Month: September 2025

  • Tülin Ələkbərova restoranda qadını niyə döyüb? (TƏFƏRRÜAT)

    Kikboksçu Tülin Ələkbərovanın “Burju baku” restoranında Kəmalə adlı qadını döyməsinin təfərrüatı məlum olub.

    Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, məşqçi işləyən Tülin Ələkbərova Kəmalə adlı qadını ayaqyoluna girmək üstündə döyüb.

    Sözügedən restoranda Tülin Ələkbərova içkinin təsirindən özünü pis hiss edib. Sevda adlı tanışı onu ayaqyoluna aparıb. Bu zaman içkinin təsirindən özünü pis hiss edən Kəmalə adlı qadın da ayaqyoluna gedib.

    Zərərçəkmiş qadın məhkəmə ifadəsində bildirib ki, içəri daxil olmaq istəyib, amma Sevda ona imkan verməyib. O, ayaqyoluna gəldiyini və hansı səbəbdən onu içəri buraxmadığını soruşsa da, sonuncu buna məhəl qoymayıb və ondan gözləməyi tələb edib:

    “Çölə çıxaraq təxminən 5 dəqiqə gözlədim. Artıq özümü pis hiss etdiyim üçün gözləyə bilmədim və yenidən içəri girməyə cəhd göstərdim. Həmin vaxt Sevda məni itələyərək, nalayiq ifadələr işlətməyə başladı. Nə qədər sakit durmağa çalışsam da, sonradan adını öyrəndiyim Sevda kobud danışmağa davam etdi”.

    Daha sonra içəridən sonradan adını öyrəndiyi Tülün çıxaraq onun sifət nahiyəsinə zərbə vurub. Kəmalə yerə yıxılsa da, təkrar qarın nahiyəsinə təpiklə vuraraq, ona xəsarətlər yetirib. O, yerə yıxıldıqdan sonra Tülün qarın nahiyəsinə təpiklə vuruv, sağ əlini dişləyib.

    Kəmalə baş vermiş hadisədən sonra aldığı müalicə aldığını və işsiz qaldığnın, buna görə ona ona ümumilikdə 5000 manat maddi ziyan dəydiyini deyib.

    Tülin Ələkbərova isə zərərçəkmişu anasını təhqir etdiyinə görə yumruqla bir dəfə vurduğunu bildirib.

    Məhkəmə Tülin Ələkbərovanı Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, həbsdə saxlanıldığı 2 gün çıxılmaqla 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • Yer kürəsinə yeni qlobal istiləşmə mənbəyi təhlükə yaradır – Nə baş verir?

    Yeni tədqiqat göstərib ki, ozon təbəqəsinin bərpası planetdə əlavə istiləşməyə səbəb olur.

    “The Guardian”ın məlumatına görə, alimlər müəyyən ediblər ki, ozon Yer kürəsini əvvəlki proqnozlardan 40 faiz güclü qızdırır.

    Redinq Universitetindən Bill Kollinz və onun həmkarları 2015–2050-ci illər ərzində ozon təbəqəsindəki dəyişikliklərlə bağlı istiləşməni proqnozlaşdırmaq üçün kompüter modeli istifadə ediblər.

    Alimlərin hesablamalarına görə, ozon təbəqəsinin bərpası bütün səylərə baxmayaraq, istiləşməni daha da artıracaq və 2050-ci ilə qədər ozon karbon qazından sonra ikinci ən güclü istiləşmə faktoru olacaq.

    Tədqiqatçılar vurğulayıblar ki, ozon təbəqəsinin bərpası yenə də düzgün qərardır və sağlamlıq üçün həyati əhəmiyyət daşıyır, çünki bu təbəqə insanları, heyvanları və bitkiləri zərərli ultrabənövşəyi şüalardan qoruyur. Onların sözlərinə görə, əlavə istiləşmənin müəyyən hissəsini hava çirkliliyinin azaldılması ilə zəiflətmək mümkündür. Bununla belə, qlobal iqlim siyasəti artıq qaçılmaz hesab olunan bu əlavə təsiri nəzərə almalıdır.
    //qaynar.az

  • “Xanbulan” 5000 manat cərimə edildi

    Lənkəran rayonunda yerləşən “Xanbulan” İstirahət Mərkəzinin rəhbəri Tofiq Heydərov barəsində maliyyə cəriməsi qərara alınıb.

