Month: September 2025

  • Ermənistan və Slovakiya Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə edib

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Slovakiya müdafiə nazirliyinin dövlət katibi İqor Meliher Bakı və İrəvan arasında paraflanmış sülh sazişini müzakirə ediblər.

    Median.Az “Armenpress”ə istinadən xəbər verir ki, danışıqlar A.Qriqoryanın Slovakiyaya işgüzar səfəri çərçivəsində baş tutub.

    İ.Meliher Ermənistan Təhlükəsizlik Şurasının katibini sənədin imzalanması münasibətilə təbrik edib və Cənubi Qafqazda sülhün regiona və onun hüdudlarından kənara müsbət təsir göstərəcəyini vurğulayıb. A.Qriqoryan Vaşinqtonda əldə edilmiş razılaşmalar və iqtisadi inkişaf imkanları barədə ətraflı məlumat verib.

    Tərəflər Ermənistan və Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib və əməkdaşlıq potensialından istifadə etməyə hazır olduqlarını bildiriblər. İ.Meliher Slovakiyanın Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsinə dəstəyini qeyd edib.

  • Su polisi Xəzərdə strateji obyektlərin yaxınlığında brakonyerlik edən şəxsi saxlayıb

    Xəzər dənizində yerləşən strateji məkanların yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad Xanalıyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    O, saxlanılan zaman xüsusi “Yamaha-40″mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşları həmin şəxsi saxlayıb.

    Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.

    Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

  • Fransada 16 yaşlı idmançı yarış vaxtı ölüb

    Fransalı gənc velosipedçi Noa Sartis ölkənin şimal-qərbində keçirilən yarış zamanı vəfat edib.

    Bu barədə “RMC Sport” məlumat yayıb.

    16 yaşlı idmançının ölümünə ürəyinin dayanması səbəb olub.

    Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, cəhdlər uğursuz alınıb.

  • Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək

    Azərbaycanda tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1 780 ədəd, 2023-cü ildə 2 011 ədəd, 2024-ci ildə isə 2 180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2 200 avtobus istismar edilir. Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2 300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib.

    Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.

    2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.

    Sərnişinlərin mənzil başına daha rahat və sürətli çatdırılmasını təmin etmək məqsədilə avtobuslar xüsusi hərəkət zolaqları ilə hərəkət edir. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb.

    Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir, avtobus parkı yenilənir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması təmin edilir.

  • Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

    Ötən il Azərbaycanda fəaliyyət göstərən 2 613 müəssisənin veb səhifəsi olub.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstərisindən 47 ədəd və ya 1,8 % çoxdur.

    Bu cür müəssisələrin ölkədə fəaliyyətdə olan müəssisələrin sayında xüsusi çəkisi 11,6 % (əvvəlki ilə nisbətən 1 faiz bəndi çox) təşkil edib.

    Veb səhifələrin 51-i (1 ədəd çox) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 33-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 168-i (2 ədəd çox) emal sənayesi, 26-sı (1 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29-u (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 180-i (3 ədəd çox) tikinti, 222-si (4 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 84-ü (2 ədəd çox) nəqliyyat və anbar təsərrüfatı, 68-i (3 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 161-i (1 ədəd çox) informasiya və rabitə, 425-i (3 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 52-si (1 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 236-sı (8 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 105-i (2 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 362-si (1 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 131-i (1 ədəd çox) təhsil, 102-si (1 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 92-si (3 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 86-sı (10 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.

    Hesabat dövründə veb səhifəsi Azərbaycan serverlərində yerləşdirilmiş müəssisələrin sayı əvvəlki ilə nisbətən 29 ədəd və ya 1,8 % artaraq 1 677-ə çatıb.

    Bunların 27-si (dəyişməyib) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 13-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 119-u (1 ədəd çox) emal sənayesi, 13-ü (1 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 15-i (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 77-si (3 ədəd çox) tikinti, 158-i (2 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 45-i (dəyişməyib) nəqliyyat və anbar təsərrüfatı, 38-i (1 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 112-si (1 ədəd çox) informasiya və rabitə, 340-ı (3 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 24-ü (1 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 135-i (3 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 70-i (2 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 239-ü (6 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 68-i (1 ədəd çox) təhsil, 63-ü (1 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 61-i (1 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 58-i (2 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.

  • В Нахчыване завершились сборы военнообязанных – Видео

    В Отдельной общевойсковой армии в Нахчыване завершились учебные сборы с привлечением группы военнообязанных, призванных из запаса.

    Об этом сообщили в Министерстве обороны.

    В рамках сборов были проведены занятия по общевойсковой и специальной подготовке, а также практические стрельбы из стрелкового оружия и гранатометов.

    Военнообязанным были наглядно разъяснены правила использования дронов наблюдения, отработаны различные задачи. В заключение были награждены военнообязанные, отличившиеся в ходе сборов.

  • Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatıb – Video

    Əlahiddə Ümumqoşun Orduda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

    Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib. Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

  • Həftəsonu ictimai-iaşə obyektlərində monitorinqlər keçiriləcək

    Azərbaycanda fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

    O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları sentyabrın 13-dən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq:

    “Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək. Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər”.

  • Сумгайытский химпромпарк изменил название

    Сумгайытский химический промышленный парк переименован в Сумгайытский промышленный парк.

    Соответствующий указ подписал президент Азербайджана Ильхам Алиев.

    Кабинету министров и Министерству экономики поручено решить вопросы, исходящие из указа.

  • Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilib

    Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilərək Sumqayıt Sənaye Parkı adlandırılıb.

    Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.