Month: September 2025

  • Bu market qanunsuz işləyirmiş

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı şosesində fəaliyyət göstərən, fiziki şəxs Seymur Türbət oğlu Məmmədova məxsus “Tur” marketdə yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

    Marketin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin məhsulların döşəmə və divardan ara məsafə gözlənilmədən saxlanıldığı, xammalın qəbulu və saxlanılması sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, anbarda qida məhsulu saxlanan rəflərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək marketin anbar sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.

  • “Çinar” MTK-dan mənzil aldı – Aldadıldı (VİDEO)

    Çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödəyən Bakı sakini aldadıldığını iddia edir.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Elman Məmmədovun başına gəlib.

    Elman Məmmədov “Çinar” MTK-dan mənzil almaq üçün 24 min manat ilkin ödəniş etdiyini, 4 ay ərazində isə ümumilikdə 6 min manat ödədiyini deyir. Ödənişləri də sənədlər əsasında etdiyini bildirir.

    Daha sonra MTK sədri dəyişib və yeni sədr onun sənədlərinin saxta olduğunu bildirib.

    Elman Məmmədovun sözlərinə görə, oxşar halla bağlı onun kimi bir neçə şikayətçi var.

    Məsələ ilə bağlı “Çinar” MTK-nın sədr əvəzi Abbas Dadaşov bildirdi ki, əvvəlki rəhbərlik xeyli adamı aldadıb.

    Hüquqşünaslar isə bildirirlər ki, pul ödəyib bünövrədən ev alan şəxs bu cür halla qarşılaşdıqda məhkəməyə müraciət etməli, məsələyə orada hüquqi qiymət verilməlidir.

  • Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır

    Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.

    “Report”un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

    Onun sözlərinə görə, Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) reallaşdırılması məqsədilə Azərbaycan dövləti tərəfindən Horadiz–Ağbənd dəmir yolunun tikintisi aparılır: “Dəmir yolu xəttinin layihələndirilməsi işləri 84 %-i, tikinti-quraşdırma işlərinin 67 %-i başa çatdırılıb”.

  • Азербайджан и Венгрия подписали три документа по итогам заседания межправкомиссии

    В рамках XI заседания Совместной комиссии по экономическому сотрудничеству между правительствами Азербайджана и Венгрии, проходившего в городе Будапеште, были подписаны три документа.

    Об это сообщает Median.Az со ссылкой на Министерство финансов.

    Среди подписанных документов – протокол по итогам XI заседания Совместной комиссии, План действий на 2025-2027 годы между Агентством продовольственной безопасности Азербайджана и Министерством сельского хозяйства Венгрии, Меморандум о взаимопонимании между Азербайджанским медицинским университетом, Университетом PECS Венгрии, SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD. и PANNONPHARMA.

    Протокол подписали сопредседатели комиссии – министр финансов Азербайджана Сахиль Бабаев и министр иностранных дел и торговли Венгрии Петер Сийярто. Другие документы подписали уполномоченные представители соответствующих ведомств обеих сторон.

  • Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

    Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb.

    Median.Az bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir.

    İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD.” və “PANNONPHARMA” arasında Anlaşma Memorandumu var.

    Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar. Digər sənədlərə isə hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri imza atıblar.

  • Посольство Украины в Азербайджане поблагодарило за помощь детям ко Дню благотворительности

    В Международный день благотворительности посольство Украины в Азербайджана выразило искреннюю благодарность всем, кто откликнулся и передал вещи для украинских детей.

    Об этом написал в соцсети Facebook посол Украины в Баку Юрий Гусев.

    По его словам, в августе удалось собрать, отсортировать и подготовить к отправке в Украину теплую одежду, обувь и канцтовары: “Они будут переданы воспитанникам Сумского центра социально-психологической реабилитации детей, а также детям из семей внутренне перемещённых лиц из Бахмута, Покровска, Миргорода, Херсонской и Сумской областей, которые были вынуждены покинуть свои дома из-за российской агрессии”.

    Он отметил, что все собранные вещи в ближайшее время будут отправлены в Украину.

    “Вместе мы делаем добрые дела и помогаем тем, кто в этом нуждается больше всего”, – добавил посол.

  • Ukrayna səfirliyi Azərbaycanda uşaqlara göstərilən yardıma görə təşəkkür edib

    Beynəlxalq Xeyriyyəçilik Günündə Ukraynanın Azərbaycandakı səfirliyi ukraynalı uşaqlar üçün əşyalar göndərən hər kəsə səmimi təşəkkürünü bildirib.

    Bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev feysbuk sosial şəbəkəsində yazıb.

    Onun sözlərinə görə, avqust ayında isti geyim, ayaqqabı və dəftərxana ləvazimatlarını toplamaq, çeşidləmək və Ukraynaya göndərmək üçün hazırlamaq mümkün olub: “Bunlar Sumı Uşaqların Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin tərbiyəçilərinə, həmçinin Rusiya təcavüzü səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı vilayətlərindən olan ailələrin uşaqlarına veriləcək”.

    Y.Qusev qeyd edib ki, toplanmış bütün əşyalar yaxın zamanda Ukraynaya göndəriləcək: “Birlikdə xeyirxah işlər görür və ən çox ehtiyacı olanlara kömək edirik”.

  • “Formula 1” Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb

    “Formula 1” Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb.

    Bu barədə “Kral yarışları”nın mətbuat xidməti məlumat yayıb.

    Əvvəlki razılaşma 2031-ci ilə qədər nəzərdə tutulmuşdu.

    Xatırladaq ki, bu il Monako Qran-prisi mayın 23-dən 25-dək keçirilib. Qələbəni “McLaren” komandasının britaniyalı pilotu Lando Norris qazanıb.

  • В турецкой Бурсе вспыхнул лесной пожар

    В лесной зоне района Османгази провинции Бурса в Турции вспыхнул пожар.

    Как сообщает Median.Az со ссылкой на “TRT Haber”, на место происшествия немедленно были направлены сотрудники Управления лесного хозяйства и пожарные.

    К борьбе с пожаром привлечены 3 самолета, 11 вертолетов, 37 водовозов, две единицы тяжелой техники и 242 человека личного состава.

    Причина происшествия пока не установлена.

  • Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb

    Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib.

    Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub.

    Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.