    Qaynarinfo-nun məlumatına görə, “Xanbulan-Turizm İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyası tətbiq edilib.

    Yoxlama zamanı əmək müqavilələrinin bağlanması ilə bağlı tələblərin pozulmasına dair akt əsasında 4000 manat, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına dair akt əsasında isə 1000 manat olmaqla, ümumilikdə 5000 manat cərimə kəsilib.

    Qeyd edək ki, “Xanbulan-Turizm İstirahət Mərkəzi” MMC Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınıb və onun qanuni təmsilçisi Tofiq Ələddin oğlu Heydərovdur.

  • Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qopardı

    Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb.

    Median.Az report-a istinadən xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Bayramov Nurlan Arif oğlu ilə tanışı arasında mübahisə zamanı dava düşüb.

    Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin qulağını dişləyərək qoparıb.

    Nəticədə zərərçəkən xəsarət alıb.

    Əldə etdiyimiz məlumata görə, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

    Əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

  • Aytacın atasının narazılığına Baş Prokurorluqdan CAVAB

    Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.

    Qeyd olunan fakt həmin vaxt orada olmuş zərər çəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.

    Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.

    Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin.

  • Məşhur yazıçı vəfat etdi

    Tanınmış yazıçı Ernest Heminqueyin kiçik oğlu, 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Heminquey dünyasını dəyişib.

    Bu barədə “The New York Times“ məlumat yayıb.

    Onun ABŞ-nin Montana ştatındakı evində öldüyü bildirilir.

    Kiçik Heminquey atasının sağlığında bitirə bilmədiyi “Həqiqətə baxış” kitabını tamamlaması ilə tanınır.

  • Makqreqor prezidentliyə namizəd oldu

    Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini açıqlayıb.

    Məşhur döyüşçü siyasətə getməyə hazır olduğunu və seçkilərdə qalib gələcəyi təqdirdə ilk addımlarını artıq bəyan etdiyini bildirib. Onun sözlərinə görə, hər bir qərar xalqın səsverməsindən keçməli olacaq – əks halda imza olmayacaq.

    Qeyd edək ki, İrlandiyada seçkilər oktyabrın 24-də keçiriləcək. Milyarder İlon Mask artıq açıq şəkildə bəyan edib ki, o, döyüşçünü dəstəkləyir və “Heç kim İrlandiya xalqını belə güclə müdafiə etməyəcək”.

  • “AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə təzminat ödənilib” – Rusiya XİN

    Rusiya Xarici İşlər Nazirliyi sentyabrın 4-də bəyan edib ki, “Azərbaycan Hava Yolları” 2024-cü ilin dekabrında qəzaya uğrayan təyyarəyə görə sığorta kompensasiyası alıb.

    Məlumata görə, ölənlərin yaxınları və xəsarət alanların bir qismi də təzminat alıb.

    “2025-ci ilin fevral ayından Rusiyanın sığorta şirkəti “AlfaStrakhovanie” SC “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin (Bakı-Qroznı reysi) qəzaya uğraması ilə əlaqədar sığorta ödənişlərini həyata keçirir. Azərbaycan aviaşirkətinə təyyarənin tam sığorta dəyəri məbləğində – 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib”, – XİN-in açıqlamasında bildirilir.

    Departament xəsarət və ölüm halları ilə bağlı sərnişinlərə sığorta ödənişlərini də açıqlayıb. “15 Rusiya vətəndaşından 7-si, 37 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan 3-ü, Qazaxıstan vətəndaşı olan 6-dan 1-i üçün ödənişlər tam ödənilib”, – XİN-dən bildiriblər. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib.

