Month: September 2025

  • “Sumqayıt” amerikalı basketbolçu transfer edib

    Yeni mövsümə hazırlaşan “Sumqayıt” amerikalı basketbolçu Si Cey Consu transfer edib.

    Median.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 198 sm boya malik 27 yaşlı oyunçu həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində oynayır.

    Karyerasına Alabama ştatının “Birmingem” komandasında başlayan Cons buna qədər Niderland və Kipr çempionatlarında da oynayıb. O, son olaraq Panamanın “Dragones de Don Bosco” klubunda çıxış edib.

    Si Cey Panama çempionatında hər oyuna orta hesabla 19 xal və 6,3 ribaundla yadda qalıb. O, hətta Panamada “ilin legioneri” mükafatını da qazanıb.

  • Азербайджан и Узбекистан обсудили план двустороннего военного сотрудничества на 2026 год

    Делегация, возглавляемая начальником Управления международного военного сотрудничества Министерства обороны Азербайджана, находится с визитом в Узбекистане для участия в штабных переговорах по обсуждению перспектив развития военного сотрудничества.

    Об этом сообщает Median.Az со ссылкой на сообщение пресс-службы Министерства обороны Азербайджана.

    “В Ташкенте состоялась встреча в расширенном формате с участием делегаций обеих стран, на которой были обсуждены текущее состояние и перспективы развития военного и военно-технического сотрудничества, а также проект плана двустороннего военного сотрудничества на 2026 год”, – говорится в сообщении.

    В ходе визита был посещен Учебно-тренировочный центр горной подготовки “Чимган”.

    После ознакомления с центром азербайджанская делегация приняла участие в церемонии выпуска курса “Горный воин”, в котором также участвовала группа военнослужащих Азербайджанской Армии.

  • Daşkənddə Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib

    Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti “Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları”nda iştirak etmək məqsədilə Özbəkistan Respublikasında səfərdə olub.

    Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib.

    Səfər çərçivəsində, həmçinin Çimqan Dağçılıq Təlim Mərkəzi ziyarət olunub.

    Mərkəzlə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da cəlb olunduğu “Dağ döyüşçüsü kursu”nun buraxılış mərasimində iştirak edib.

  • “Şəki” heyətini azərbaycanlı basketbolçu ilə gücləndirib

    “Şəki” klubu heyətini azərbaycanlı basketbolçu Rəşid Abbasovla gücləndirib.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    Basketbolçu ötən mövsüm “Lənkəran” komandasının formasını geyinib.

  • Ученые: Кофеин ухудшает качество донорской крови

    Ученые из Университета Колорадо выяснили, что привычка пить кофе перед сдачей крови может снизить качество донорского материала и эффективность переливаний.

    Результаты исследования опубликованы в журнале Haematologica.

    К таким выводам исследователи пришли в результате анализа образцов крови более 13 тысяч доноров. Оказалось, что высокий уровень кофеина в крови связан с большей склонностью эритроцитов к повреждению во время хранения.

    Эритроциты (красные кровяные тельца) – самые многочисленные клетки крови, занимающие до 40-45% ее объема. При переливаниях после употребления кофеина такие клетки хуже приживались и обеспечивали меньшее повышение уровня гемоглобина у пациентов. Более того, у реципиентов наблюдались признаки ускоренного разрушения эритроцитов (гемолиза).

    Особенно сильное негативное воздействие наблюдалось у доноров и пациентов, у которых выявили распространенный вариант гена ADORA2b. Этот ген регулирует работу эритроцитов в условиях дефицита кислорода. Авторы считают, что открытие открывает путь к более персонализированному подходу к переливаниям, где будут учитываться не только группа крови, но и образ жизни, а также генетические особенности человека.

    Поскольку многие люди регулярно употребляют кофеин, ученые называют присутствие в организме фактором риска, который можно контролировать. С учетом короткого периода полураспада вещества достаточно временно ограничить его употребление в дни сдачи крови. В ряде европейских стран такие рекомендации донорам уже действуют.

  • Alimlər: Kofein donor qanının keyfiyyətini pisləşdirir

    Kolorado Universitetinin alimləri müəyyən ediblər ki, qan verməzdən əvvəl qəhvə içmək donor materialının keyfiyyətini və qan köçürmələrinin effektivliyini azalda bilər.

    Araşdırmanın nəticələri “Haematologica” jurnalında dərc olunub.

