Month: September 2025

  • Hər kim yüz il yaşamasa… – Alimlər ölümsüzlüyü araşdırırlar

    Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Sin Cinpin Pekində keçirilən görüşdə orqan transplantasiyası vasitəsilə ömrün 150 ilə uzadılması ideyası dünya mətbuatının diqqətini çəkib.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bəzi xarici ekspertlər bu ideyanın reallıqda əsasının olub-olmadığını araşdırıblar.

    Mütəxəssislərin fikrincə, orqan transplantasiyası milyonlarla insanın həyatını xilas edir: böyrəklər, qaraciyərlər və ürəklər onilliklər ərzində fəaliyyət göstərə bilər, xüsusən donor sağlamdırsa və xəstə tövsiyələrə diqqətlə əməl edirsə.

    Bununla belə, transplantasiya həmişə risklə əlaqələndirilir: əməliyyatlara dözmək çətindir, ömürlük dərmanlar infeksiya və ağırlaşmaların ehtimalı və s. Alimlər geni dəyişdirilmiş donuzlardan tutmuş insan kök hüceyrələrindən böyüyən toxumaya qədər “mükəmməl” orqanlar yaratmaq üzərində işləyirlər. İlk eksperimentlər artıq aparılıb, lakin donuz orqanları qəbul edən xəstələr uzun ömür sürməyib və tam işlək süni orqanlar hələ yaradılmayıb.

    Edinburq Universitetinin professoru Neil Mabbottun fikrincə, insan ömrünün nəzəri həddi təxminən 120-125 il olaraq qalır.

    “Orqanlar dəyişdirilsə belə, qocalmış orqanizm infeksiyalara, xəsarətlərə və stressə daha az dözür”, o,izah edib. Mütəxəssislər yeni texnologiyaların ciddi xəstəliklərin müalicəsi və aktiv uzunömürlülüyün uzadılması üçün vacib olduğu ilə razılaşırlar, lakin hələ ki, “ölümsüzlük” və ya 150 il yaşamaq tərəddüd altındadır.

  • Lənkəranda qəza: Sürücülər yaralandı

    Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin “Kiçik bazar” adlanan dənizkənarı ərazidə qeydə alınıb.

    Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi “Land Rover” markalı nəqliyyat vasitəsi “KİA” ilə toqquşub.

    Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Qüdsdəki terror aktının görüntüsü (Video)

    Xəbər verdiyimiz kimi, Yerusəlimin Ramot bölgəsində terror aktı törədilib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

    Hadisə avtomobillərdən birinin kamerasına əks olunub. Sözügedən görüntüləri təqdim edirik.

  • Rusiyada Arbitraj Məhkəməsinin hakimi intihar etdi

    Şərqi Sibir Dairəsinin Arbitraj Məhkəməsinin hakimi, 37 yaşlı Nikolay Kurts intihar edib.

    Bu barədə Rusiya mətbuatı yazıb.

    Məlumata görə, Kurts sentyabrın 3-nə keçən gecə evdən çıxıb. Onu sonuncu dəfə İrkutskdakı Qlazkovski körpüsündə görüblər. Yerli hüquq-mühafizə orqanları daha sonra onun ölümünü təsdiqləyib.

    Kurts 2023-cü ilin noyabrından Şərqi Sibir Dairəsinin Arbitraj Məhkəməsində hakim vəzifəsində çalışıb. Bundan əvvəl o, İrkutsk vilayətinin Arbitraj Məhkəməsində işləyib.
    //unikal.az

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Sentyabrın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 qumbara və 6 tüfəng aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Rusiyada daha bir azərbaycanlı saxlanıldı (VİDEO)

    Rusiyanın FTX əməkdaşları Stavropolda Azərbaycan vətəndaşını saxlayıb.

    Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

    Azərbaycan vətəndaşı Ukrayna terror təşkilatı adından terror aktları hazırlamaqda şübhəli bilinir.

    Qeyd olunub ki, əcnəbi Yessentuki və Stavropolda inzibati binalar və nəqliyyat infrastrukturu obyektlərində ətraflı kəşfiyyat aparıb.

    Bundan əlavə, saxlanılan şəxsin əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün komponentlər aldığı və sonradan istifadə üçün gizləndiyi yerə qoyduğu bildirilir. Baxış zamanı həmin şəxsin üzərindən rabitə vasitələri, partlayıcı qurğular üçün komponentlər və onun qanunsuz fəaliyyətini göstərən digər sübutlar aşkar edilib.

    Şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30 və 205-ci (terror aktına hazırlıq) maddələri ilə cinayət işi açılıb.
    //unikal.az

  • “Artıq villanı satmıram” – Alim Qasımov

    Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov “Vorovski”dəki villasını satışa çıxarıb.

    Məsələ ilə bağlı “Unikal”ın redaksiyası ilə əlaqə saxlayan A.Qasımov bildirib ki, bu işlə qardaşı oğlu Bəhruz məşğul olur:

    “Ora mənim evimdir. Hərdən gəlib-gedirik. Xahiş edirəm, məni dilə-dişə salmayasınız.

    Mənim adımı yox, qardaşım oğlunun adını yazın. Qiymət məsələsi ilə bağlı müzakirələr gedirdi. 3-5 milyon ola bilərdi. Onu da qeyd edim ki, artıq villanı satmıram”.

  • Ukrayna 122 min insanı səfərbər edəcək

    Ukrayna hakimiyyəti cəbhədəki vəziyyətlə əlaqədar təcili olaraq 122 min nəfəri səfərbər etməyi planlaşdırır.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    “Ukrayna cəbhə xəttində ümumi dağılma ilə əlaqədar təcili olaraq 122 min nəfəri səfərbər edir. Ən çox insan Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərindən gətiriləcək”, – məlumatda deyilir.

    Qeyd olunur ki, Dnepropetrovsk vilayətində 22 mindən çox, Odessada isə təxminən 18 min nəfərin səfərbər edilməsi nəzərdə tutulur. Səfərbərlikdən ən az zərər çəkən Lvov, Volın və İvano-Frankovsk bölgələri olacaq.

  • Tələbə yataqxanalarında qiymət və şərait necədir? – VİDEO

    İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr münasib qiymətə yataqxana və ev axtarışına çıxırlar. Yataqxana qiymətləri şəraitinə görə fərqlənir. Məsələn, ölkənin ilk və ən böyük təhsil müəssisəsi olan BDU-nun 5 mərtəbəli tələbə evində 1 nəfərin aylıq ödənişi 75 manatdır. Amma təəssüf ki, bu yataqxana 220 yerlikdir.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Pedaqoji Universitetdən verilən məlumata görə, paytaxtda bu təhsil ocağının 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də məcburi köçkün ailələri məskunlaşıb. Universitetin 5 nömrəli yataqxanası isə qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir.

    Memarlıq və İnşaat Universitetinin yataqxanası isə 450 tələbəni yerləşdirmək imkanına malikdir.

    Azərbaycan Dillər Universitetinin 205 yerlik yataqxanasında yalnız qızlar qala bilir və aylıq ödəniş 30 manatdır.

    Dövlət Neft və Sənaye Universitetinindən isə bildirildi ki, 320 yerlik yataqxananın təmir olunması nəzərdə tutulur və hazırda tələbə yerləşdirilməsi aparılmır.

    İqtisad Universitetinin və Texniki Universitetin mövcud olan 5 yataqxanalarında da məcburi köçkünlər məskunlaşdığı üçün tələbələr istifadə edə bilmirlər.

    Lənkəran Dövlət Universitetində qızlar və oğlanlar üçün 2 tələbə yataqxanası var. Qızlar yataqxanası 160, Oğlanlar yataqxana yataqxanası isə 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır.

    Artıq ikinci il yeni tələbələrini qarşılayacaq olan Qarabağ Universitetində isə tələbələr yataqxana üçün heç bir ödəniş etmirlər.

  • Армения и Словакия обсудили мирное соглашение между Баку и Ереваном

    Секретарь Совета безопасности Армении Армен Григорян и госсекретарь минобороны Словакии Игорь Мелихер обсудили парафированное мирное соглашение между Баку и Ереваном.

    Как сообщает Median.Az со ссылкой на Armenpress, переговоры состоялись в рамках рабочего визита Григоряна в Словакию.

    Мелихер поздравил Григоряна с подписанием документа и подчеркнул, что мир на Южном Кавказе окажет положительное влияние на регион и за его пределами. Григорян подробно рассказал о достигнутых в Вашингтоне договоренностях и возможностях для экономического развития.

    Стороны обсудили развитие двусторонних отношений между Арменией и Словакией и выразили готовность использовать потенциал сотрудничества. Мелихер отметил поддержку Словакии в углублении партнерства Армения–ЕС.