Month: September 2025

  • Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: “Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü”

    Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb.

    Qonşuların sözlərinə görə, Günay Novruzova falçılıqla məşğul olub və özünü “Hacı xanım” kimi təqdim edib.

    “Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. “Xala, mənə kömək edin, məni uşaqlar evinə verin” dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi”, – deyə qonşulardan biri bildirib.

    Qonşular işgəncə faktını təsdiqləsələr də, uşağın böyük qardaşı deyilənlərlə razılaşmır:

    “Hər şeyimiz normal olub, heç bir pislik görməmişəm. Mən əsgərlikdə olduğum vaxt qardaşımın o vəziyyətdə olduğunu gördüm. Qonşular burada idilər, amma heç kim mənə deməyib ki, qardaşıma işgəncə verilib. Qardaşım da bu barədə mənə heç nə deməyib. Mən nə görüntülərə, nə xalama, nə də qonşulara güvənirəm. Ekspertizanın cavabını gözləyirəm”, – deyə qardaşı açıqlayıb.

    Ətraflı Baku TV-nin süjetində:

  • Xocalıda törətdikləri qəddarlıqları etiraf etdi – MƏHKƏMƏ

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 4-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə prosesi təqsirləndirilən şəxs Qarik Martirosyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

    Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1993-cü ilin əvvəllərindən 1994-cü ilin sonlarınadək, habelə 2020-ci ildə 44 günlük müharibə zamanı və 2023-cü ilin yanvar ayından sentyabrın 20-dək olan müddət ərzində döyüş mövqelərində növbətçilik çəkib, silahla Azərbaycan əsgərləri istiqamətində atəşlər açıb.

    Xocalı rayonu ərazisində yaranmış “Əsgəran özünümüdafiə birləşmələri” adlı hərbi birləşməyə Vitali Balasanyan rəhbərlik edib. O da 1993-cü ilin əvvəllərindən etibarən həmin hərbi birləşmələrin tərkibinə daxil olub.

    44 günlük müharibə başa çatdıqdan sonra “Əsgəran rayon icra hakimiyyəti”ndən “rayona tabe olan kəndləri qoruyan” şəxslərə pul verildiyini eşidib oraya gedib, ona təxminən 200 min Ermənistan dramı (500 ABŞ dolları) məbləğində pul vəsaiti verilib.

    2023-cü ilin yanvar ayından aylıq əmək haqqı müqabilində Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində postda durub. Xidmət zamanı onlara AKS markalı avtomat təhkim olunub. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı tutulub.

    Daha sonra təqsirləndirilən şəxs Qurgen Stepanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

    O, ibtidai istintaqa ifadəsində Ermənistan Respublikasının vətəndaşı olduğunu, 2005-ci il noyabrın 3-də Vayk rayon (red: Dərəlyəz mahalı, Paşalı rayonu) hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırıldığını qeyd edib. Hərbi xidmətini Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Hadrut qəsəbəsində yerləşən hərbi hissədə əsgər kimi keçirib.

    Hərbi hissənin komandiri polkovnik Vaçaqan Nersesyan, tabor komandiri mayor Aşot Harutyunyan və bölük komandiri isə kapitan Armen Harutyunyan olub. Hərbi hissənin təyinatı Füzuli rayonunda yaradılmış postlarda hərbi qulluqçuların növbətçilik qaydasında həmin postlarda xidmət etmək olub. 2007-ci il noyabrın 3-də hərbi xidməti başa vuraraq Ermənistan Respublikasına, Cermux şəhərinə qayıdıb.

    Qarik Martirosyan, Melikset Paşayan, Erik Qazaryan və David Allahverdiyan ilə birlikdə 2023-cü ilin yanvar ayından sentyabrın 20-dək həmin vaxt işğal altında olan Əsgəran rayonunda kəndin “icra nümayəndəsi” Edo Musayelyanın rəhbərliyi ilə yaradılmış postda xidmət edib.

