Month: September 2025

  • Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı

    Saatlı rayonunun Fətəlikənd kəndində fəaliyyət göstərən, Budax İsmayıl oğlu Həsənova məxsus süd qəbulu məntəqəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, alət və avadanlıqlar üçün təchiz olunmuş yuma sahələrinin tələblərə uyğun gəlmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, qəbul sahəsində döşəmənin asan yuyulub təmizlənən materialla üzlənmədiyi, giriş hissədə dezinfeksiyaedici baryerin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

  • Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

    Amerikalı dietoloq Bet Çervoninin sözlərinə görə, çobanyastığı çayı təbii yolla sakitləşdirici təsir göstərən bitki hesab olunur və yuxusuzluqla mübarizədə kömək edir.

    Onun fikirlərini “Daily Mirror” nəşri yayıb.

    Mütəxəssis bildirib ki, optimal yuxu effekti üçün yatmazdan əvvəl bir fincan çobanyastığı çayı içmək kifayətdir. Bitkinin tərkibində olan apigenin adlı təbii birləşmə narahatlığı azaldır və orqanizmi rahatladır.

    Çervoni vurğulayıb ki, çobanyastığı təkcə yuxunun keyfiyyətini yaxşılaşdırmır, həm də bir sıra bioloji aktiv maddələrin sayəsində terapevtik təsir göstərir. Onun sözlərinə görə, bitkinin tərkibindəki flavonoidlər hüceyrələri zədələnmədən qoruyan təbii antioksidantlardır.

    “Çobanyastığındakı terpenoidlər immun sistemini dəstəkləyir. Bundan əlavə, çobanyastığı qaraciyəri qoruyucu xüsusiyyətə malikdir”, – deyə dietoloq əlavə edib.

  • Tupak Şakurun qətlinin sifarişçisi açıqlandı

    Səhnə adı Pi Diddi ilə tanınan amerikalı reper və prodüser Şon Kombs reper Tupak Şakur və “Death Row Records”un qurucusu Suqe Naytın qətlini sifariş edib.

    Bu barədə qatil olduğu iddia edilən Krips dəstəsinin keçmiş üzvü Dueyn Davisin (Keff Di) ifadəsində deyilir.

    1996-cı ilin sentyabrında iki kaliforniyalı dəstənin nümayəndələri arasında Las-Veqasda keçirilən boks matçından sonra Şakur rəqibini, dəstə üzvlərindən biri olan Orlando Andersona yumruq vurub. Anderson polisə getməyərək bacısı oğlunun qisas almasına kömək etmək istəyən əmisi Dueyn Davisə başına gələnləri danışıb.

    Polis hesabatında Tupak qatilinin başqa bir motivi olduğunu iddia edən Devislə gizli müsahibə təsvir edilir. Kombsın Şakurun ölümündə əli olması ilə bağlı daha iki iddia prodüserə qarşı bir sıra mülki iddialar çərçivəsində qaldırılan sənədlərdə üzə çıxıb.

  • В Бакинском суде заслушаны показания потерпевших и их правопреемников по делу Рубена Варданяна

    В Бакинском военном суде состоялось очередное заседание по уголовному делу в отношении гражданина Армении Рубена Варданяна, обвиняемого по статьям Уголовного кодекса Азербайджана, связанным с преступлениями против мира и человечности, военными преступлениями, а также терроризмом, финансированием терроризма и другими тяжкими преступлениями.

    Как сообщает Report, на открытом судебном заседании под председательством судьи Зейнала Агаева, в составе судей Анара Рзаева и Джамала Рамазанова (запасной судья Гюнель Самедова), обвиняемому был предоставлен переводчик на язык, которым он владеет, т.е. русский, а также выбранный им адвокат.

    Перед началом допроса судья Зейнал Агаев разъяснил впервые принимавшим участие в судебном процессе потерпевшим и их правопреемникам права и обязанности, предусмотренные законодательством.

  • Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 9-da davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

    Zərərçəkmiş şəxs Qorxmaz İsgəndərovun hüquqi varisi – atası İsgəndər İsgəndərov ifadəsində oğlunun düşmən təxribatı nəticəsində Kəlbəcərdə həlak olduğunu söyləyib.

    Zərərçəkmiş şəxs Amid Qədirovun hüquqi varisi – anası Zülfirə Qədirova ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olduğunu bildirib.

