Month: September 2025

  • Britaniyada 16 yaşdan kiçik uşaqlara enerji içkilərinin satışı qadağan ediləcək

    Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlara kofein miqdarı hər litrdə 150 mq-dan çox olan enerji içkilərinin satışına qadağa qoyulması ilə bağlı məsləhətləşmələrə başlanılıb.

    Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

    “Enerji içkiləri zərərsiz görünə bilər, amma bu içkilər müasir uşaqların yuxusu, diqqət qabiliyyəti və inkişıafına zərər verir, yüksək şəkər tərkibli versiyaları isə piylənməyə səbəb olur”, – deyə səhiyyə naziri Ues Striting bildirib.

    Araşdırmalara görə, hər gün təxminən 100 min uşaq ən azı bir enerji içkisi istehlak edir və bu da onların yuxusuna, dərs müvəffəqiyyətinə və psixi sağlamlığına mənfi təsir göstərir. Təhsil naziri Bridcit Fillipson əlavə edib ki, bu tədbir “tarixdə sağlam nəsil formalaşdırılması yolunda daha bir addım” olacaq.

    Valideynlər və müəllimlər tərəfindən dəstəklənən bu qadağa 40 min uşağın piylənməsinin qarşısını ala və gələcəkdə xəstəliklərin müalicəsi üçün on milyonlarla funt qənaət etməyə imkan verə bilər.

  • 65 yaşlı direktora qadağa qoyuldu – Sığorta pullarını ödəməyib…

    Sabunçu rayonunda yerləşən 11 nömrəli xüsusi internat məktəbinin direktoru Gülnarə Abdullayevanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”nun məlumatına görə, buna səbəb Gülnarə Abdullayevanın rəhbəri olduğu məktəbin ümumilikdə dövlətə 36 158.19 manat borcunun yaranması olub.

    1960-cı il təvəllüdlü Gülnarə Heybət qızı Abdullayevanın direktoru olduğu 11 nömrəli xüsusi internat məktəbinin Dövlət Sosial Müdafiə Fonduna 17 477.31 manat, İşsizlikdən Sığorta Fonduna 2 905.8 manat, İcbari Tibbi Sığorta Fonduna 15 755.08 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Gülnarə Abdullayevanın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

    Xatırladaq ki, Gülnarə Abdullayeva barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə – külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

    Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, Gülnarə Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan dörd ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftəri aşkar olunaraq götürülüb.

  • Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTv-yə köçürülür

    Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, Azərbaycan Televiziyasının (AzTv) binasında əməkdaşlar işlərini davam etdirəcəklər.

    AzTv-nin Mətbuat xidməti faktı Apa-ya təsdiqləyib.

    Mətbuat xidmətindən verilən məlumata görə, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

    “Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki, məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

  • Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı – SƏBƏB

    Bir müddət öncə övladının müalicəsi üçün Almaniyaya gedən Azərbaycan vətəndaşı Cavadov Rəşad Mirəbülfəz oğlu problemlə üzləşib.

    Median.Az xəbər verir ki, bu barədə unikal-a açıqlamasında Azərbaycan səfirliyinə müraciət etdiyini bildirib.

    Məlum olub ki, 1982-ci il təvəllüdlü R.Cavadov 15 yaşlı skolioz xəstəsi olan qızı Səhadət Cavadovanı müalicə edə bilmək üçün Almaniyaya aparıb. Burada qızının əməliyyatı alınmayıb, daha sonra ata özü də xəstələnib. O, xəstəxanada olduğu müddətdə övladına baxılması üçün “Das Jugendamt” adlı mərkəzə həvalə edib. Problem isə bundan sonra yaranıb.

    “Onlara dedim ki, müalicə olunmaq üçün xəstəxanaya gedirəm. Uşaq baxımsız qalmasın deyə, sizə həvalə edirəm. Onlar da razılaşdılar. Xəstəxanadan çıxandan sonra, yəni bu ilin aprel ayından bəri onlar övladımı mənə vermir. Səbəb kimi mənim xəstəliyimi göstərirlər, guya ki, mən uşağa baxa bilmərəm. Uşağı da nə əməliyyat edirlər, nə də geri qaytarırlar”, – deyə R.Cavadov qeyd edib.

    O, Almaniyaya mühacir kimi getdiyini, lakin peşman olduğunu da deyib: “Mühacirət etmişdim, amma indi istəyirəm ki, Azərbaycana geri qayıdım. Uşağa görə qayıda bilmirəm. Elə təhlükəli bir xəstə də deyiləm, psixoloji narahatlığım var. Qızımla dəfələrlə görüşmüşəm, təhlükəli olsaydım, görüşə icazə verməzdilər. Çox böyük səhv edib bura gəldim, ən gözəli Azərbaycandır. Burada heç nə yoxdur”.

  • “Tik-Tok” və “Instagram”da qadınların səhifələrinə kiberhücumlar edən şəxs ƏLƏ KEÇDİ – Video

    DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

    DİN-dən verilən xəbərə görə, növbəti tədbir zamanı “Tik-Tok”, “Instagram” və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, R.Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

    Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

  • Qədim Ədilovun məhkəməsi başladı: 17 zərərçəkənə milyonlarla manat zərər vurulub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda Qədim Ədilovun vəkili bir neçə vəsatətlə çıxış edib.

    Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

    2021-ci ildə ondan 17 vətəndaş Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.

    Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına dövr etdirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

    Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

    2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

    Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb.

    26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib və onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib.

    Zərərçəkən Şahin Aslanov deyib ki, Qədim Ədilov yüksək dələduzluq, inandırma qabiliyyətinə malikdir:

    “O, Rusiyanın Sverdlovsk vilayətindəki Serov şəhərində taxta emalı ilə məşğul olan, həmin şəhərdə Azərbaycan diaspor təşkilatının rəhbəri Mirhəbib Ağalarovu inandırıb ki, özünün rəhbəri olduğu “Azəri AQA” firması irimiqyaslı taxta idxalçısıdır. O bu firma ilə Ağalarova məxsus “Aziz” firması arasında üçüncü firmalara və şəxslərə taxta göndərmək barədə çox sayda müqavilə imzalayıb. Sonra həmin firmalar adına sənədlər rəsmiləşdirib. Lakin sonra deyib ki, o firmalardan pul ala bilmirəm. Sənədləri ləğv et, malı mənim öz firmama vur. Mən ancaq sonradan başa düşdüm ki, o mənim sənədlərimdən istifadə edib millətdən pul toplayırmış. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ofşor firmalar üzərindən pul göndərdi. Əvəzində isə 200 min dollardan artıq malımı aparıb pulumu vermədi. Pulu mənə nə üçün rəsmi deyil, ofşordan göndərdiyini soruşanda, dedi ki, mən Azərbaycanda vergi vermirəm. Başa düşdüm ki, bu, həm vergidən yayınır, həm də dələduzluq edir.

    Əməkdaşlığı dayandırıb pullarımı tələb etməyə başladım. Lakin o, pulumu vermək əvəzinə məni Azərbaycanda məhkəməyə verdi ki, guya mən ona borcluyam. Amma yalan ayaq tutar, yeriməz. Məhkəmədə sübut edildi ki, bu, hoqqabaz və dələduzdur. Həbs olunanda çox sevindim ki, nəhayət, haqlı cəzasını çəkəcək”.

    Məhkəmə baxışı 18 sentyabr, saat 16:00-a təyin edilib.

  • Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK – Xəbərdarlıq

    Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • FHN-in “kapitan Əliyev”i həbs edildi

    Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, təqsirləndirilən Rəşad adlı şəxs əvvəllər FHN-də çalışıb. O, nazirliyin Dövlət Suvarma və Xilasetmə Xidmətinin təsərrüfat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyib.

    Şəki Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə mühakimə olunan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

    Rəşadın sözlərindən belə anlaşılır ki, onun dələduzluq əməliyyatında rolu yalnız aldadılmış vətəndaşlara zəng vuraraq vaxt qazanmaq olub. O özünü zərərçəkmişlərə “kapitan Əliyev” kimi təqdim edib.

    Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Rəşad məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Здание бывшего университета “Тефеккюр” в Баку передано суду

    Здание бывшего университета Elm və Təfəkkür (“Тефеккюр”), расположенное в Наримановском районе города Баку, передано Бакинскому административному суду.

    Как сообщает Median.Az со ссылкой на modern.az, Бакинский административный суд в ближайшие дни начнет функционировать в новом здании.

    Университет “Тефеккюр” получил статус частного высшего учебного заведения после государственной регистрации согласно постановлению Кабинета министров от 11 сентября 1995 года. Учебное заведение прекратило свою деятельность в 2016 году.

    В октябре 2016 года Совет учредителей университета “Тефеккюр” обратился в Министерство образования (ныне Министерство науки и образования) с просьбой о приостановлении деятельности университета в связи с возникшими финансовыми проблемами. Ведомство, учитывая данное обращение, а также истечение 5-летнего срока аккредитации университета в 2016 году и отсутствие новой аккредитации, приняло решение не прогнозировать прием студентов на 2017/18 учебный год и организовать перевод студентов в другие высшие учебные заведения.

    Стоит отметить, что событие, связанное с университетом “Тефеккюр”, которое вызвало большой общественный резонанс, до сих пор обсуждается в прессе. Речь идет о заказе бывшим ректором Мушфигом Атакишиевым убийства проректора Тариеля Ахмедова. Проректор Тариэль Ахмедов был убит 16 сентября 2011 года.

    Атакишиев подал в отставку с должности ректора незадолго до закрытия университета “Тефеккюр” в 2016 году. Вскоре после этого вуз прекратил свою деятельность. Генеральная прокуратура в ноябре 2023 года распространила информацию об убийстве, произошедшем 12 лет назад, и бывший ректор Мушфиг Атакишиев был арестован. Суд приговорил его к 14 годам и 6 месяцам лишения свободы.

  • “Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

    Keçmiş “Elm və Təfəkkür” Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası Bakı İnzibati Məhkəməsinə verilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.

    “Təfəkkür” Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.

    2016-cı ilin oktyabr ayında “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə qərar qəbul edib.

    Qeyd edək ki, “Təfəkkür” Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət universitetin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.

    M.Atakişiyev 2016-cı ildə “Təfəkkür” Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.

    Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.