Month: September 2025

  • Bakıda məktəb-liseylərin formaları bahalaşdı – Şalvar 39 manat oldu

    Bakıda məktəbli formalarının satışını həyata keçirən “Ela” Məktəbli Formaları qiymətləri qaldırıb.

    Qaynarinfo-nun məlumatına görə, şirkət Elm və Təhsil Nazirliyinə məxsus məktəb-liseylərin, həmçinin bəzi ümumtəhsil məktəblərinin formalarını satır. Son dəyişikliklərlə qiymətlərdə 10–30 faiz artım qeydə alınıb.

    Məsələn, Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdləri üçün şalvarın qiyməti ötən il 29 manat olduğu halda, hazırda 39 manat təşkil edir. Jaket 39 manatdan 43 manata, uzunqol köynək 28 manatdan 29 manata, qısaqol köynək isə 27 manatdan 28 manata qalxıb.

    Qeyd edək ki, “Ela” Məktəbli Formaları mağazası Bakıda yalnız bir ünvanda – Mərdanov qardaşları küçəsi 41-47-də fəaliyyət göstərir. Bu səbəbdən paytaxtın müxtəlif rayonlarında yaşayan valideynlər məhz həmin ünvana üz tutmaq məcburiyyətində qalır ki, bu da narazılıqlara yol açır.

    Şirkət vergi uçotunda 02.09.2022-ci il tarixindən “Ela VİP” MMC adı ilə qeydiyyatdadır. Onun qanuni təmsilçisi Hallac Vedat Fikri göstərilir. Bir neçə gün əvvəl isə MMC-yə əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

    Xatırladaq ki, Elm və Təhsil Nazirliyi ölkədə məktəbli formalarının qiymətində artım olmadığını bəyan edib.

  • Bu il uşaqlara ən çox qoyulan oğlan və qız adları (SİYAHI)

    Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-avqust aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.

    Rəsmi məlumata görə, 2025-ci il ərzində 802 oğlan uşağına Uğur, 533 qız uşağına isə Zəhra adı qoyulub.

    Oğlan adlarının siyahısı üzrə ikinci yerdə Hüseyn (534), üçüncü yerdə isə Əli (517) gəlir.

    Qız adlarının siyahısında ikinci yer Məryəmə (510), üçüncü yer isə Zeynəbə (508) məxsusdur.

  • “Kirayəçi” dələduzların bazarı açıldı: Tələbələr Bakıya gəlir, belə tələyə düşür

    Mənzillərin onlayn kirayə verilməsi prosesində dələduzluq edənlərin sayı artıb. Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bölgələrdə yaşayan tələbələr özlərinə rahat olsun deyə qalacaqları evi onlayn qaydada tapıb, kirayələməyə üstünlük verir.

    Onlar elan saytlarında bəyəndikləri evi kirayələmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlayır. Razılaşmadan sonra qarşı tərəfə əvvəlcədən beh adı altında müəyyən bir məbləğ, yaxud da evin bir ayının pulunu ödəyirlər. Təkrar telefona dönüş etdikdə isə “ev sahibinə” zəng çatmadığını görürlər. Beləcə yüzlərlə tələbə onlayn dələduzluğun qurbanına çevrilir.

    Hüquq müdafəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında xüsusi bildirib ki, istəlinən vətəndaş tanımadığı şəxsə pul göndərməməlidir:

    “Yox, göndəribsə, artıq hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Ən azı bank hesabları var. Kart hesabına bağlı olan bütün məsələləri araşdırmaq asandır. Beləcə, ödədikləri pulu onları aldadan şəxsdən geri ala bilərlər. Gərək vətəndaş işin üstünə düşsün və sona kimi getsin”.

    Təhsil eksperti Məzahir Məmmədli isə hesab edir ki, tələbə kirayədə qalmalı deyil:

    “Hər bir ali məktəbin özünün yataqxanası olmalıdır. Təssüflər olsun ki, Azərbaycanda heç bir ali məktəb bu standartlara uyğun deyil. Hərbi Akdemiya və Gəncə şəhərində yerləşən aqrar universitetdən savayı bütün ali məktəb tələbələrinin 5-10%-ni yataqxana ilə təmin etmək imkanı var. Özəl universitetlərin heç birinin yataqxanaları yoxdur. Bu halda dələduzluq baş alıb gedəcək və onlar üçün min bir şərait də yaranacaq. Burada ən çox əziyyət çəkən rayondan gələn tələbələrdir. Böyük sevinclə ali məktəbə daxil olur və dələduzlarla qarşılaşırlar”.