    Nazirlikdən həmçinin bildirilib ki, zərərçəkənlər və mərhumun yaxınları ilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində iş davam etdirilir.

    Sığorta şirkətinin saytında verilən məlumata görə, təyyarə “AlfaStrakhovanie” tərəfindən, riskin əsas hissəsi RNPK tərəfindən təkrar sığortalanıb. Sığorta şirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 62 sərnişin (37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı) olub, 35 sərnişin və 3 ekipaj üzvü həlak olub.

    “Hadisənin təhqiqatını Qazaxıstanın səlahiyyətli orqanları Azərbaycan, Rusiya, Braziliyanın (təyyarənin istehsalçı ölkə kimi) iştirakı ilə aparır”, – AlfaStrakhovanie qeyd edir.

  • Макрон сообщил о готовности 26 стран отправить военных в Украину

    Около 26 стран – участниц “коалиции желающих” выразили готовность отправить военный контингент на территорию Украины.

    Как передает Median.Az со ссылкой на “Известия”, об этом сообщил президент Франции Эммануэль Макрон на пресс-конференции по итогам встречи объединения в Париже.

    “Действительно, сегодня у нас есть 26 стран, которые официально взяли на себя обязательства, несколько других еще смягчают свою позицию, но 26 стран взяли на себя обязательство разместить войска в Украине”, – отметил он.

    Отмечается, что данные меры предусмотрены в качестве гарантий безопасности для украинской стороны. По словам президента Франции, миротворческие силы будут присутствовать “на земле, на море и в воздухе”.

    Обязательства по обеспечению гарантий безопасности Украине возьмут на себя как европейские, так и азиатские члены “коалиции желающих”. За исключением Канады, он не перечислил, какие страны Азии выразили готовность предоставить гарантии.

    По его словам, в настоящее время в инициативе участвуют 35 стран.

    “В ближайшие дни мы завершим вопрос об американской поддержке в рамках гарантий безопасности,- сказал Эммануэль Макрон. – Уже прописано, что все члены “коалиции желающих”, как в Европе, так и в Азии, со стороны Тихоокеанского региона, канадцы в частности, возьмут на себя ответственность”.

    Сегодня в Париже прошла встреча лидеров Франции, Дании, Польши, Финляндии, Еврокомиссии по вопросу гарантий безопасности Украины. Спецпосланник президента США Стив Уиткофф покинул встречу “коалиции желающих” в Елисейском дворце примерно спустя 40 минут после ее начала, сообщило издание “Европейская правда”. Он должен был вернуться позднее для участия в конференции с Дональдом Трампом. Она прошла в формате видеоконференцсвязи.

  • Makron: “26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb”

    “İstəklilər koalisiyası”nda iştirak edən təqribən 26 ölkə Ukrayna ərazisinə hərbi kontingent göndərməyə hazır olduğunu bildirib”.

    Median.Az “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron koalisiyanın Parisdə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

    “Həqiqətən də hazırda 26 ölkə var ki, onlar rəsmən öhdəlik götürüblər. Bir neçə başqa ölkə hələ öz mövqelərini yumşaldır, lakin 26 ölkə Ukraynada qoşun yerləşdirmək öhdəliyi götürüb”, – deyə o qeyd edib.

    Qeyd olunur ki, bu tədbirlər Ukrayna tərəfi üçün təhlükəsizlik zəmanətləri kimi nəzərdə tutulub. Fransa prezidentinin sözlərinə görə, sülhməramlı qüvvələr “quru, dəniz və hava” əməliyyatlarında iştirak edəcəklər.

    Fransa lideri vurğulayıb ki, koalisiya tezliklə bu təşəbbüsdə iştirak etmək üçün ABŞ-nin töhfəsi barədə razılığa gəlməyə ümid edir.

    Makron əlavə edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina edərsə, tərəflər cavab olaraq əlavə sanksiyalar tətbiq edəcəklər.