Month: September 2025

  • Гражданин Ирака задержан за нарушение государственной границы Азербайджана

    Гражданин Ирака задержан за нарушение государственной границы Азербайджана.

    Как сообщили в Государственной пограничной службе, 8 сентября в зоне ответственности пограничного отряда Лянкяран” было зафиксировано незаконное пересечение границы со стороны Ирана в направлении Азербайджана.

    В результате проведённых оперативно-разыскных мероприятий был задержан гражданин Ирака Гбури Амир Висман (2006 г.р.), незаконно пересёкший государственную границу.

  • İrandan Azərbaycana keçmək istəyən əcnəbi saxlanıldı

    Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumat verilib.

    Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

    Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq vətəndaşı, 2006-cı il təvəllüdlü Gburi Amir Visman saxlanılıb.

  • В Агдамском районе 16-летняя девушка подверглась сексуальному насилию: задержаны четыре человека

    Утверждается, что 16-летняя девушка подверглась сексуальному насилию со стороны группы лиц в селе Юхары Юзбашилы Агдамского района.

    Как передает Teleqraf, пострадавшая школьница рассказала об этом своим родителям. Семья обратилась в правоохранительные органы.

    В региональной группе пресс-службы Министерства внутренних дел сообщили, что в Агдамский районный отдел полиции поступила информация о сексуальном насилии над девушкой 2009 года рождения. В результате мероприятий, проведенных сотрудниками полиции, четыре жителя района, подозреваемые в совершении указанного деяния, были задержаны и переданы следствию.

    По данному факту назначены соответствующие экспертизы, расследование продолжается.

  • Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı – Dörd nəfər saxlanıldı

    Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı iddia olunur.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.

    Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən dörd nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

    Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

  • В Польше сообщили, что обломки БПЛА упали на жилой дом

    Один из залетевших в воздушное пространство Польши БПЛА попал в жилой дом на территории Люблинского воеводства.

    Об этом сообщает Polsat News.

    По данным телеканала, частично повреждена крыша частного дома, а также прилегающая парковка с автомобилем. Никто не пострадал.

    Polsat News со ссылкой на заявление правоохранительных органов сообщает, что обломки упали на жилой дом в городе Вырыки-Воля.

    “Люди слышали взрыв, а также видели польские истребители. Ситуация довольно сложная и тревожная; жители действительно испытывают серьезную обеспокоенность”, – заявил мэр города Мариуш Занько.

  • Rusiya ordusuna məxsus dron Polşada yaşayış evinə çırpılıb

    Polşanın hava məkanına daxil olan Rusiya PUA-sı Lüblin vilayətinin Vırıki şəhərindəki yaşayış evinə çırpılıb.

    Bu barədə “Polsat News” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

    Telekanalın məlumatına görə, fərdi yaşayış evinin dam örtüyü, eləcə də ona bitişik avtomobil dayanacağı qismən zədələnib.

    “İnsanlar partlayış səsi eşidib, eyni zamanda, səmada Polşa ordusunun qırıcılarını görüblər. Vəziyyət kifayət qədər mürəkkəb və həyəcanlıdır, sakinlər, həqiqətən, ciddi narahatdırlar”, – Vırıki şəhərin meri Mariuş Zanko bildirib.

    Məlumat üçün qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk sentyabrın 10-da ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu təsdiq edib.

  • 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı – Ata həbs edildi

    Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
    Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
    O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.
    İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.

  • Ətin bahalaşmasını necə dayandırmalı? – Ekspert açıqladı

    “Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq. Çünki Azərbaycanda ətin qiymətinin artımı sadəcə bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir”.

    Median.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

    “Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adambaşına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir.

    Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb.
    Göründüyü kimi, hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir”, – deyə iqtisadçı fikrini əsaslandımağa çalışıb.

    Ekspertin fikrincə, çıxış yolları kimi genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflərə baxılmalı, daha ciddi addımlar atılmalıdır:

    “Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. Eyni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgüsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının əksər sahələri əziyyət çəkəcəkdir.

    Beləliklə, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq? Çünki səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil.

    Əslində, qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.

  • HƏMAS rəhbərliyi İsrailin Dohaya hücumunda xəsarət almayıb

    HƏMAS-ın yüksək rəhbərliyindəki nümayəndələr İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbələrdən xəsarət almayıb.

    Median.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə hərəkatın siyasi büro üzvü bildirib.

    Qeyd edək ki, bundan əvvəl “Axios” portalı kəşfiyyat dairələrindəki mənbələrinə istinadən məlumat yayıb ki, İsrail ordusunun hücumunda HƏMAS hərəkatının bütün liderləri Dohadakı binada olublar.

    Qətərin Daxili İşlər Nazirliyi hadisələri diqqətlə izlədiyini və bütün lazımi tədbirləri gördüyünü təsdiqləyib. Vurğulanıb ki, hava zərbəsi nəticəsində Qətərin təhlükəsizlik qüvvələrindən biri həlak olub.

    ABŞ mediası Ağ Evdəki mənbəyə istinadən yazıb ki, İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksəksəviyyəli liderlərinə hava zərbələri endirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb.

    “Associated Press” isə yazıb ki, ABŞ ordusu İsrailin Dohaya endirdiyi zərbələrdə iştirak etməyib. Hadisə ilə bağlı ABŞ tərəfi rəsmi açıqlama verməyib.

    Qeyd edək ki, ABŞ-nin Dohadakı səfirliyi də obyektləri üçün özünüizolyasiya rejiminə keçib. ABŞ vətəndaşlarına da eyni rejimə keçmək və səfirliyin sosial mediasını izləmək tövsiyə olunub.

  • “Gips” zavodu cərimələndi

    Goranboy rayonu, Muzdurlar kəndində yerləşən “Gips” istehsalı zavodu külli miqdarda cərimələnib.

    Valyuta.az-ın məlumatına görə, sözügedən zavodda Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən yoxlama aparılıb.

    Yoxlama zamanı 12 avqust 2025-ci il tarixdə hüquqi şəxs “X4” MMC-yə məxsus olan, 1i ünvanında yerləşən “Gips” istehsalı zavodunda yoxlama aparılarkən orada istismar olunan 41 ədəd qurğu və avadanlıqlarının müvafiq qaydada dövlət reyestrindən qeydiyyata keçirilmədiyi, bununla da MMC tərəfindən İXM-nin 276-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən olunub.

    Məhkəmənin qərarı ilə, “Gips” istehsalı zavodu İzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 5000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.