Month: September 2025

  • Dövlət Xidməti “Telegram” hücumlarını araşdırır

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb.

    Bu barədə Dövlət Xidməti məlumat yayıb.

    Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.

    İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.

  • Умер итальянский модельер Джорджо Армани

    Известный итальянский дизайнер и основатель модного дома Giorgio Armani Джорджо Армани скончался на 91-м году жизни.

    Об этом сообщило итальянское агентство AGI, со ссылкой на компанию Armani Group.

    Отмечается, что модельер ушел из жизни в окружении близких.

    Джорджо Армани основал свою компанию в 1975 году, и с тех пор она стала одним из символов итальянской роскоши и стиля. За полвека бренд Giorgio Armani стал воплощением изысканности.

    “Семья и сотрудники поведут группу вперед, уважая и поддерживая его ценности”, – говорится сообщении компании.

  • İtaliyalı modelyer Corcio Armani vəfat edib

    İtaliyalı modelyer Corcio Armani 91 yaşında vəfat edib.

    Bu barədə İtaliyanın AGI agentliyi məlumat yayıb.

    Qeyd edək ki, Corcio Armani öz şirkətini 1975-ci ildə təsis edib və o vaxtdan bəri şirkət İtaliya lüksünün və üslubunun simvollarından birinə çevrilib. Yarım əsr ərzində “Giorgio Armani” brendi zərifliyin təcəssümünə çevrilib.

    “Ailəsi və əməkdaşları onun dəyərlərinə hörmət edərək qrupu irəli aparacaqlar”, – şirkətin məlumatında bildirilib.
    //report

  • В Газахе за 8 месяцев разминировано 122 га

    На освобожденных территориях Газахского района в январе-августе текущего года разминировано 122 га территории.

    Об этом в ответ на запрос Report сообщили в Агентстве Азербайджана по разминированию (ANAMA).

    За указанный период обнаружено и обезврежено 309 мин и неразорвавшихся боеприпасов.

    Отметим, что работы по разминированию на освобожденных территориях Газахского района проводятся с апреля 2024 года. В ходе операций разминировано 180,8 га территории, обнаружено и обезврежено 1 038 противопехотных мин, 98 противотанковых мин и 48 неразорвавшихся боеприпасов.

  • Bu ilin səkkiz ayında Qazaxın 122 ha ərazisi minalardan təmizlənib

    Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində bu ilin yanvar-avqust aylarında 122 ha ərazi minalardan təmizlənib.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, sözügedən dövrdə 309 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

    Qeyd edək ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.

    İcra edilən əməliyyatlar zamanı 180,8 ha ərazi təmizlənib, 1,038 ədəd piyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

    “Qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir. Partlayış nəticəsində əsasən aşağı ətrafların amputasiyası və partlayış dalğasının təsirindən bədənin müxtəlif hissələrinə xəsarətlər yetirir”, – məlumatdan qeyd olunub.

  • Azərbaycan boksçusu dünya çempinatına qələbə ilə başlayıb

    Azərbaycan boksçusu Zaur Qəhrəmanov (65 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

    Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

    O, 1/32 finalda Denis Brili (Almaniya) 4:1 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, yarış sentyabrın 14-də başa çatacaq.

  • Азербайджан поддерживает кандидатуру Турции на проведение COP31

    Азербайджан с большим удовлетворением поддерживает кандидатуру Турции на проведение COP31 в 2026 году.

    Как сообщает турецкое бюро Report, об этом заявил представитель президента Азербайджана по вопросам климата Мухтар Бабаев на IV Энергетическом форуме Азербайджан-Турция, в Измире.

    Он напомнил, что вклад Турции в климатическую повестку, принятые этой страной важные решения и региональное лидерство повышают уверенность в том, что она сможет успешно выполнить эту ответственную роль.

    “Как председательство COP29, мы желаем Турции успехов на этом пути”, – сказал Бабаев.

  • Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır

    Azərbaycan qardaş Türkiyənin 2026-cı ildə COP31-ə ev sahibliyi üçün namizədliyini irəli sürməsini böyük məmnuniyyətlə alqışlayır.

    Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

    O xatırladıb ki, Türkiyənin iqlim gündəliyinə verdiyi töhfələr, qəbul etdiyi mühüm qərarlar və regional liderliyi bu məsuliyyətli rolu uğurla həyata keçirə biləcəyinə olan inamı artırır.

    “COP29 sədrliyi olaraq biz bu yolda Türkiyəyə uğurlar arzulayırıq”, – deyə M. Babayev vurğulayıb.
    //report

  • МИД Азербайджана выразил соболезнования Португалии

    Министерство иностранных дел (МИД) Азербайджана выразило соболезнования Португалии в связи с крушением фуникулера “Глория” в Лиссабоне.

    Соответствующая публикация размещена на официальной странице ведомства в соцсети “Х”.

    “Трагическое крушение фуникулера “Глория” в Лиссабоне глубоко опечалило нас. Выражаем глубочайшие соболезнования семьям и близким погибших и желаем скорейшего выздоровления пострадавшим”, – говорится в публикации.

    Отметим, что в результате схода с рельсов фуникулера “Глория”, одного из главных символов города, в столице Португалии Лиссабоне 3 сентября погибли 17 человек, еще свыше 20 человек пострадали.

  • Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.

    Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

    “Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”,-məlumatda qeyd olunub.

    Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan “Qloriya” funikulyorunun sentyabrın 3-də relsdən çıxması nəticəsində 17 nəfər ölüb.