    Daha sonra təqsirləndirilən şəxs Madat Babayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

    Madat Babayan ibtidai istintaqa ifadəsində bildirib ki, 1988-ci ildə Xankəndi şəhərində ermənilər silahlı dəstələr yaradaraq müxtəlif ərazilərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar təşkil etməyə başlayıblar. O özü 1990-cı ilin əvvəllərində Ağdərə rayonunun Çardaqlı kəndində Svis və Nurik adlı erməni komandirlərin rəhbərliyi altında dəstələrə qoşularaq könüllü olaraq döyüş əməliyyatlarında iştirak etməyə başlayıb.

    1990-1992-ci illərdə Ağdərə rayonunun ərazisində yaşayan azərbaycanlı əhalinin məskunlaşdığı Sırxavənd, Umudlu, Baş Güneypəyə, Bəşirlər, Canyataq, Çərəktar, Damğalı, Gülyataq, Hayad, Xatınbəyli, İmarət Qərvənd, Qaraşlar, Qazançı, Məlikli, Maralyansarov, Orta Güneypəyə, Sırxavənd, Şahmansurlu, Yarımca, Yeni Qaralar və digər kəndlərin ərazisində Azərbaycana qarşı aparılan döyüş əməliyyatlarında iştirak edib.

    Həmçinin o, 1990-1994-cü illərdə batalyon komandiri Robert Sarkisyanın rəhbərliyi ilə Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib. Orada olan döyüşlərdə çoxsaylı Azərbaycan Respublikasının hərbi qulluqçularını öldürüblər.

    Müharibə zamanı 1992-ci il fevralın 23-də o, döyüşçü yoldaşları Vamik Petrosyan, Valerik Petrosyan, David Qriqoryan, Albert Qriqoryan (“Abo” ləqəbli), Şirin Şirinyan, Spartak Akopyan və adlarını xatırlamadığı digər 20 nəfər silahlı döyüşçü ilə birlikdə Xankəndi şəhərinə gəliblər.

    O, həmin ərəfələrdə Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin rəhbərlərinin Samvel Babayan, Seyran Ohanyan, Arkadi Ter-Tadevosyan, Vitali Balasanyan adlı şəxslər olduğunu bildirib.

    M.Babayan ibtidai istintaqa ifadəsində qeyd edib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

    Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan yüksək dağlıq ərazidə yerləşən artileriya və reaktiv yaylım atəş sistemlərinin yerləşdiyi mövqelərdən top, minatan və digər təyinatlı mərmilərlə aramsız atəşə tutulub.

    Təxminən 30-40 dəqiqə davam edən aramsız artileriya, minaatan və “BM-21-QRAD” sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olubar. Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaratanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığından keçən Qarqar çayını keçərək, yaxınlıqdakı dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar.

    Dinc sakinlər qaçarkən əvvəlcədən şəhərin ətrafında postlar qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən güllələnib.

    M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə, Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı çox az sayda insan oradan çıxaraq xilas ola bilib.

    Fevralın 26-da səhər saat 10 radələrində onlar şəhərdə və şəhərdən kənar dağlıq meşəlik ərazidə qırğınlar, talanlar törətdikdən sonra polkovnik Arkadi Şirinyan atəşin dayandırılması barədə əmr verib. Həmin vaxt qar yağdığı üçün səhər radələrində yerdə olan qar bütövlükdə qana bulaşmış vəziyyətdə olub, yüzlərlə dinc sakinin meyiti ətrafa səpələnmiş şəkildə torpağın üzərində qalıb.

    Atəş dayandırıldıqdan sonra onlar Arkadi Şirinyandan nə edəcəklərini soruşub, Arkadi isə meyitləri və yaralıları ərazidən yığmalarını tapşırıb. Olduqları mövqelərə yaxın yerlərdən təxminən 150-200 meyit yığıblar. Onların arasında azyaşlı uşaqlar, cavan-yaşlı qadınlar, kişilər, qocalar olub.

