Month: September 2025

  • TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində yoxlama başladı – RƏSMİ

    Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalara başlayıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, maliyyə yoxlamaları hazırda davam etdirilir.

    Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir.

    O qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri mütəmadi olaraq Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır.
    Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru isə Vüqar Qurbanovdur.

  • AP: “iPhone”un qiməti 1000 dollar arta bilər

    ABŞ prezidenti Donald Tramp və ticarət naziri Hovard Lutnik “iPhone” telefonlarının xaricdə istehsalından narazıdırlar.

    Valyuta.az xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

    “Bu qeyri-real tələbin, analitiklərin fikrincə, həyata keçirilməsi illər çəkəcək və “iPhone”un hazırkı orta qiymətinin iki dəfə, hətta üç dəfə artmasına gətirib çıxaracaq ki, bu da təxminən 1000 dollar təşkil edir”, deyə qeyd edilib.

    Nəşr yazır ki, “Apple” şirkətinin baş direktoru Tim Kuk qarşıdakı dörd il ərzində ABŞ-a 500 milyard dollar sərmayə qoyacağını və Trampa 24 karatlıq qızıl postamentli heykəl hədiyyə edəcəyini vəd edərək Amerika liderini sakitləşdirməyə çalışıb.

    Jurnalistlərin fikrincə, bu cür danışıqlar şirkətə Trampın tariflərindən qorunmağa kömək edib, lakin ABŞ-a idxal edilən “iPhone”lar hələ də təxminən 25% tariflərə tabedir. Bu da yaxın 5 ildə məhsulun qiymətinin artacağı ilə bağlı söz-söhbətlərə əsas verir.

  • Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir

    Azərbaycanla Rusiyanın birgə yaratdığı “AzRusTrans” QSC fəaliyyətini dayandırır.

    Bu barədə “Vergilər” qəzetində məlumat dərc edili

    Şirkətin ləğv olunması ilə bağlı elanda kreditorlardan öz tələblərini iki ay müddətində Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirmələri istənilir.

    Qeyd edək ki, “AzRusTrans” 2016-cı ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında yük daşımalarının dəmir yolu ilə payını artırmaq olub. Nizamnamə kapitalı 150 min manat təşkil edən QSC-nin qanuni təmsişçisi Heydərov Orxan Qasım oğludur.

  • Bu şəhərin Baş planı təsdiq edildi

    Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı təsdiq edilib.

    Median.Az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

  • “Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil” – Politoloq

    “Kreml Aİ-nin Ermənistandakı fəaliyyətindən narahat olaraq öz növbəsində Moskvaya bağlı qüvvələrin daha da gücləndirilməsinə çalışacaq”.

    Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qərbin yumşaq güc vasitəsilə Rusiyanın Ermənistandakı təsirini zəiflətmək cəhdinə Moskvanın sərgiləyəcəyi reaksiyanın nə olacağını şərh edərkən deyib.

    “Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq istiqamətində mübarizə aparır. Belə mübarizə məkanlarından biri də Ermənistandır. 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Avropa İttifaqı kimi Rusiya da bu seçkiləri diqqətlə izləmək fikrindədir. Hətta Rusiya Ermənistanda öz istədiyi siyasətçinin hakimiyyətə gəlməsi üçün artıq müəyyən addımlar da atıb. Moskva biznesmen Karapetyanın timsalında növbəti emissarını Ermənistana göndərdi. Lakin İrəvana gələn kimi o həbs edildi. Moskva öz məqsədinə nail olmaq üçün həmçinin Ermənistandakı kilsə nümayəndələrindən də istifadə etməyə çalışır”, deyə politoloq bildirib.

    Ekspert qeyd edib ki, belə vəziyyətdə Aİ-nin də hərəkətə keçməsi gözlənilən idi:

    “Təbii ki, Aİ buna sakit dayanaraq baxa bilməz. Onlar da artıq hərəkətə keçiblər. Aİ uzun müddətdir ki, Ermənistanı Rusiyanın nüfuz dairəsindən qurtarmaq üçün vəsait yatırır. Paşinyan hökuməti Aİ-ni tam qane edir”.