  • Dünyada ət qiymətləri rekord həddə çatdı – Səbəb nədir?

    Avqust ayında dünya üzrə ət qiymətləri yeni rekorda yüksəlib. Bu artıma ABŞ və Çində mal ətinə yüksək tələbat, həmçinin ümumilikdə iri buynuzlu heyvanların sayının azalması təsir göstərib.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    İyul ayında qeydə alınan əvvəlki rekord avqust göstəriciləri ilə yenilənib. Ət istehsalını məhdudlaşdıran əsas problemlər iqlim dəyişikliyi və xəstəliklərdir.

    Nəticədə bəzi ölkələrdə inflyasiya daha da dərinləşib. Məsələn, Avropa İttifaqının əsas ət ixracatçılarından biri olan Böyük Britaniyada iyul ayında mal və dana əti qiymətləri ötən ilin göstəricilərindən təxminən 25 faiz yüksək olub.

    ABŞ-da inək sürülərinin sayı son onilliklərin ən aşağı səviyyəsinə düşüb. Dünyanın aparıcı ixracatçısı Braziliyada da mal-qaranın sayı azalır. Eyni zamanda, qeyri-sabit hava şəraiti sürülərin bərpasını çətinləşdirir.

    Qiymət artımına təsir edən əlavə amil süd məhsullarının bahalaşmasıdır. Kərə yağı və pendirin yüksək qiymətləri fonunda fermerlər üçün inəkləri ət üçün kəsmək sərfəli deyil.

    2025-ci ilin yayı Böyük Britaniyada fermerlər üçün ən çətin dövrlərdən biri olub. Ölkədə müşahidələrin bütün tarixi ərzində ən yüksək temperatur qeydə alınıb. Bunun nəticəsində otlaq sahələri günəşin yandırdığı quru düzənliyə çevrilib. Fermerlər inəkləri qış üçün saxladıqları yemlə bəsləməyə məcbur qalıb və ciddi zərər görüb.

  • Azərbaycanlı milyonçu bloqer vergi qalmaqalına görə yenidən gündəmdə

    Rusiyada yaşayan azərbaycanlı bloqer Subo (əsl adı Sübhan Məmmədov Murad oğlu) vergi borcları səbəbindən yenidən gündəmə gəlib.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, onun Federal Vergi Xidmətinə borcu artıq 89,8 milyon rubla çatıb.

    Qeyd olunur ki, hələ iyul ayında Suboya qarşı cinayət işi açılmışdı. O zaman bloqerin borcu təxminən 50 milyon rubl təşkil edirdi. Əgər məhkəmə onun təqsirini sübut etsə, Subonu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    İstintaqın versiyasına görə, Subo 2020–2022-ci illərdə yaxın qohumları ilə birlikdə vergidən yayınma sxemi qurub. Saxlanılan pulların bir hissəsi – təxminən 10 milyon rubl – bahalı avtomobilin alınmasına xərclənib.

    Araşdırmalar göstərir ki, maliyyə əməliyyatlarında bloqerin qardaşı və atası da iştirak edib. Onların vasitəsilə Moskvada mənzillər və dəbdəbəli avtomobillərin satıldığı iddia olunur.

    Məlumata görə, Subo artıq Rusiyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

  • “Zahranur” şirkətinə 10 000 manat maliyyə sanksiyası tətbiq edildi

    “Zahranur” şirkətində əmək qanunverciliyi pozulub.

    Valyuta.az xəbər verir ki, bu fakt şirkətdə həyata keçirilən operativ vergi nəzarəti zamanı üzə çıxıb.

    Nəzarət tədbirinin nəticələri haqqında tərtib olunan akta əsasən “Zahranur” MMC-yə 10 000 manat maliyyə sanksiyası tətbiq edilib.

    “Zahranur” MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 010 manatdır. Şirkətin qanuni təmsilçisi Bilal Ertasdır.

  • Tarixin ən güclü 5 zəlzələsi: Yer üzünü sarsıdan fəlakətlər

    Zəlzələlər yalnız yer qabığını deyil, insan həyatını da dərin şəkildə dəyişdirən ən dağıdıcı təbii hadisələrdəndir.