    Zərərçəkmiş şəxs Ağami Əlişanovun hüquqi varisi – anası Dilbər Əhmədova ifadəsində oğlunun Ağdərədə düşmən tərəfindən törədilmiş təxribat nəticəsində həlak olduğunu deyib.

    Zərərçəkmiş Osman Ağaxanovun hüquqi varisi – atası Qədim Ağaxanov ifadəsində övladının Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin partlaması nəticəsində həlak olduğunu söyləyib.

    Zərərçəkmiş Elnur Rüstəmovun hüquqi varisi – atası Faid Rüstəmov ifadəsində oğlunun Kəlbəcərdə düşmənin təxribatı nəticəsində həlak olduğunu söyləyib.

    Zərərçəkmiş Ceyhun Şıxəliyevin hüquqi varisi – atası Oktay Şıxəliyev övladının Ağdərənin Sırxavənd kəndində düşmən təxribatı nəticəsində həlak olduğunu deyib.

    Zərərçəkmiş Arif Əliyevin hüquqi varisi – qardaşı Mübariz Əliyev ifadəsində qardaşının Kəlbəcər rayonunun Susuzluq kəndində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olduğunu bildirib.

    Zərərçəkmiş Şöhrət Cəfərov ifadəsində həmin hadisə zamanı yaralandığını deyib. O, hadisə zamanı avtomobildə 7 nəfərin olduğunu, mina partlayışı nəticəsində üç nəfərin – Məhərrəm İbrahimovun, Sirac Abışovun (AzTV-nin operatoru – red.) və Arif Əliyevin (Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini – red.) həlak olduğunu, özü də daxil olmaqla digər şəxslərin xəsarətlər aldığını bildirib. “Bədənimdən 30-dək qəlpə çıxarıldı”, – deyə o əlavə edib.

    Zərərçəkmiş şəxs Anar Qlinçev dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində qəlpə yarası aldığını bildirib.

    Zərərçəkmiş Şəmsi Kazımlı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında düşmən təxribatı nəticəsində iki dəfə – Hadrutda və Laçında yaralandığını deyib.

    Azad Axundov Xocavənddə düşmənin açdığı atəşlər nəticəsində yaralandığını söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında hadisə zamanı daha üç nəfərin xəsarətlər aldığını bildirib.

    Yusif Kərimov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını söyləyib.

    Yusif Ömərov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını bildirib. O deyib ki, hadisə zamanı daha üç nəfər xəsarətlər alıb, bir nəfər isə həlak olub.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Neməti Qasemi Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin artilleriya atəşi nəticəsində xəsarətlər aldığını deyib.

    Mirqabil Mirzəyev və Aqil Rəhimov ifadələrində Xocavənddə düşmən tərəfdən atılmış mərminin partlaması nəticəsində xəsarət aldıqlarını bildiriblər.

    Həmid Ağazadə Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.

    Zərərçəkmiş Rəhim Nəsirov dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Onun sözlərinə görə, hadisə zamanı daha beş nəfər yaralanıb, bir nəfər isə həlak olub.

    Fərman Həsənov ifadəsində Ağdərənin Canyataq kəndi istiqamətində qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib. O əlavə edib ki, hadisə zamanı daha beş nəfər müxtəlif xəsarətlər alıb, iki nəfər həlak olub.

    Nazir Nurəliyev Şuşa-Xankəndi istiqamətində qarşı tərəfdən açılmış atəş nəticəsində yaralandığını bildirib.

    Zərərçəkmiş Turan Məhərrəmovun hüquqi varisi – atası Tərlan Məhərrəmov ifadəsində oğlunun Kəlbəcərdə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində həlak olduğunu deyib.

    Rəşad Aslanov Ağdam rayonunun Mərzili kəndində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını bildirib.

    Ariz Əliyev Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

    İntiqam Cumayev Ağdamda yaralanmış şəxsləri tibbi avtomobillə ərazidən çıxararkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. O deyib ki, təxliyə etməyə çalışdığı yaralanmış şəxslər də həmin vaxt həlak olub.

    Dair Cumartov, Elman Bayramov, Samir Yaralıyev, Ömər Əhmədov, Alim Xanəliyev Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.

    Bəxtiyar Verdiyev Ağdərədə düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralandığını bildirib.