    Bu mənada, həmsöhbətimizin fikrincə, qarşıdan gələn ildə Ermənistanda kəskin formada Qərb və Rusiya qarşıdurmasının şahidi olacağıq:

    “Sözsüz ki, Aİ-nin bu hərəkətliliyi Moskvanı da narahat edir. Kreml Aİ-nin Ermənistandakı fəaliyyətindən narahat olaraq öz növbəsində Moskvaya bağlı qüvvələrin daha da gücləndirilməsinə çalışacaq. Bu mənada 2026-cı il seçkiləri gərgin keçəcək. Amma görünən odur ki, Rusiya əvvəlki seçkilərdə olduğu kimi, 2026-cı il seçkilərində də öz istədiyi namizədin qalib gəlməsinə nail ola bilməyəcək. Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil”.

    Qeyd edək ki, Ermənistanda 2026-cı il seçkiləri yaxınlaşdıqca bu ölkə uğrunda Qərblə Rusiya arasında savaş kəskinləşir. Artıq Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Aİ “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib. “Brüssel”dezinformasiyaya qarşı mübarizə” adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır. Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq “demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır.

    Digər tərəfdən, Moskva da Ermənistandakı seçkilərə hazırlaşır. Kreml Paşinyana qarşı mübarizədə hələlik Rusiyada yaşayan erməni əsilli biznesmen və kilsə xadimlərinə bel bağlayır.

  • Yaponiya dünyanı yenidən şoka saldı: 20 AES gücündə günəş panelləri yaradıldı

    Təsəvvür edin ki, məkanı məhdud, əhalisi çox və təmiz enerjiyə kəskin ehtiyacı olan bir ölkə var. Söhbət Yaponiyadan gedir və bu, tamamilə doğrudur.

    Median.Az “Ecoticias”ə istinadən xəbər verir ki, 2011-ci ildə Fukusima fəlakətindən sonra Yaponiya enerji strategiyasını yenidən qurmaq məcburiyyətində qalıb. Hadisə yalnız nüvə energetikasına inamı sarsıtmadı, həm də təhlükəsiz və dayanıqlı alternativlərin axtarışını sürətləndirdi. İllər sonra Yaponiya yenidən dünyanı heyrətləndirir.

    Enerji inqilabı: yeni günəş texnologiyası

    2011-ci il zəlzələ və sunamisi nəticəsində Fukusimada baş verən qəza Yaponiyaya göstərib ki, atom enerjisinə tam güvənmək mümkün deyil. Sonrakı illərdə günəş enerjisi sürətlə inkişaf etdi və 2024-cü ildə ölkənin elektrik enerjisinin təxminən 10 faizini təmin edib.

    Lakin əsas problem ərazi çatışmazlığı olaraq qalırdı. Dağlıq relyef və əhali sıxlığı genişmiqyaslı günəş fermalarının qurulmasını məhdudlaşdırırdı. Üstəlik, Yaponiya sənayesi 2004-cü ildə dünya istehsalının 50 faizini təşkil edərkən, bu gün payı 1 faizdən də aşağı düşüb və liderlik Çinə keçib.

    Bu şəraitdə perovskit günəş elementləri ön plana çıxır. Onlar yüngül, nazik, elastikdir və pəncərə, divar, hətta avtomobil damlarında belə quraşdırıla bilər. Əsas üstünlükləri isə bunlardır:

    * yüksək səmərəlilik
    * tətbiqdə çeviklik
    * strateji təhlükəsizlik
    * ixrac potensialı

    Çətinliklər və iqtisadi dilemma

    Texnologiyanın əsas çatışmazlığı ömür uzunluğudur: perovskit elementləri kremniy əsaslı panellərdən daha tez sıradan çıxır. Digər böyük problem istehsal xərcləridir. Mütəxəssislər yalnız 2030-cu illərdə texnologiyanın kütləvi bazara çıxacağını ehtimal edirlər.

    “Sekisui Chemical” kimi yapon şirkətləri artıq araşdırmalara sərmayə qoyur, digər şirkətlər isə tayfunlara davamlı turbinlər üzərində işləyirlər. Beynəlxalq səviyyədə isə isveçli “Exeger” şirkəti elastik panelləri məişət cihazlarında tətbiq edərək uğur qazanıb.

    Yaponiya qarşısında seçim var: milyardlarla dolları hələ tam formalaşmamış texnologiyaya yatırmaq, yoxsa növbəti dəfə dünya liderliyini itirmək riski daşımaq. Enerji idxalından asılı və qlobal böhranlara həssas bir ölkə üçün bu, həm strateji, həm də zəruri addımdır.