    Tədqiqatçılar bu qənaətə 13 mindən çox donorun qan nümunələrinin təhlilindən sonra gəliblər. Məlum olub ki, qanda yüksək kofein səviyyəsi eritrositlərin saxlanma zamanı daha tez zədələnməsinə səbəb olur.

    Eritrositlər – qanın ən çoxsaylı hüceyrələridir və onun həcminin 40–45 faizini təşkil edir. Kofein qəbulundan sonra belə hüceyrələr köçürmələr zamanı orqanizmdə daha pis yerləşir və xəstələrdə hemoqlobin səviyyəsinin daha az artmasını təmin edir. Bundan başqa, recipiyentlərdə eritrositlərin sürətlə dağılmasının (hemoliz) əlamətləri müşahidə olunub.

    Xüsusilə mənfi təsir ADORA2b geninin geniş yayılmış variantı aşkar edilən donor və pasiyentlərdə qeydə alınıb. Bu gen oksigen çatışmazlığı şəraitində eritrositlərin fəaliyyətini tənzimləyir. Müəlliflərin fikrincə, bu kəşf qan köçürmələrində yalnız qan qrupunun deyil, həm də həyat tərzinin və genetik xüsusiyyətlərin nəzərə alındığı daha fərdi yanaşmaya yol açır.

    Alimlər qeyd edirlər ki, çox insan mütəmadi olaraq kofein qəbul etdiyindən, onun orqanizmdə mövcudluğu idarəolunan risk amili hesab edilə bilər. Maddənin qısa yarımparçalanma dövrü nəzərə alınaraq, qanvermə günlərində kofein qəbulunu müvəqqəti məhdudlaşdırmaq kifayətdir. Avropanın bir sıra ölkələrində donorlar üçün belə tövsiyələr artıq qüvvədədir.

  • Neuralink планирует попробовать восстановить зрение слепому человеку в 2026 году

    Занимающаяся вживлением нейрочипов компания Neuralink Илона Маска планирует в 2026 году провести операцию по восстановлению зрения у полностью слепого пациента.

    Об этом написал в соцсети Х американский миллиардер и предприниматель Илон Маск.

    “Намереваемся в следующем году частично восстановить зрение у полностью слепого человека”, – отметил он, комментируя информацию о проведении компанией первых операций в Канаде.

    В июле агентство Bloomberg сообщало, что Neuralink рассчитывает к 2031 году ежегодно вживлять нейрочипы 20 тыс. пациентов, которые смогут получить доступ минимум к трем версиям нейрочипов – для усиления зрения слепых и слабовидящих (Blindsight), для снижения симптомов нейродегенеративных заболеваний (таких, как болезнь Паркинсона) и для управления компьютером и другими устройствами силой мысли (Telepathy).

  • Maskın “Neuralink” şirkəti gələn il görmə məhdudiyyətli xəstə üzərində əməliyyat planlaşdırır

    Neyroçipləri implantasiya edən milyarder İlon Maskın “Neuralink” şirkəti 2026-cı ildə görmə qabiliyyətini itirən şəxsin üzərində əməliyyat keçirməyi planlaşdırır.

    Bu barədə amerikalı milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkəsində yazıb.

    İyul ayında “Bloomberg” xəbər vermişdi ki, “Neuralink” 2031-ci ilə qədər hər il 20 min xəstəyə neyroçiplər implantasiya etməyi planlaşdırır. Bu çiplər üç əsas istiqamətdə tətbiq olunacaq: görmə qabiliyyətini itirmiş insanların görmə qabiliyyətini artırmaq (Blindsight), neyrodejenerativ xəstəliklərin simptomlarını azaltmaq (məsələn, Parkinson xəstəliyi) və digər düşüncə cihazları ilə əlaqəli funksiyaları inkişaf etdirmək.

  • Astarada kütləvi zəhərlənmə oldu

    Astarada kütləvi zəhərlənmə olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, Astara rayonunda 15 yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

    Onlardan 10 nəfəri infeksion şöbəyə yerləşdirilib.

    Fakt araşdırılır.

  • Məhəmməd Əbunəyyan İlham Əliyevi təbrik edib

    Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə “ACWA Power” şirkəti adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

    Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.

    Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir.

    Biz “ACWA Power” şirkəti olaraq Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq və sülhün, əməkdaşlığın bu yeni dövründə ölkənin dayanıqlı inkişafını dəstəkləməyə sadiq qalırıq.

    Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycanın daha parlaq gələcəyi ilə bağlı fəaliyyətinizdə davamlı uğurlar diləyir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.