    Meyitləri yığan zaman onlar ərazidə yerə uzadılmış vəziyyətdə bir neçə yaralı şəxsi aşkar ediblər. Onlar yaralıları meyitlərdən təxminən 7-8 metr aralıda bir yerə toplayıb, daha sonra Vamik Petrosyan rabitə ilə yaralılar barədə Arkadi Şirinyana məlumat verib. Bir neçə dəqiqə sonra Xankəndi şəhərindən təcili tibbi yardım avtomobili gələrək həmin yaralıları Xankəndi şəhərinə aparıb. Həmin yaralıların sonrakı taleyi barədə onun heç bir məlumatı olmayıb. Ümumiyyətlə, Xocalı şəhərində olan Ermənistan hərbçiləri əraziyə səpələndiyindən onlar meyitləri ayrı-ayrılıqda yığıblar.

    Meyitlər yığdıqdan sonra 3 ədəd “URAL” markalı yük avtomobilli gəlib və onlar meyitləri həmin yük avtomobillərinə yığıblar. Həmin vaxt Vamik və Şirin uca səslə gülərək bildiriblər ki, “Bunlar türkdür, türklərə qarşı həmişə belə olmalıyıq”. Ümumiyyətlə, qətliam zamanı Vamik Petrosyan və Şirin Şirinyan xüsusi qəddarlıqları ilə seçiliblər.

    Təqsirləndirilən şəxs ibtidai istintaqa ifadəsində deyib ki, Vamik Petrosyan 1953-cü il təvəllüdlü, Şirin Şirinyan isə təxminən 1950-ci il təvəllüdlü olub.

    O bildirib ki, Xankəndi şəhəri istiqamətində Xocalı şəhərinə daxil olan hərbi birləşmələrdə T-72, T-55 tankları, BMP-1 və BMP-2 piyadaların döyüş maşınları olub, eşitdiyinə görə həmin hərbi texnika keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayından götürülərək əldə edilib.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib. Onun ibtidai istintaqa verdiyi ifadəyə görə, komandir Arkadi Şirinyan bir çox Ermənistan hərbçisini əraziyə müxtəlif yerlərə mühafizəyə qoyaraq bildirib ki, “Xankəndindən gələn camaatı evləri talan etməyə qoymayın”. Belə ki, həmin evlər qətliamda iştirak edən edən və digər Ermənistan hərbçiləri tərəfindən talanmalı imiş. Ümumiyyətlə Xocalı qətliamında iştirak edən çoxsaylı Ermənistan hərbçiləri qətliamdan sonra talançılıq və digər vəhşiliklə məşğul olublar.

    M.Babayan bildirib ki, 1993-cü il noyabrın 16-dək Suqovuşan, Heyvalı, Canyataq, Gülyataq kəndləri, Ağdərə şəhəri, Talış, Seysulan kəndləri ərazisində gedən döyüşlərdə iştirak edib. Noyabrın 16-da Vamik Petrosyan və Şirin Şirinyan azərbaycanlılarla gedən döyüşdə yaralanaraq ölüb, o isə sol çiyin nahiyəsindən güllə yarası alıb. O, Xankəndi şəhərində yerləşən hospitalda müalicə aldıqdan sonra yenidən Ağdərə rayonunun Suqovuşan istiqamətində olan döyüşlərə qayıdıb və yalnız 1994-cü ilin sonlarında silahlı qüvvələrdən tərxis olub.

    2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə özü iştirak etməsə də, övladları Armen Babayan və Masis Babayan bir sıra döyüşlərə qatılıblar. 2023-cü il sentyabrın 20-də axşam radələrində Azərbaycan hərbçiləri onun əlində avtomat (AKS 74) olduğunu görüb saxlayıblar.

    Təqsirləndirilən şəxs Melikset Paşayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

    O, ibtidai istinataqa ifadəsində bildirib ki, 1993-1995-ci illərdə, 2020-ci ildə 44 günlük müharibədə, habelə 2023-cü ilin may ayından sentyabrın 20-dək olan müddət ərzində qeyd etdiyi ərazilərdə hərbi birləşmələrin tərkibində uzun müddət postlara çıxıb, silahlı şəkildə növbətçilik çəkib. O, Ağdam rayonunun Suma, Güllicə və Sarıcalı kəndlərində, Xocavənd rayonunun Ağbulaq kəndində və Ağdərə şəhərində postlarda xidmət etdiyini qeyd edib. Tutularkən üzərində avtomat silah (AK-74), onun darağı və partonlar aşkarlanıb.