    Yeraltında toplanan enerjinin qəfil boşalması nəticəsində baş verən bu sarsıntılar şəhərləri yerlə-yeksan etmiş, yüz minlərlə insanın həyatına son qoymuşdur. Müasir ölçmə texnologiyaları ilə qeydə alınmış ən güclü beş zəlzələ isə həm böyüklükləri, həm də fəsadları ilə tarixə həkk olunub.

    5. 1952 Severo-Kurilsk zəlzələsi – 9,0 bal

    4 noyabr 1952-ci ildə Rusiyanın Kamçatka yarımadası açıqlarında baş verən 9 bal gücündə zəlzələnin əsas dağıdıcı təsiri ardınca gələn nəhəng sunami dalğaları olub. Kuril adalarındakı Severo-Kurilsk qəsəbəsi üç dalğa ilə demək olar ki, məhv edilib. Ölənlərin sayı 10–15 min arasında qiymətləndirilir. Dalgalar minlərlə kilometr uzaqdakı Havayi, Yeni Zelandiya və Peruyadək çatıb.

    4. 2011 Toxoku zəlzələsi – 9,1 bal

    11 mart 2011-ci ildə Yaponiyanın şimal-şərq sahillərində qeydə alınan bu zəlzələ geniş miqyaslı yer dəyişməsinə səbəb olub. Sunami dalğaları şəhərləri yerlə bir edib, 20 minə yaxın insan həlak olub, 2.500 nəfər itkin düşüb. Ən böyük böhran isə Fukusima nüvə stansiyasında üç reaktorun əriməsi ilə yaşanıb. Toxoku zəlzələsi 360 milyard dollarlıq ziyanla tarixdə ən bahalı təbii fəlakət hesab olunur.

    3. 2004 Hind okeanı zəlzələsi – 9,1 bal

    26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında baş verən bu zəlzələ tarixdə ən çox insan tələfatına səbəb olan fəlakətlərdən biridir. Sunami dalğaları 50 metrə qədər yüksəldi və 17 ölkəni vurub. Ümumilikdə 228 min insan həyatını itirib.

    2. 1964 Alyaska zəlzələsi – 9,2 bal

    27 mart 1964-cü ildə Alyaskanı sarsıdan bu zəlzələ 4,5 dəqiqədən çox davam edib. Bəzi ərazilər 25 metr qalxıb, digərləri isə 2,5 metr çöküb. Ançorag şəhəri böyük dağıntılar görüb. Sunami dalğaları Havayi və Kaliforniya sahillərinədək yayılıb. Nisbətən az əhali sıxlığı səbəbindən ölənlərin sayı 131 nəfərlə məhdud qal.b.

    1. 1960 Valdivia zəlzələsi – 9,5 bal

    22 may 1960-cı ildə Çilidə baş verən bu zəlzələ indiyədək ölçülən ən güclü sarsıntı olaraq qalır. 10 dəqiqə davam edən 9,5 ballıq zəlzələ Valdivia şəhərində binaların yarısını uçurub, sahil xətti dəyişib. 25 metrlik sunami dalğaları yalnız Çilidə deyil, Havayi, Filippin və Yaponiyada da yüzlərlə insanın ölümünə səbəb olub. Hadisədən iki gün sonra bölgədə vulkan püskürməsi baş verib və alimlər bunun zəlzələdən qaynaqlandığını düşünür.
    /qaynar.az

  • Rektor: “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər”

    “Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”.

    Median.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

    O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

    Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: “Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq”.

    Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: “Səhhətimlə bağlı müalicələr gedir”.

  • Пассажирский самолет AZAL впервые за последние пять лет приземлился в Тебризе – Видео

    Пассажирский самолет ЗАО Azerbaijan Airlines (AZAL) впервые после второй Карабахской войны совершил посадку в аэропорту Тебриза.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Отмечается, что этот рейс стал важным шагом в восстановлении авиасообщения между Баку и Тебризом.

  • Azərbaycana məxsus sərnişin təyyarəsi beş ildən sonra ilk dəfə Təbrizdə enib – Video

    Azərbaycanın “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Təbriz Hava Limanına eniş edib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, bu reys Bakı-Təbriz hava əlaqələrinin bərpası baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.