Month: September 2025

  • Azyaşlını qovan uşaq bağçasının müdiri işdən azad edildi – Video

    Vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

    Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

    Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəssisəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

    Məlumatda həmçinin bildirilib ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

    Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

    Qeyd edək ki, Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçasında övladı bağçaya gedən valideynlərdən biri iddia edir ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.

    Valideyn iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub.

  • ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    Dələduzluqda ittiham olunan ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Dövlət ittihamçısı və zərərçəkmiş tərəf işin məhkəmə araşdırmasına verilməsini təklif etsələr də, müdafiə tərəfi cinayət işinin yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını istəyib.

    Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

    Növbəti baxış iclası sentyabrın 17-nə təyin olunub.

    Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir. O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

    Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Xəzər Universitetinə YENİ REKTOR təyin olunub

    Xəzər Universitetinə yeni rektor təyin edilib.

    Bu posta Raziyə İsayeva gətirilib.

    Qeyd edək ki, R.İsayeva bundan əvvəl universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

    R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
    //oxu.az

  • Boşandığı arvadı ilə barışmaq istəyən kişi ikinci həyat yoldaşının barmağını qırdı

    Biləsuvarda birinci arvadı ilə barışmaq istəyən kişi ikinci arvadını döyüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.

    Kənd sakini, 1985-ci il təvəllüdlü Pərviz Məmmədov (ad və soyad şərtidir) bir övladı olandan sonra boşanır. O, ikinci dəfə Zümrüd adlı qadınla ailə həyatı qurur, ancaq bu dəfə rəsmi nikaha daxil olmur. P.Məmmədov birinci həyat yoldaşının cehizlərini evindən aparmasına da imkan vermir.

    Bir gün Zümrüd eşidir ki, Pərviz birinci həyat yoldaşı ilə barışmaq istəyir və məhz buna görə onunla rəsmi nikah bağlamır. Zümrüd bu barədə Pərvizə bildirəndə o bunu etiraf edir və ər-arvad arasında mübahisə başlayır. Pərviz Zümrüdü döyür və onun barmağını qırır.

    Zümrüd hadisə ilə bağlı polisə məlumat verir. Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə P.Məmmədova altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilir.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 0.71 доллара, или 1% – до 71.25 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 70.54 доллара.

  • Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.71 ABŞ dolları və ya 1% artaraq 71.25 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.54 ABŞ dolları olub.

  • “Третье сентября” под санкциями: Михаил Шуфутинский в базе “Миротворца”

    Заслуженный артист РФ Михаил Шуфутинский значится в базе украинского сайта “Миротворец”.

    Как передает Median.Az, с данными ресурса ознакомился ТАСС.

    Шуфутинского внесли в базу в 2017 году за посещение Крыма. В январе 2023 года Владимир Зеленский также ввел против него санкции.

    За карьеру Шуфутинский выпустил около 30 сольных альбомов. Его визитная карточка – песня “Третье сентября”. Шуфутинский впервые исполнил композицию в 1993 году, и она остаётся популярной по сей день.

  • Məşhur rusiyalı müğənni Mixail Şufutinski Ukraynanın “Mirotvorets” məlumat bazasına daxil edildi

    Rusiya Federasiyasının Əməkdar artisti Mixail Şufutinski Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.

    TASS nəşri resursun məlumatları ilə tanış olub.

    Məlumata görə, Şufutinski 2017-ci ildə Krıma səfər etdiyi üçün bazaya daxil edilib. 2023-cü ilin yanvarında Volodimir Zelenski, həmçinin ona qarşı sanksiyalar da tətbiq edib.

    Mixail Şufutinski karyerası ərzində 30-a yaxın solo albom buraxıb. Onun vizit kartı isə “Sentyabrın üçü” mahnısıdır.

    Qeyd edək ki, 2014-cü ildən tərtib olunan “Mirotvorets” portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

  • Qazax və Tovuzda qəbiristanlıqları yandıranlar saxlanıldılar

    Qazax və Tovuz rayonlarında qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, sentyabrın 1-2-də Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

    24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

    Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

  • У побережья Камчатки произошло сильное землетрясение

    Специалисты зафиксировали подземные толчки магнитудой 6 в 233 км от Петропавловска-Камчатского, РФ.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Камчатском филиале Единой геофизической службы Российской академии наук.

    “Расстояние от Петропавловска-Камчатского: 233 км. Магнитуда: 6”, – говорится в сообщении.

    Отмечается, что эпицентр залегал на глубине 10 км.