Month: September 2025

  • Əmisi oğlundan borc istədi, evdə olmadığını bilib oğurluğa getdi

    Abşeronda maraqlı oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, “Şəfa Broyler”də çalışan S.Rüstəmovun şirkətə 4000 manat borcu yaranıb. O, bunu ödəmək üçün əmisi oğluna zəng vuraraq borc istəyib. Lakin əmisi oğlu evdə olmadığını bildirib. S.Rüstəmov əmisi oğlu ilə danışdıqdan sonra onların evində heç kimin olmadığını bilib və həmin evdən oğurluq etmək qərarına gəlib.

    O, əmisigilin evinə gedərək pəncərədən yataq otağına daxil olaraq, 4000 manat və 3950 ABŞ dollar məbləğində pul oğurlayıb. S.Rüstəmov dərhal şirkətə olan borcunu ödəyib. Yerdə qalan məbləği isə öz məsrəflərinə xərcləyib.

    Əmisi oğlu evdən oğruluq edildiyindən xəbər tutduqda Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Hadisə yerinə gələn polislər yaxınlıqdakı kamera görüntülərini araşdırıblar. Zərəçəkmişlərə aydın olub ki, hadisəni yaxın qohumları törədib.

    Bundan sonra S.Rüstəmov saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəməni qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

    S.Rüstəmov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Eyni zamanda məlum olub ki, o dəymiş ziyanı tam olaraq ödəyib. Qarşı tərəf bu səbəbdən ona yüngül cəza verilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə S.Rüstəmova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • Azərbaycanda yerli turistlər ən çox nələrə pul xərcləyir? (SİYAHI)

    Bu ilin ilk yarısında 2 milyon 590,7 min nəfər Azərbaycan vətəndaşı turizm məqəsdi ilə ölkədaxili səfər edib.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, turizm məqəsdi ilə ölkə daxili səfər edən vətəndaşlar ümumilikdə 2 milyard 526,8 milyon manat pul xərcləyiblər.

    Hər bir vətəndaş orta hesabla 975 manat pul xərcləyib.

    Turizm məqəsdi ilə xərclənən pulların 647,2 milyon manatı və ya 25,6%-i malların və hədiyyələrin alınmasına sərf olunub. Bundan başqa, 616,6 milyon manat və ya ümumi xərclərin 24,4%-i qidalanmaya yönəldilib. Xərclərin 18,5%-i (468 milyon manat) yerləşməyə, 14,7%-i (373,2 milyon manat) nəqliyyat, 4,1%-i isə (104,3 milyon manat) idman və əyləncə xidmətlərinə sərf olunub.

    Yerli turistlərin ən az vəsait xərclədiyi istiqamət isə mədəniyyətlə bağlı olub. Turizm məqəsdi ilə xərclənən pulların cəmi 1,4%-ni (35,4 milyon manat) mədəniyyətlə bağlı xərclər təşkil edib.

  • Mal ətinin kilosu 20 manata qədər qalxacaq? (İDDİA)

    Bakıda və bölgələrdə mal ətinin qiymətində müşahidə olunan artım son günlər alıcıların da, satıcıların da əsas müzakirə mövzusuna çevrilib. Paytaxtda kiloqramı 2 manat, bölgələrdə isə orta hesabla 1 manatlıq bahalaşma qeydə alınıb. Əvvəllər rayonlarda 15 manata, Bakıda isə 16 manata satılan mal əti indi müvafiq olaraq 16 və 17 manata təklif olunur.

    Musavat.com-un əməkdaşı vəziyyəti yerindəcə öyrənmək üçün “Neftçilər”də yerləşən məşhur ət bazarına üz tutub. Buradakı qəssab piştaxtalarında söhbətə qoşulan satıcılar qiymət artımını gizlətmirlər. Onlardan biri deyir: “Bizim günahımız yoxdur, qiyməti biz qaldırmırıq. Malı kənddən baha alırıq, məcbur da baha satırıq. Yemin qiyməti od tutub yanır, su, baxım, dərman hamısı baha başa gəlir. Biz də dolanışığımızı buradan çıxarırıq”.

