Month: Sentyabr 2025

  • Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

    Sentyabrın 30-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının, eləcə də media nümayəndələrinin iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

    Bu barədə  Hərbi Prokurorluqdan məlumat verilib.
    Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək, dünyaşöhrətli şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
    Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, yaralılara şəfa diləyiblər.
    Azərbaycan Respublikası baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını, o cümlədən mərasim iştirakçılarını 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
    Bildirilib ki, Azərbaycan prokurorluq orqanları 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının ifadəsi və onun roluna rəsmi münasibətin təzahürü olub.

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın firavan gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən müstəsna işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən bəhs edilərək vurğulanıb ki, qazanılan uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.

    Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən Bəhruz Əhmədov bunun işin səmərəliliyini şərtləndirdiyini qeyd edərək, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun uğurlu fəaliyyətindən danışıb.
    Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Hərbi prokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarına isə hədiyyələr təqdim olunub.

  • 161 min manat vergi borcu olan şirkət kimindir?

    “Popikon” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.

    Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 161 818,24 manat təşkil edir.
    “Popikon” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Ağayev Ziya Yaşar oğludur. 
    Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. 

  • “Səbail” braziliyalı yarımmüdafiəçi transfer etdi

    “Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb.

    Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
    Məlumata görə, Bayıl təmsilçisi Paulo Rikardonu (Paulinyo) rənglərinə bağlayıb.
    25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

  • Zakir Həsənov Pakistana başsağlığı verdi

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb. 

    Başsağlığında deyilir: “Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
    Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
    Allah rəhmət eləsin”.

  • Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

    Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış edirlər.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Güclü külək nə vaxta qədər davam edəcək?

    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

    Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.7 m/san təşkil edəcək.

  • Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

    Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

    Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

    Deputatlar “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhvə verəcəyini diqqətə çatdırıb.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

  • Ayda kənd yaradılacaq – NASA

    Amerika Kosmik Agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd tikmək niyyətindədir.

    Bu barədə NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.

    O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların yaşadığı bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.

    2026-cı ilin fevral ayında NASA 50 il sonra Aya ilk səfərə dörd astronavt göndərərək, Artemida II missiyasını həyata keçirməyi planlaşdırır. Bu dəfə Aya eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları qəbul edə biləcək və Ay səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.

  • Boğaziçi Rusiyaya gedən gəmi səbəbindən bağlanıb

    Bosfor boğazı Rusiyaya gedən Türkiyənin ARDA gəmisinin mühərrikində nasazlıq səbəbindən bağlanıb.

    Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, Türkiyə Sahil Mühafizəsinə məxsus yedək gəmilərinin köməyi ilə nasazlıq yaranan 98 metrlik gəmi çıxarılıb. İşlər tamamlandıqdan sonra Boğaziçi boyunca gəmi nəqliyyatı yenidən açılıb.

  • Zaqatalada “KamAZ” yandı

    Zaqatalada “KamAZ” yanıb.

    “Unikal” xəbər verir ki, Zaqatala rayonu, Sumaylı kəndi ərazisində 2000-ci il təvəllüdlü Həsənov Abdulla Əmirbiddin oğlunun idarə etdiyi Kommunal Müəssisələr Kombinatına məxsus avtomobildə yanğın baş verib. Yanğın yerinə Zaqatala DYMH-nin texnikaları cəlb olunub.

    Yanğın zamanı “KamAZ” markalı 62-AC-538 dövlət qeydiyyatlı yük avtomobilinin salon hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

    Xəsarət alan olmayıb.