    Sonra təqsirləndirilən şəxs David Allahverdiyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

    O, ibtidai sitintaqa ifadəsində 2006-cı il dekabrın 11-də “Əsgəran rayon hərbi komissarlığı” tərəfindən hərbi xidmətə çağırıldığını bildirib. Hərbi xidmət etdiyi alayın komandiri polkovnik Artur Artunyan, tabor komandiri polkovnik-leytenant Hray, bölüyün komandiri isə Artik Qasparyan idi. Alayın təyinatı Ağdam rayonunun həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində yaradılmış postları əsgərlə təmin etməkdən ibarət imiş.

    O, Ağdam rayonunda adını bilmədiyi ərazidə postda xidmət edib. Hərbi xidmətdə olduğu müddət ərzində 1 həftə alayın özündə, növbəti 1 həftə isə Ağdam rayonu ərazisində ön cəbhədə postda olmaqla növbəli şəkildə xidmətini davam etdirib. Onlarla üzbəüz ərazidə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları xidmət ediblər.

    D.Allahverdiyan ifadəsində qeyd edib ki, 2008-ci ildə hərbi xidmətini başa vurub. 2020-ci il sentyabrın 1-də qondarma rejimin “Təhlükəsizlik şurası”nın kənd təsərrüfat üzrə “sektor müdiri vəzifəsi”nə “təyin” olunub. 44 günlük müharibə zamanı, sentyabrın 30-da “Əsgəran hərbi komissarlığı” tərəfindən ona çağırış vərəqəsi göndərilib. O və digər çağırışçılar “Kamaz” markalı yük avtomobili ilə Füzuli rayonu ilə Xocavənd rayonun arasında yerləşən adını bimədiyi əraziyə aparılıblar.

    2020-ci ilin noyabr ayında eşitdiyinə görə qondarma rejimin “Təhlükəsizlik şurası” ləğv edilib. 2021-ci ildə “kənd təsərrüfatı nazirinin müşaviri” “təyin” olunub.

    2023-cü ilin yanvar ayından Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində postlarda hərbi xidmət edib. Həmin ilin sentyabrında antiterror əməliyyatl zamanı Azərbaycan hərbçiləri tərəfindən tutularkən üzərində avtomat silah, onun darağı və patronları olub.

    Sonra təqsirləndirilən şəxs Vasili Beqlaryanın ibtidai istinataqa verdiyi ifadələr elan edilib. O, ibtidai istintaqa ifadəsində bildirib ki, 2011-ci ilin noyabr ayında Xocavənd “rayon hərbi komissarlığı” tərəfindən müddətli hərbi xidmətə çağırılıb, Ağdərədədə yerləşən hərbi hissədə xidmətə edib. Həmin müddətdə xidmət etdiyi hərbi hissənin komandiri “Asiryan Edo” adlı zabit olub, digər komandirlərin ad və soyadların xatırlamır. Hərbi hissənin tərkibində 4 batalyon, ümumilikdə, 1000 nəfərə yaxın şəxsi heyət olub.

    2019-cu ildə ailəsilə birlikdə Yerevan şəhərinə köçüb. V.Beqlaryan ibtidai istintaqa ifadəsində iddia edib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirak etməyib. 2022-ci ilin payız aylarında Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə gələrək pul müqabilində xidmət etməyə başlayıb.

    2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı tutulub.

    Ardınca təqsirləndirilən şəxs Erik Qazaryanın ibtidai istintaqa verdiyi ifadələr də elan olunub. O, ibtidai istintaqa ifadəsində Ermənistanın Qafan rayonunda anadan olduğunu, hərbi xidmətini Ermənistanda keçdiyini bildirib. 2021-ci ildə Qafan şəhərində olan zaman erməniəsilli milyarder Ruben Vardanyanın Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə gəldiyini, azərbaycanlılara qarşı döyüşmək istəyən şəxslərə yaxşı əməkhaqqı verdiyini eşidib.