    Satıcılar bildirirlər ki, bahalaşma əsasən mal ətində özünü göstərir. Quzu və qoyun ətinin qiyməti hələlik sabit qalıb. Amma bir qəssab narahatlığını gizlətmir: “Əgər vəziyyət belə davam etsə, yaxın aylarda mal ətinin kilosu 20 manata qədər qalxa bilər. Mal qıtlığı başlayıb, otun qiyməti də hər gün artır”.

    Bazarda gəzişərkən 17 manatdan aşağı qiymətə ət təklif edən piştaxtalara da rast gəlirik. Burada mal ətinin kiloqramı 13-14 manata satılır. Ancaq satıcı özü etiraf edir ki, ucuz ət keyfiyyət baxımından fərqlənir: “Bu, dişi dana ətidir. Əzələsi sərt olur, dadı da erkək dana kimi olmur. Erkək dana əti yumşaqdır, ona görə də baha satılır. Alıcı isə həm dadlı, həm də təzə ət istəyir”. Həqiqətən də, piştaxtadakı ucuz ətin rəngi saralmış, köhnəliyi isə gözə çarpacaq dərəcədədir.

    Alıcıların əksəriyyəti qiymətlərin sürətlə qalxmasından narazıdır. Qadın alıcı gileylənir: “Əvvəllər həftədə bir dəfə ailəlikcə ət alıb bişirirdiksə, indi ayda bir dəfə gücümüz çatır. Hər şey bahalaşıb, indi ətin üzünə həsrət qalmışıq”.

    Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda ətin qiymətində artım artıq uzun illərdir davam edir və bunun səbəbləri çoxşaxəlidir:

    “Örüş yerləri getdikcə azalır, yemin qiyməti qalxır. Ən ciddi problem isə iri və xırdabuynuzlu heyvanların sayının sürətlə azalmasıdır. Son iki ildə iri buynuzlu mal-qaranın sayı 80 minə yaxın, xırdabuynuzlu mal-qaranın sayı isə 1 milyon 300 minə yaxın azalıb. Bu, ciddi rəqəmdir və hökumət buna qarşı mütləq tədbir görməlidir”.

    Ekspertin sözlərinə görə, fermerlərin vəziyyəti ağırdır və onları stimullaşdırmaq, subsidiya və güzəştlərlə dəstəkləmək vacibdir. Əks halda qiymətlərin artımının qarşısını almaq mümkün olmayacaq: “Fermer də başqa malların, xidmətlərin alıcısıdır. Görür ki, hər şeyin qiyməti qalxıb, o da qiyməti artırmaq məcburiyyətində qalır. Belə getsə, Azərbaycanda ətin qiyməti Türkiyədəki kimi baha olacaq”.

    Cəfərli çıxış yolu kimi işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsini təklif edir: “Şərqi Zəngəzur və Qarabağ kimi torpaqlarımız var. Bu ərazilər geniş otlaq və örüş sahələridir. Onlar fermerlərin istifadəsinə açılmalı, heyvandarlıq üçün ciddi proqram hazırlanmalıdır. Yalnız bu yolla ətin qiymətində sabitlik yaratmaq mümkündür”.

    Hazırda isə bazarlarda vəziyyət dəyişməz qalır: qəssabların piştaxtasında mal ətinin kiloqramı 17 manatdan təklif olunur, ucuz ət isə keyfiyyətinə görə çoxlarını qane etmir. Alıcılar qiymətlərin hər gün artmasından narahatdır, satıcılar isə məsuliyyəti kəndlilərin, kəndlilər isə yemin və yemləmə xərclərinin üzərinə atır. Nəticədə isə ən çox ziyanı yenə də adi vətəndaş çəkir.

  • Sumqayıtda iki dəvəquşu və 13 tutuquşu IDEA tərəfindən xilas edilib – Video

    Sentyabrın 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən “Turan” restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.