    2040-cı il vizyonu

    Yaponiya 2040-cı ilə qədər perovskit texnologiyası ilə 20 qiqavat enerji hasil etməyi planlaşdırır ki, bu da 20 atom elektrik stansiyasının gücünə bərabərdir. Bu hədəf yalnız texnoloji deyil, həm də tarixi qələbə ola bilər və dünya üzrə dayanıqlı enerji keçidinə mühüm töhfə verə bilər.

    Bu, Yaponiyanı enerji texnologiyalarının ixracatçısına çevirə, sıx məskunlaşmış ölkələr üçün yeni model təqdim edə bilər. Lakin hələ suallar qalır: bu, real dönüş olacaqmı, yoxsa texnologiyanın həddindən artıq şişirdilmiş növbəti nümunəsidir?

    Məlum olan odur ki, uğur qazanılacağı təqdirdə Yaponiya yeni enerji inqilabına rəhbərlik edə bilər və bu, həm qlobal energetika, həm də enerji müstəqilliyi anlayışını yenidən müəyyənləşdirə bilər.

  • Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

    Mədəkiçiltmə əməliyyatından sonra komaya düşən həkim Aytən Sultanovanın hazırda Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.

    Median.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

    Bildirilib ki, onun ümumi vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

    Qeyd edək ki, oftalmoloq Aynur Sultanova Universal Hospitalın rəhbəri və baş həkimidir.

  • “Rezonans” klinikasında pasientin telefonu oğurlandı

    Bakının Xətai rayonunda göstərən “Rezonans” klinikasında oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, klinikanın gözləmə zalında pasientlərdən birinə məxsus mobil telefon oğurlanıb. Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verilib. Bundan başqa, zərərçəkmiş ərazi üzrə polis idarəsinə müraciət edib.

    Hadisəni törədən şəxs kameraya düşdüyündən onu müəyyən etmək çətin olmayıb. Məlum olub ki, oğurluğu edən əvvəllər də bu cinayətə görə məhkum olunmuş Mehman Qulamovdur (şərti).

    Mehman Qulamov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı Mehman Qulamov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Müttəhim əlavə edib ki, həbsdən çıxdıqdan sonra heç yerdə işləmədiyi üçün maddi sıxıntıları olub. O, vəziyyətdən çıxmaq üçün yenidən oğurluq etmək qərarına gəlib və bu məqsədlə “Rezonans” klinikasına gedib.

    Zərəçəkmiş şəxs isə məhkəmədə bildirib ki, telefonu kreditlə alıb və təqsirləndirilən şəxs ona 1054 manat ziyan vurub.

    Hakim Aygün Həsənovanın çıxardığı hökmə əsasən Mehman Qulamova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Xəstələri əvvəlcə zəhərləyib sonra xilas edən həkimi ömürlük həbs gözləyir

    Fransada xəstələri sonradan xilas etmək üçün zəhərləyən həkimin məhkəməsi başlayıb.

    Anestezioloq işləyən Frederik Peşye xəstələri reanimasiyaya salmaqdan həzz aldığını deyib. Vəziyyəti ağır olan xəstələr kifayət qədər olmadığından həkim dərman vasitəsi ilə lazımi vəziyyətə gəlmək üçün onlara bir az “kömək etdi”yini deyən Peşye sonra hamının gözü qarşısında onları xilas edirmiş.

    Polisin məlumatına görə, Peşye 30 nəfəri zəhərləyib. Lakin o, cəmi 18 nəfəri xilas edə bilib. Onu ömürlük həbs cəzası gözləyir.

  • Parisdə məscidin qapısına donuz başları atılıb

    Ötən gecə naməlum şəxslər Parisdə bir neçə məscidin qapısına donuz başları atıblar.

    Bu barədə BFMTV məlumat yayıb.

    Paris polisinin rəhbəri Loran Nunet sentyabrın 9-da səhər saatlarında Parisdəki bir neçə məscidin qarşısında donuz başlarının tapıldığını açıqlayıb:

    “Dərhal istintaq başladılıb. Bu iyrənc hərəkətləri törədənlərin müəyyən edilməsi üçün lazım olan hər şey edilir”, – o, qeyd edib.

    Bildirilir ki, kəsilmiş donuz başlarından birinin üzərinə “Makron” yazılıb.

    Fransanın daxili işlər naziri Bruno Retaillo baş verənləri “iyrənc təxribat” adlandırıb və Fransa müsəlmanlarına dəstək ifadə edib.