    O, həmin ilin fevral ayında Qafan şəhər hərbi komissarlığına müraciət edərək, Qarabağda yerləşən hərbi hissələrin birində müqavilə ilə xidmət etmək istədiyini deyib. E.Qazaryana bildirilib ki, bunun üçün Xankəndi şəhərində yerləşən hərbi hissəyə müraciət etməlidir. Beləliklə, 2021-ci ilin aprel ayında E.Qazaryanla 3 il müddətinə müqavilə bağlanılıb. 2023-cü il sentyabr ayınadək Azərbaycanın o vaxt işğal altında olan ərazilərində hərbi xidmətdə olub, həmin il sentyabr ayında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən tərksilah edilərək tutulub.

    Məhkəmə prosesi sentyabrın 5-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Əfqanıstanda yenə zəlzələ oldu

    Əfqanıstanın şərqindəki Hindukuş dağlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə, zəlzələ ocağı isə 42 km dərinlikdə yerləşib.

  • Tramp: “Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib”

    “ABŞ Ukrayna böhranının nizamlanması məsələsində Rusiyanın addımlarından məmnun olmasa, tədbirlər görəcək”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə polşalı həmkarı Karol Navrotski ilə görüşün başlanğıcında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, Vaşinqton Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsi üzrə qəbul edəcəyi qərardan narazı olsa, nəsə baş verəcək.

    Amerika lideri konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

    Bununla yanaşı, Tramp onun Ukraynada nizamlama kontekstində Rusiyaya təsir göstərmək üçün heç bir tədbir görməməsinə dair iddianı təkzib edib.

    Ağ Ev rəhbəri Rusiyaya qarşı tədbir görməsinə nümunə kimi Hindistana münasibətdə ikinci dərəcəli sanksiyaların tətbiqini göstərib:

    “Bu səbəbdən Rusiya yüz milyardlarla dollar itirib. Hələ mən ikinci və üçüncü mərhələyə başlamamışam”.

  • Kiyevdən Putinin Zelenski ilə Moskvada görüşmək təklifinə REAKSİYA

    “Ukrayna və Rusiya liderlərinin Moskvada görüşü ilə bağlı Kremlin bugünkü təklifi real deyil və faktiki olaraq müharibəni uzatmağa yönəlib”.

    Median.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin söyləyib.

    Litvinin sözlərinə görə, indi Putin sadəcə müharibəni uzadır və bir daha sübut edir ki, onu real diplomatiyaya və sülhə məcbur etmək üçün təzyiq lazımdır.

    Zelenskinin müşaviri qeyd edib ki, hazırda azı yeddi dövlət liderinin görüşü üçün platforma təqdim etməyə hazırdır:

    “Yeganə problem odur ki, Putin özü bunu istəmir. Hələlik istəmir”.

  • Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır

    “Tələbə axını olduğu üçün müraciətlərin sayı artıb. Müraciətlərin sayının artması isə qiymətə təsir göstərir. Həmçinin burada psixoloji faktor var. Mülkiyyətçi düşünür ki, müraciət edənlərin sayı artdıqca, qiyməti yüksəltmək lazımdır”.

    Bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə kirayə mənzillərin qiymətində ən azı 15 faiz artım var:

    “Şəhərin mərkəz hissələrində artım daha çoxdur. Mənzil bahalaşdıqca, onun kirayə dəyəri də artır. Məsələn, şəhərin mərkəzində 1 otaqlı mənzilin kirayə haqqı 1000 manatdan yüksəkdir. Bu qiymətə olan mənzildə 15 faiz artım 150 manat edir”.

    R.Osmanlı bildirib ki, son illər əmlak bazarında iki istiqamət üzrə ciddi şəkildə dəyişiklik müşahidə olunur: “Köhnə mənzil fondu sürətlə azalır, sıradan çıxır. Köhnə binaların sökülməsi nəticəsində ucuz mənzillər üzrə təklif portfeli məhdudlaşır. Şəhərin mərkəzində və ona yaxın ərazilərdə yerləşən ikimərtəbəli yaşayış massivlərindən ibarət yaşayış sahələri sökülür. Hansı ki, 2,3 və ya 4 nəfər bir evdə kirayədə qalırdı, o qədər də üzərlərinə yük düşmürdü. Belə ki, həyət evləri idi və ucuz qiymətə təklif olunurdu. Onların yerində bazara yeni tikililər daxi olur. Təbii ki, yeni tikililərin qiyməti yüksəkdir”.