    Birlikdən verilən məlumata görə monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb.

    Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüblər. Hal-hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.

    Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdı. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb.

    Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Urban Ecology” (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.

    Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimai Birliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi halları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib ki, bu da şəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbit şərait yaradır.

    IDEA İctimai Birliyi bir daha vətəndaşları təbiəti qorumağa çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda, IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

  • Tiktoker Xosrov həbs olundu

    Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.

    Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

    O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib.

    Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.

  • Ruben Vardanyanın məhkəməsi davam etdirilib

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 2-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

    Zərərçəkmiş şəxs Ayaz Nəzərovun hüququ varisi – anası Sima Tanrıverdiyeva dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində Kəlbəcərdə həlak olub.

    Zərərçəkmiş şəxs Qərib Qasımovun hüququ varisi – atası Şahbaz Qasımov ifadəsində oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xocavənddə həlak olduğunu bildirib.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Rəvan Cəfərovun hüququ varisi Məhəmmədəli Cəfərov ifadəsində oğlunun Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

    Zərərçəkmiş şəxs Mirzə Ağayev ifadəsində bildirib ki, düşmənin açdığı atəş nəticəsində Xocavənddə yaralanıb.

    Digər zərərçəkən Zakir Mirzəyev ifadəsində qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət alıb.

    Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkən Asim Musayev qeyd edib ki, Kəlbəcərin Söyüdlü yaylağında mal-qara otararkən düşmən tərəfindən 30-dan çox top mərmisi atılıb, nəticədə o və yanında olan şəxslər yaralanıb, 350-dən çox heyvan isə tələf olub.

    Zərərçəkən Atamalı Məlikov ifadəsində bildirib ki, düşmən tərəfindən Xankəndi ərazisində artilleriya atəşinə məruz qalıb, qarın boşluğundan və kürəyindən yaralanıb. Yaralarına görə 6 dəfə əməliyyat olunub.

    Zərərçəkən Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili tibbi yardım maşını üzərində tanınma işarəsi olsa da, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulub, nəticədə özü və daha 5 nəfər yaralanıb.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkən Mədət Sabirzadə ifadəsində deyib ki, düşmənin Xocalıda törətdiyi təxribat zamanı açılan atəş nəticəsində yaralanıb, yanında olan 5 nəfər isə həlak olub.

    Zərərçəkən Təhrun Əsgərov ifadəsində vurğulayıb ki, Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində kəllə-beyin travması alıb.

    Turan Balaşzadə ifadəsində qeyd edib ki, qardaşı Röyal Balaşzadə düşmən tərəfindən Kəlbəcər rayonu istiqamətində snayper silahı ilə vurulub və o, həlak olub.

    Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkən Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində düşmənin açdığı artilleriya atəşi nəticəsində ayağından yaralanıb.

    Zərərçəkən Əziz Əzizov ifadəsində deyib ki, o, Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən minaatandan açılan atəş nəticəsində kəllə-beyin travması alıb.

    Zərərçəkən Bəhlul Ağayev vurğulayıb ki, Xocavənddə düşmən tərəfindən açılan atəş nəticəsində sol qolundan yaralanıb, bir nəfər isə həlak olub.

    Fuad Qurbanlı düşmən tərəfindən açılan atəş nəticəsində Ağdərə istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin amputasiya olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə minaatandan açılan atəş nəticəsində yaralandıqlarını bildiriblər.

    Zərərçəkən Ürfan Məmmədov ifadəsində Xocavəndə düşmənin açdığı artilleriya atəşi nəticəsində çoxsaylı qəlpə yarası və kəllə-beyin travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib.

    Pərvin Allahverdiyev Xocavənddə düşmənin snayperdən açdığını atəş nəticəsində qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində qolundan, ayağından yaralandığını, kəllə-beyin travması aldığını diqqətə çatdırıblar.

    Zərərçəkən Nemət Bağırov Daşkəsən rayonunun ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində Xəyal Süleymanovun və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə yaralandığını deyib.

