Month: September 2025

  • Yol qəzasından sonra baş verən insidentlə bağlı AÇIQLAMA

    Ötən gün paytaxtın Nərimanov rayonunda avtomobil yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən qadını vurub.

    Hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb

    Hadisədən sonra maşının sürücüsü ilə qadının yanında olan şəxs arasında dava baş verib. Dava-dalaş ətrafdakı şəxslərin köməyi ilə o sakitləşdirilib.

    Hadisə ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub.

    O qeyd edib ki, aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib: “Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.

  • Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı

    Tovuz rayonunun Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Asif İdris oğlu Xalıqverdiyevə məxsus kafedə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin müəssisədə etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

  • Sumqayıtda bərbərxana yandı

    Sumqayıt şəhərində ümumi sahəsi 5 m² olan dəmir konstruksiyadan ibarət bərbərxananın taxta üzlüyü, içərisində olan əşyalar və 2 paq.m elektrik kabeli yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda yolun ortasında ilan – VİDEO

    Paytaxt küçələrinin birində ilan peyda olub.

    “Unikal”ın məlumatına görə, ilan maşınların hərəkət etməsinə baxmayaraq, uzun müddət yolun ortasında dayanıb.

  • Gürcüstan Prezidenti onları əfv etdi

    Gürcüstan Prezidenti Mixail Kavelashvili “Lelo” müxalifət partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.

    Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

    Xazaradze və Caparidze Saakaşvili dövrünün fəaliyyətini araşdıran Müvəqqəti İstintaq Komissiyasının iclasına gəlmədiklərinə görə həbsdə idilər.

  • Gəncədə 9 mərtəbəli binada yanğın oldu

    Gəncədə yaşayış evində yanğın olub.

    Hadisə şəhərin 4-cü mikrorayonunda yerləşən 9 mərtəbəli binada qeydə alınıb. Belə ki, 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin mətbəxində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi mühafizə edilib.

    Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
    //unikal.az

  • Siçan yeni doğulan körpələri dişləyib öldürdü – VİDEO

    Hindistanın “ən təmiz şəhəri” adlandırılan İndorda yerləşən dövlət xəstəxanasında şok hadisə baş verib.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, yenidoğulmuşların reanimasiya şöbəsində müalicə olunan iki körpə siçan dişləməsindən sonra həyatını itirib.

    Hadisə təhlükəsizlik kamerası görüntüləri ilə üzə çıxıb. Qeyd olunan kadrlar xəstəxanadakı gigiyena problemlərini və nəzarət boşluqlarını ortaya qoyub. Buna baxmayaraq, xəstəxana rəhbərliyi məsuliyyəti qəbul etmir.

  • Sabah Bakıda yağış yağacaq

    Azərbaycanda sentyabrın 6-da havanın yağışlı olacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

  • Yaponiya Ukraynaya qoşun göndərməkdən imtina edib

    Yaponiya hakimiyyəti Ukraynaya hərbi personalın göndərilməsi imkanını nəzərdən keçirmir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib. Onun sözlərinə görə, Yaponiya atəşkəsdən sonra Ukraynada öz qoşunlarını yerləşdirməyə hazır olduğunu bildirən 26 ölkə arasında yoxdur.

  • Göz qanaması ilə başlayan gizli virus yayılır

    Afrikanın Demokratik Konqo Respublikasında ölümlə nəticələnən yeni epidemiya yayılıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Ebola” virusuna bənzər simptomlarla xəstəxanaya yerləşdirilən 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

    Mütəxəssislər hadisələrin ölümcül “Marburg” virusu olduğunu bildiriblər.

    Hadisələr ölkənin cənub-qərbində, Kasai bölgəsində qeydə alınıb. Yüksək hərarət, daxili qanaxma və güclü halsızlıq əlamətləri ilə xəstəxanaya gətirilən şəxslər qısa müddətdə dünyasını dəyişib.

    “Marburg” virusu, “Ebola” ailəsinə aid olub, xüsusilə göz və burundan qanaxma ilə özünü göstərir. Virus yüksək yoluxuculuq və ölüm faizinə görə bölgədə panika yaranıb.