Month: September 2025

  • Xankəndidə müğənni narkotikə görə həbs edildi

    Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib.

    Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib.

    Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb.

    Əslən Laçın rayonunun Minkənd kəndindən olan E.Quliyev Xankəndiyə işləmək məqsədilə gəldiyini və restoranlarda müğənnilik etdiyini deyib. O, patronları yaşadığı mənzildən, narkotiki isə küçədən tapdığını deyib.

    Müğənni Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə 7 aylıq həbs edilib.

  • В работе ChatGPT произошел сбой

    Сбой в работе чат-бота ChatGPT, разработанного американской компанией OpenAI, наблюдается в ряде стран.

    Об этом свидетельствуют данные портала Downdetector, отслеживающего работу популярных интернет-ресурсов.

    По его информации, больше всего жалоб поступило от пользователей из Нидерландов (более 2 700). 82% пользователей зафиксировали перебои в работе самого ChatGPT, 15% отметили проблему в функционировании сайта, еще 3% испытывают трудности со входом в приложение.

    Неполадки в работе чат-бота также были зарегистрированы в Великобритании, Германии, Италии, США, Японии и ряде других стран.

  • “ChatGPT”nin işində nasazlıq yarandı

    ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çatbotunda nasazlıq yaranıb və bir sıra ölkələrdə müşahidə olunub.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” portalının məlumatları sübut edir.

    Məlumata görə, ən çox şikayət Niderlanddan olan istifadəçilərdən (2.7 mindən çox) daxil olub. İstifadəçilərin 82%-i “ChatGPT”nin işində fasilələr olduğunu, 15%-i saytın işləməsində problem yarandığını, digər 3%-i isə proqrama daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər.

    Çatbotun işində nasazlıqlar, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Yaponiya və bir sıra digər ölkələrdə də qeydə alınıb.

  • Yekaterinburqdakı diasporun yeni “sədri”nin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur

    Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

    Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.

    Median.Az xəbər verir ki, APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

    O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

    Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

    Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda saxlanılıb və həbs olunub.

    İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

    Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.

    Hər iki şəxslə bağlı istintaq davam edir.

  • Sumqayıtda həkim qadının evi qarət edildi: 25 min manat oğurlandı

    Sumqayıt şəhərində həkim qadının evi qarət edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

    Sumqayıt Tibb Mərkəzinin həkimi Gülbar Hüseynova evinin döşəməsinin bir hissəsini təmir etdirmək üçün qardaşından usta gətirməsini xahiş edib. Qardaşı Nəbi adlı usta ilə danışıb və razılıq əldə edilib. Usta bildirib ki, səhər saatlarında evə gəlib, həmin hissəni təmir edəcək.

    Ev sahibi Gülbar Hüseynova səhər saatlarında işə gedərkən evin giriş qapısını bağlayıb və açarı ayaqaltının altında gizlədib. O bu barədə ustaya məlumat verib. Usta evi təmir edəndən sonra yenidən qapını bağlayıb, açarı həmin yerə qoyub.

    Qadının evdə olmadığını görən qonşusu İlkin Məmmədov mənzildən oğurluq etmək qərarına gəlib.

    İlkin qohumunun köməyi ilə mənzilin pəncərəsini açaraq içəri daxil olub. O, evdə olan 10 min manatdan artıq pulu və bahalı qızıl-zinət əşyalarını götürüb. O, ümumilikdə evdən 25 min manatlıq oğurluq edib. Daha sonra İlkin evin giriş qapısının cəftəsini mənzilin içərisindən qıraraq qapını açıb hadisə yerindən qaçıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İ.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

    Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 2 il azadlıqdan məhrum edilib

  • Moskvaya gedən bir qrup azərbaycanlı “Domodedovo”dan geri qaytarılır – Video

    Moskvanın “Domodedovo” hava limanında bir qrup Azərbaycan vətəndaşı deportasiya olunur.

    Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

    Məlumata görə, Azərbaycan vətəndaşları hava limanına eniş etdikdən sonra Rusiyaya buraxılmayıb və geri göndərilirlər.