    Həsən Məhiyəddinli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmənin onun içərisində olduğu maşını atəşə tutması nəticəsində yaralandığını söyləyib.

    Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində xəsarətlər alıb.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Hacı Bağırov deyib ki, Ağdərə rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində o, Nəsimi Hacıyev və Vüsal İbrahimov xəsarət alıblar.

    Tural Əzimov və Məhəmməd Bağıyev düşmən tərəfindən açılan atəş nəticəsində Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə yaralandıqlarını söyləyiblər.

    Zərərçəkən Qoşqar Şərbətov ifadəsində qeyd edib ki, Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralanmış şəxsləri təxliyə edən zaman düşmənin üzərində fərqləndirici nişan olan təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində xəsarət alıb.

    Digər zərərçəkənlər – Nurəli Şıxaliyev, Rasif Məhərrəmov, Məzahir Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin Səfərov, Ümid İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov, Əmrah Həsənov, Vüsal Abbaslı, Şirin Həşimov, Kənan Sofiyev, Əmir Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan Mustafayev ifadələrində düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını bildiriblər.

    Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

    Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib

    Prezidentin Mətbuat Xidməti İlham Əliyevin sosial şəbəkə hesabında dövlət başçısının Çinə işgüzar səfəri ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Вниманию желающих работать в прокуратуре: продолжается электронный прием заявок на конкурс

    В соответствии с Положением “О порядке проведения конкурса с кандидатами для поступления на службу в органы прокуратуры”, утвержденным Указом Президента Азербайджанской Республики (АР) от 19 июня 2001 года, Генеральная прокуратура продолжает электронный прием документов от лиц с высшим юридическим образованием, желающих поступить на службу в органы прокуратуры в рамках конкурса, объявленного 15 апреля 2025 года.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Генпрокуратуры, подробная информация о конкурсе доступна здесь.

    На первом этапе конкурса – тестовом экзамене – задания будут подготовлены на основе следующих нормативно-правовых актов:

    – Конституция Азербайджанской Республики;

    – Конституционный закон “О нормативно-правовых актах”;

    – Конституционный закон “О регулировании осуществления прав и свобод человека в Азербайджанской Республике”;

    – Конвенция о защите прав человека и основных свобод;

    – Уголовный кодекс АР;

    – Уголовно-процессуальный кодекс АР;

    – Кодекс об административных проступках АР;

    – Гражданский кодекс АР;

    – Гражданско-процессуальный кодекс АР;

    – Трудовой кодекс АР;

    – Закон “О прокуратуре”;

    – Закон “О прохождении службы в органах прокуратуры”;

    – Закон “О борьбе с коррупцией”;

    – Закон “О полиции”;

    – Закон “Об оперативно-розыскной деятельности”;

    – Закон “О судах и судьях”;

    – Закон “Об адвокатах и адвокатской деятельности”.

    Дополнительную информацию можно получить по следующим телефонным номерам: 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80.

  • Prokurorluq orqanlarında İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

    Azərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 15 aprel 2025-ci ildə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə etmək olar.

    Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək:

    – Azərbaycan Respublikasının Konstitusiyası;

    – “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

    – “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

    – “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

    – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

    – Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

    – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

    – Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

    – Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

    – Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

    – “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

    – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

    – “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

    – “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

    – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

    – “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

    – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

    Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

  • Новый посол ЕС прибыла в Азербайджан

    Новый посол Европейского союза (ЕС) Марияна Куюнджич прибыла в Азербайджан.

    Об этом АПА сообщили в представительстве ЕС в Азербайджане.

    Дипломат работала представителем Хорватии в Комитете по политическим и безопасности вопросам, занимала другие должности, в том числе являлась советником Рабочей группы по внешним связям в постпредстве Хорватии при ЕС.

    Несколько дней назад на сайте Европейской службы внешних связей появилась информация о назначении Марияны Куюнджич послом Евросоюза в Азербайджане.