Month: September 2025

  • Atası ilə birlikdə qəzaya düşən oğul xəstəxanada öldü

    Bakıda 18 gün əvvəl qəzaya düşən şəxs ölüb.

    Avqustun 15-də Məhərrəm Rəhim oğlu Rəhimov idarə etdiyi “Hyundai Santa Fe” avtomobili ilə hərəkətdə olarkən Bəxtiyar Fərhad oğlu Hüseynovun idarə etdiyi VAZ-2106 avtomobili ilə toqquşub. VAZ-da olan sərnişin Fərhad Bəxtiyar oğlu Hüseynov xəstəxanaya yerləşdirilsə də, sentyabrın 2-də orada ölüb.

    Fakta görə cinayət işi başlanılıb.
    //oxu.az

  • Китай на параде показал новую ядерную ракету с огромным радиусом поражения

    Китай 3 сентября представил на параде по случаю 80-летия победы над милитаристской Японией и окончания Второй мировой войны в Пекине стратегическую ядерную межконтинентальную ракету DF-5C, радиус поражения которой охватывает всю планету, передает Median.Az со ссылкой на “Известия”.

    “Публике представлена стратегическая ядерная межконтинентальная ракета на жидком топливе “Дунфэн-5С”. Радиус поражения охватывает всю планету. Это важное средство устрашения и обеспечения безопасности государства и мира на планете”, – сообщил комментатор парада.

    Народно-освободительная армия Китая впервые показала на торжественном параде в Пекине ракеты, представляющие стратегическую ядерную триаду страны.

    На смотре были продемонстрированы авиационная ракета большой дальности “Цзинлэй-1”, межконтинентальная ракета подводного базирования “Цзюйлан-3”, межконтинентальные ракеты наземного базирования “Дунфэн-61” и “Дунфэн-31”.

    Также на параде были представлены крылатые ракеты дальнего действия, используемые военно-морскими и военно-воздушными силами страны. Среди них Changzhen-20A, Yunzhi-18C, Changzhen-1000.

    Помимо них на мероприятии можно было увидеть гиперзвуковые ракеты, отличающиеся высокой скоростью полета, мощностью прорыва и высокой точностью.

  • Çin paradda ilk dəfə qitələrarası nüvə raketini nümayiş etdirib – Video

    Çin ordusu Pekində keçirilən paradda məhvetmə radiusu bütün planeti əhatə edən “DF-5C” strateji qitələrarası nüvə raketini təqdim edib.

    Median.Az Rusiya KİV-ə istinadən məlumat verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi “JL-1”, sualtı bazalı qitələrarası raket “JL-3”, eləcə də quru bazalı qitələrarası raketlər “DF-31” və “DF-61” təqdim olunub.

    Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

  • Президенты Азербайджана и Ирана побеседовали на родном языке во время парада в Пекине – Видео

    В столице Китая Пекине состоялся торжественный парад, посвященный 80-летию китайского народного сопротивления японской оккупации и Победы во Второй мировой войне.

    Во время официальной фотосессии лидеров, принимавших участие в параде, между Президентом Азербайджана Ильхамом Алиевым и президентом Ирана Масудом Пезешкианом состоялся краткий диалог.

    Примечательно, что беседа между главами двух соседних государств прошла в теплой атмосфере и велась на их родном, азербайджанском, языке.

  • Çində İlham Əliyevlə Məsud Pezeşkian arasında Azərbaycan dilində səmimi dialoq – Video

    Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

    Paradda iştirak edən liderlərin rəsmi foto çəkdirmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında qısa dialoq olub.

    Ölkə prezidentlərinin bir-biri ilə səmimi dialoqu Azərbaycan dilində baş tutub.

  • Sumqayıtda 3800 abonentin qazı kəsiləcək

    Sumqayıt şəhərində qaz təchizatı məhdudlaşdırılacaq.

    Bu barədə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

    Bildirilib ki, şəhərin 6, 17 və 18-ci mikrorayonlarında, həmçinin 9, 34 və 48-ci məhəllələrində balans qovşaqlarının analizi ilə əlaqədar olaraq sentyabrın 3-də saat 11:30-dan etibarən 3 800 abonentin qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatının bərpası işlər yekunlaşdıqdan sonra təmin ediləcək.