    Ekspert qeyd edib ki, qiymətin bahalaşması əmlakın gəlirliliyinə təsir göstərir:

    “Məsələn, 100 minlik əmlakla 200 min qiyməti olanın gəlirlik dərəcəsi eyni ola bilməz. Bu da qiymət artımına təsir göstərir. Digər tərəfdən bu söküntülər nəticəsində əmlak bazarında müəyyən dövrlər üçün kirayə tələbi formalaşır. Məsələn, bir ərazi sökülür, orada yaşayan 2500 mülkiyyətçiyə kirayə mənzil haqqı verilir. Onların müəyyən hissəsi də tələbi artırır. Bu faktorlar məhdud təklif fonunda tələbin və qiymətin artımına təsir göstərir”.

  • Hüseyn Həsənovun Rusiyadakı sonuncu biznesi ləğv edildi

    Bloger Hüseyn Həsənovun Rusiyadakı aktiv biznesi ləğv edilib.

    Bu barədə Rusiya KİV yazıb.

    Federal Vergi Xidməti onunla əlaqəli sonuncu Rusiya şirkəti olan Banda Foods MMC-nin ləğvini başa çatdırıb.

    “2023-cü ildə Həsənov özünü restoran sənayesində tanıtmağa çalışıb. O, öz markasını yaratdı və onların istehsalına və satışına “Banda Foods” şirkəti vasitəsilə başladı. Bununla belə, layihə qısamüddətli oldu: biznes tez bir zamanda maliyyə çətinliyi ilə üzləşdi. Uğursuzluq tərəfdaşlarla münaqişələrə səbəb oldu. Məhsulların qablaşdırılması və çatdırılması ilə məşğul olan şirkətlər artıq göstərilmiş xidmətlərin haqqını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Həsənov öhdəliklərini yerinə yetirməyib və Rusiyanı tərk edib”, – deyə məlumatda qeyd olunub.

    Bildirilib ki, kreditorların toplamağa çalışdıqları borcun məbləği təxminən 800 min rubl təşkil edir: “Hazırda Hüseyn Həsənov xaricdədir”.
    //unikal.az

  • В одном из ресторанов Хачмаза содержали животных из Красной книги

    В одном из ресторанов Хачмазского района Азербайджана выявлен факт незаконного содержания диких животных.

    Как сообщили в общественном объединении IDEA, проверка была проведена совместно с сотрудниками МВД и министерства экологии и природных ресурсов Азербайджана.

    В ходе рейда в ресторане “Чянлибель”, расположенном в селе Мюшкур, были обнаружены и изъяты животные, занесенные в Красную книгу, – один фламинго, два лебедя-кликуна и три шиншиллы.

    Специалисты Бакинского зоопарка, изъявшие птиц, установили, что у птиц были обрезаны крылья для препятствования их естественной миграции. Животные проходят обследование и реабилитацию в клинических условиях.

    IDEA призвала граждан сообщать о случаях незаконного содержания диких животных по горячей линии 1113 или через страницы организации в соцсетях.

  • Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib

    IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb.

    Bu barədə İctimai Birlikdən məlumat verilib.

    Araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən “Çənlibel” restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.

    Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb.

    Hal-hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

  • Госслужба расследует атаки на Telegram

    Лаборатория анализа вредоносных программ (MRLab) Государственной службы специальной связи и информационной безопасности Азербайджана начала расследование новой волны кибератак, осуществляемых через мессенджер Telegram.

    Об этом сообщает Median.Az со ссылкой на госслужбу.

    В настоящее время продолжаются исследования с целью выявления киберпреступников, а также оценке масштаба и воздействия инцидентов.

    С предварительными результатами расследования можно ознакомиться на сайте Центра по борьбе с компьютерными инцидентами (CERT).