    Hadisənin məhz hansı səbəbdən baş verdiyi məlum deyil.

  • Объявлены судьи матча Исландия – Азербайджан

    Объявлен судейский состав на матч отборочного турнира чемпионата мира по футболу 2026 года между сборными Исландии и Азербайджана.

    Встреча, которая состоится 5 сентября, доверена бригаде арбитров из Нидерландов.

    Главным судьей матча назначен Сандер ван дер Эйк. Ему будут помогать лайнсмены Ренс Блуминк и Стефан де Грот. Функции четвертого судьи выполнит Марк Нагтегал.

    5 сентября

    Чемпионат мира – 2026

    Отборочный этап

    22:45 Исландия – Азербайджан

    Главный судья: Сандер ван дер Эйк

    Линейные судьи: Ренс Блуминк, Стефан де Грот

    Четвертый судья: Марк Нагтегал

    VAR: Йерун Мансхот

    Ассистент VAR: Клей Руперти (все – Нидерланды)

    Судья-инспектор: Томас Айнваллер (Австрия)

    Представитель УЕФА: Марвин Робинсон (Англия)

    Отметим, что игра, которая пройдет на стадионе “Лаугардалсвёллур” в Рейкьявике, начнется в 22:45.

  • İslandiya – Azərbaycan oyununun hakimləri açıqlandı

    İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup matçının təyinatları bəlli olub.

    Sentyabrın 5-də keçiriləcək oyun Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

    Görüşü Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcəklər.

    5 sentyabr

    DÇ-2026

    Seçmə mərhələsi

    Saat 22:45, İslandiya – Azərbaycan

    Baş hakim: Sander van der Eyk;

    Yan xətt hakimləri: Rens Blümink, Stefan de Qroot;

    Dördüncü hakim: Mark Naqteqaal;

    VAR: Jerön Mansxot;

    VAR köməkçisi: Klay Ruperti (hamısı Niderland);

    Hakim-inspektor: Tomas Eynvaller (Avstriya);

    UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə).

    Qeyd edək ki, Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.

  • “Su-25” təyyarəsinin yaradıcısı vəfat etdi

    “Su-25” hücum təyyarəsinin yaradıcısı və “SSJ-100″ün ilk baş konstruktoru Yuri İvaşeçkin 91 yaşında vəfat edib.

    Bu barədə TASS-a Birləşmiş Aviasiya Korporasiyasının (UAC) Mətbuat Xidmətindən məlumat verilib.

    Korporasiya dizaynerin yüksək peşəkarlığını və detallara diqqətini qeyd edib.

    Yerli təyyarələrin inkişafındakı uğurlarına görə İvaşeçkin Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri və medallarla təltif edilib. O, 2-ci dərəcəli P.O.Suxoy mükafatı laureatıdır.

  • Директор детского сада уволена после скандала с 5-летней девочкой – Видео

    По обращению гражданина Управление образования Абшерон-Хызынского района провело расследование в детском саду №21 села Пирекешкюль Абшеронского района.

    Как сообщает Median.Az со ссылкой на информацию регионального управления образования, в результате проверки был расторгнут трудовой договор с директором образовательного учреждения Хадиджей Велиевой из-за нарушений, допущенных при исполнении должностных обязанностей.

    В сообщении также отмечается, что правильное питание детей в образовательных учреждениях, обеспечение здоровой и безопасной среды обучения, а также повышение доверия граждан к образовательному учреждению являются основными приоритетами. Недопустимы любые негативные явления в образовательных учреждениях.

    Каждое обращение по этим направлениям тщательно расследуется, и принимаются меры в соответствии с требованиями законодательства.

    Как стало известно, женщина, чей ребенок посещает детский сад №21 в селе Пирекешкюль Абшеронского района, заявила, что ее 5-летнюю дочь выгнала во время завтрака директор детского сада Хадиджа Велиева.

    Родительница утверждает, что причиной инцидента стало выражение недовольства ее супругом условиями в детском саду.