  • Пресечен незаконный ввоз 10 золотых слитков в Азербайджан

    В результате мероприятий, проведенных сотрудниками Главного таможенного управления на воздушном транспорте, была предотвращена незаконная перевозка золотых слитков через таможенную границу.

    Об этом сообщили в Государственном таможенном комитете.

    Так, при личном досмотре гражданина, прибывшего авиарейсом Дубай – Баку, было обнаружено 10 золотых слитков Pamp общим весом 712 г, скрытых от таможенного контроля.

  • Gömrük nəzarətindən gizlədilən 10 qızıl külçə aşkar edilib

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Belə ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

  • Əli Mirəliyevlə Elariz arasında qalmaqal: ABŞ-dan gələn suala cavab

    “Mənim Elarizlə nə işim var? Elarizin ünvanına heç nə deməmişəm, onun üstünə getmək lazım deyil. İşlətdiyim fikirləri başqa adamların ünvanına demişəm”.

    Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev Amerikada yaşayan həmkarı Elariz Məmmədoğlunun “Əli Mirəliyev nə vaxt düzələcək?” fikrinə münasibət bildirərkən deyib.

    Əli Mirəliyev Elariz Məmmədoğlu ilə yaxın dost olduğunu və eyni məhəllədə böyüdüyünü xatırladıb:

    “Elariz həyatda bir düzgün qərar verib, o da Azərbaycandan getməsidir. Azərbaycanda dolanmaq çətindir. Elariz toya da az gedirdi, dolana bilmirdi, çətinlik çəkirdi. Bəxti gətirdi, Allah qapı açdı ki, get yaşa. Elariz, qardaşım, səni salamlayıram”.

    Əli Mirəliyev hazırda həbsdə olan həmkarı Rəqsanə ilə bağlı fikirlərini də bölüşüb:

    “Rəqsanə həbs olunub, hamı onu söyür. Deyir ki, Rəqsanə çoxdan içəridə olmalı idi. Həyatdır, sabah nə olacaq bilinmir, bu, hamının başına gələ bilər. 4 uşaq anasıdır, pis-yaxşı müğənnidir. Rusiyada vəziyyət pisdir, Bakıya qayıdıb. Uşaqları anasız qalıb”.

    Xatırladaq ki, müğənni Əli Mirəliyev “Kişi hər şeyi evində olanda edər. Kənarda hamı hər şey edər. Get Amerikada nəsə kəşf et. Sonra mitil kimi aparıb səni basdıracaqlar” fikirlərini səsləndirib. Elariz Məmmədoğlu isə hesab edir ki, guya Əli Mirəliyev bu fikirləri onun ünvanına deyib və videoya “Əli Mirəliyev nə vaxt düzələcək?” şərhini yazıb.

  • Ukrayna Pokrovsk yaxınlığında daha bir kəndi azad etdi (VİDEO)

    “Skala” adlı əlahiddə polkun hücumçuları Donetsk vilayətində yerləşən Udaçnoye kəndini azad ediblər.

    Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

    “Birbaşa təmasda və zərbə vasitələrinin dəstəyi ilə düşmənin bütün dayaq məntəqələri məhv edildi. İki həftə ərzində hücum qrupları ev-ev təmizləmə apararaq kənd üzərində Ukrayna bayrağını qaldırdılar”, – Baş Qərargah Telegramda bildirib.

    Orada həmçinin kənd üzərində bayrağın qaldırılmasının videosu və qumbaraatan atəşi ilə rus mövqeyinin məhv edilməsi kadrları paylaşılıb.

    Udaçnoye kəndi Pokrovsk şəhərinin cənub-qərbində, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə yaxın ərazidə yerləşir.

    Xatırladaq ki, bir gün əvvəl Baş Qərargah Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşən Novoekonomiçnoye kəndini də azad etdiyini açıqlamışdı. Bu yaşayış məntəqəsini də “Skala” polkunun döyüşçüləri azad ediblər.

    Bundan başqa, Ukrayna Milli Qvardiyasının 1-ci korpusunun “Azov” briqadası komandirinin müavini Svyatoslav “Kalina” Palamar bildirib ki, “Azov” döyüşçüləri Pokrovsk istiqamətində müdafiəni gücləndiriblər və hazırda oradakı vəziyyət bir ay əvvəlkindən daha yaxşıdır.