Yenilənib)

    Saatlıda doğuş zamanı ananın ölümünə səbəb olmaqda təqsirləndirilən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin sabiq müdiri Könül Xudatova ilə bağlı məhkəmə qərarının bəzi detalları məlum olub.

    Könül Xudatovaya həmçinin bir il müddətinə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq, eləcə də mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq da qadağan edilib.

    Məhkəmənin hökmü ilə K.Xudatovaya elektron nəzarət qolbağı tətbiq edilib. Qərara əsasən, təyin edilmiş cəza müddəti ərzində K.Xudatovaya yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

    * * * * *

    Saatlıda doğuş zamanı ananın ölümünə səbəb olmaqda təqsirləndirilən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin sabiq müdiri Könül Xudatovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim İxtiyar Abışovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə K.Xudatova iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    İttihama görə, K.Xudatova 2023-cü ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində çalışarkən xəstəxanaya doğuş üçün müraciət edən qadına lazımi tibbi xidmət göstərilməyib. Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdikdən sonra dünyasını dəyişib.

    Faktla bağlı cinayət işi başlanıb və K.Xudatova təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
    //oxu.az

  • Mərkəzi Neftçilər Xəstəxanasında təmir işləri görüləcək

    Bakıda yerləşən Mərkəzi Neftçilər Xəstəxanası havalandırma sisteminin təmiri üçün ehtiyat hissələrinin alışı və quraşdırılması ilə bağlı tender elan edib.

    Tenderin ehtimal olunan qiyməti 112 min 46,19 manat təşkil edir.

    Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanası bu tenderi açıq müsabiqə yolu ilə həyata keçirir.

    Xəstəxananın havalandırma sisteminin təmiri otaqlarda təmiz havanın təmin olunmasına kömək edəcək, bu da infeksiya riskini azaldacaq və xəstələrin sağalmasını sürətləndirəcək.

  • Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ

    Sosial şəbəkələr vasitəsilə dənizdən ovlanmış balıq adı altında müxtəlif dəniz məhsullarının, o cümlədən nərə kürüsünün qanunsuz satışını həyata keçirən şəxslərlə bağlı araşdırmalar davam edir.

    Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib.

    Reyd zamanı onlardan bir ədəd 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd xüsusi qablaşdırılmış bankalarda nərə kürüsü aşkarlanıb. İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur.

    Faktla bağlı istintaq davam edir.

    İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.

  • Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır

    “Azərbaycanda özəl pensiya fondları qanun layihəsi hazırlanır. Yəqin ki, payız sessiyasında, ya da yaz sessiyasında müzakirəyə çıxarılacaq”.

    Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

  • “Vəfat etmiş şəxsin sığorta məbləğinin 30%-i ailəsinə verilsin” – Deputat

    “Vəfat edən şəxsin sığrota məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunması təklif olunub”.

    Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli çıxış edib.

    “Bizi ən çox narahat edən məsələlərdən biri dünyasını dəyişmiş insanların ailələrinin çətin duruma düşməsidir. Əgər dünyasını dəyişən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, ya yox. Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda ondan ailə istifadə edə bilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”, – deputat bildirib.

    Komitə sədri Musa Quliyev qeyd edib ki, hazırda mövcud olan qanunvericiliyə görə, sosial sığorta icbari məsuliyyət daşıyır: “Pensiya növlərindən birini qeyd etmək istərdim. Bu, ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasıdır. Hazırda bu öz həllini tapıb. Təklif etdiyiniz məsələ əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün yaxşı təklifdir. “Özəl pensiya fondları haqqında” qanun layihəsi gələndə həmin məsələyə baxa bilərik”.
    //unikal.az

  • Изменены правила составления водохозяйственных балансов в Азербайджане

    В “Правила составления водохозяйственных балансов по республике, водным бассейнам и административно-территориальным единицам” внесены существенные изменения.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, Государственное агентство водных ресурсов Азербайджана будет ежегодно до конца июня составлять проект годового водохозяйственного баланса по республике на основе данных о водных ресурсах и их использовании. Эта работа будет проводиться при участии Министерства экологии и природных ресурсов АР.

  • Baş nazirdən QƏRAR: Dövlət agentliyinin səlahiyyətləri artırıldı

    “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatları və ondan istifadə əsasında hər il iyun ayının sonunadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edəcək.

  • Ильхам Алиев принял участие в открытии Дома творчества имени Самеда Вургуна Союза писателей АР – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии в Баку Дома творчества имени Самеда Вургуна Союза писателей Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, министр экономики Микаил Джаббаров проинформировал главу государства об условиях, созданных в Доме творчества.

    Было отмечено, что территория комплекса, расположенного в поселке Шувелан Хазарского района, составляет около 3 гектаров. В нем имеется в общей сложности 43 номера, в том числе категорий “сьют” и “стандарт”. В конференц-зале на 174 места можно будет проводить различные мероприятия, в том числе творческие вечера, встречи с писателями и другие культурные мероприятия. Здесь также будут функционировать кинотеатр, библиотека, крытый ресторан и ресторан на открытом воздухе, кафе, фитнес-зона. В то же время в распоряжении отдыхающих будут футбольная, теннисная и детская игровая площадки.

    Следует отметить, что строительство таких современных комплексов, являясь свидетельством поддержки, оказываемой государством деятельности людей творческих профессий, имеет большое значение с точки зрения обеспечения их отдыха.

    Условия, созданные в результате политики, проводимой Азербайджанским государством, способствуют активизации деятельности тех, кто трудится в области культуры и искусства, вносят значительный вклад в развитие этой сферы. Благодаря вниманию и заботе Президента Ильхама Алиева проводится последовательная работа по стимулированию труда творческих лиц, улучшению их социального обеспечения и жилищно-бытовых условий. Кроме того, в целях расширения возможностей для отдыха и творчества на государственном уровне оказывается поддержка деятельности творческих союзов, домов творчества и санаториев.










  • İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib.

    Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

    Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.