    Taleh Hacıyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

    Rəşad Aslanov ifadəsində Şuşada Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

    Digər zərərçəkmiş şəxslər – Hidayət Cahangirov, Ümüd Həsənli, Kənan Məmmədov, Ayaz Rzayev, İlkin Həsənov, Qurban Hüseynov, Hüseyn Hüseynov, Cavid Qarayev, Taleh Sadıqov, Rəvan Manafov, Cəsarət Sarıyev müxtəlif ərazilərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

    Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

    Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Ən

  • Азербайджан и Латвия обсудили перспективы развития сотрудничества в ряде сфер

    Азербайджан и Латвия обсудили перспективы развития сотрудничества в ряде сфер.

    Об этом Median.Az сообщает со ссылкой на МИД Азербайджана.

    По информации ведомства, вопросы расширения сотрудничества обсуждались в ходе 4-го заседания стратегического диалога между Азербайджаном и Латвией. Делегацию Азербайджана возглавлял замминистра иностранных дел Фариз Рзаев, Латвии – заместитель государственного секретаря МИД Иварс Ласис.

    В ходе заседания обсуждались двусторонние отношения, текущее состояние и перспективы развития сотрудничества в политической, экономической и гуманитарной сферах. Стороны подчеркнули важность развития партнерства в рамках международных организаций.

    На заседании также состоялся обмен мнениями по другим глобальным, региональным и двусторонним вопросам, представляющим взаимный интерес.

  • Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib

    Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib.

    Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini İvars Lasis rəhbərlik edib.

    İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

    Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşünün nəticələri, eləcə də ATƏT-in Nazirlər Şurasının ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair cari ilin 1 sentyabr tarixli qərarı barədə ətraflı məlumatlandırılıb.

    İclasda həmçinin qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Суд в Екатеринбурге продлил срок ареста Мутвалы Шыхлински

    Суд продлил меру пресечения в отношении сына главы азербайджанской диаспоры в Екатеринбурге Мутвалы Шыхлински, арестованного по делу о якобы насилии над представителем власти.

    Как сообщает российское бюро Report со ссылкой на сообщение Судов Свердловской области в соцсетях, Верх-Исетский районный суд Екатеринбурга удовлетворил ходатайство следователя о продлении меры пресечения.

    Мера пресечения в отношении Мутвалы Шыхлински продлена по 14 декабря 2025 года.

    Постановление суда не вступило в законную силу.

    Отметим, что Ленинский районный суд Екатеринбурга 16 июля 2025 года избрал ему меру пресечения в виде заключения под стражу. Органами предварительного расследования он обвиняется якобы в совершении преступления по ч. 1 ст. 318 УК РФ.

    Напомним, что причиной для ареста М.Шихлински стала ситуация, произошедшая 1 июля у “Баку Плаза”. Тогда сотрудники ФСБ напали на главу азербайджанской диаспоры Екатеринбурга Шахина Шыхлински в автомобиле, которым управлял его сын. Сам Мутвалы Шыхлински заявил на суде, что не видел силовика, находившегося справа от него, и сожалеет о случившемся.

  • Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb

    Məhkəmə Yekaterinburqda hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq işi üzrə həbs edilmiş Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb.

    “Report”un Rusiya bürosu Sverdlovsk vilayəti Məhkəmələrinin sosial şəbəkələrdə məlumatına istinadən xəbər verir ki, Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi müstəntiqin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətini təmin edib.

    Mutvalı Şıxlinskiyə qarşı həbs-qətimkan tədbiri 14 dekabr 2025-ci il tarixinədək uzadılıb.

    Məhkəmənin qərarı qanuni qüvvəsinə minməyib.

    Qeyd edək ki, Yekaterinburqun Lenin rayon məhkəməsi bu il iyulun 16-da onun barəsində həbs şəklində qətimkan tədbiri seçib. İlkin istintaq orqanları tərəfindən o, guya Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə cinayət törətməkdə ittiham olunur.

    Xatırladaq ki, Xatırladaq ki, M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də “Bakı Plaza” yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqdakı Azərbaycan diasporunun başçısı Şahin Şıxlinskiyə oğlu M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir.

  • HAMAS liderləri İsrailin hücumundan sağ çıxıblar

    HƏMAS siyasi büro üzvləri, o cümlədən hərəkatın Qəzza zolağındakı lideri İsrailin Dohaya endirdiyi zərbədən sağ çıxıb.

    Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.