Month: September 2025

  • Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib

    Avropa İttifaqının (Aİ) yeni səfiri Azərbaycana gəlib.

    Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya məlumat verilib.

    Səfir Marijana Kujundziç bu gün Bakıya gəlib.

    Qeyd edək ki, diplomat bu təyinatdan öncə Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olub. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

  • На ряде улиц Баку будет частично ограничено движение транспорта

    В связи с работами, которые будут проводиться на круговой развязке “Азнефть”, 2 сентября с 23:00 на ряде улиц Баку будет частично ограничено движение транспорта.

    Об этом сообщили в операционной компании Baku City Circuit.

    Согласно информации, в направлении поселка Баил и центра города ограничений не предусмотрено.

    Отметим, что ограничения связаны с подготовкой к Гран-при Азербайджана “Формулы-1” при поддержке Qatar Airways, который состоится 19-21 сентября. В рамках подготовки на центральных улицах и проспектах Баку проводятся монтажные и инфраструктурные работы. Ограничения будут вводиться поэтапно, а накануне гонки изменения коснутся и других улиц и проспектов столицы.

    Водителей и пешеходов просят пользоваться альтернативными маршрутами.

  • Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən MƏHDUDLAŞDIRILACAQ

    Bakının “Azneft” dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar 2 sentyabr saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

    Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

    Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

    Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir.

  • Azərbaycanda pul bazası azalıb

    Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 21 milyard 121,8 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 121,2 milyon manat azdır.

  • Şahbaz Şərifi Rusiyaya səfərə dəvət etdi

    Rusiya prezidenti Vladimir Putin Pakistanın baş naziri Şahbaz Şərifi noyabrda Rusiyaya səfərə dəvət edib.

    Putin bunu Pekində Pakistanın baş naziri ilə ikitərəfli görüş zamanı deyib.

    “Noyabrda Rusiyada ŞƏT çərçivəsində hökumət rəhbərləri səviyyəsində tədbir də planlaşdırılır. Sizi Moskvada görməyə şad olarıq”, – Putin ifadə edib.

    Şərif isə cavabında “Rusiyaya səfər etməkdən şad olaram”, – deyib.

  • Şirvanda avtoxuliqanlıq edən sürücü həbs olundu

    Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.

    Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.

  • Ana və körpə ölümü azalıb

    Ötən il Azərbaycanda 29 ana ölümü qeydə alınıb. 2023-cü ildə isə bu say 33 nəfər təşkil edib.

    Bu, barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsində öz əksini tapıb.

    Qeyd edilib ki, 2024-cü ildə 1420, 2023-cü ildə isə 2039 körpə ölümü qeydə alınıb.

  • Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlandı

    Ötən il Azərbaycanda daimi yaşamaq üçün 3016 nəfər gəlib, onlardan 1433 kişi, 1583 nəfəri qadın olub.

    Bu, barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsində öz əksini tapıb.

    Qeyd edilib ki, 2024-cü ildə xarici ölkəyə daimi yaşamaq üçün gedənlərin ümumi sayı 2298 nəfər olub. Onlardan 1046 kişi, 1252 nəfəri isə qadın olub.

  • Çıxışı qadağan edilmiş 590 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb

    Son bir ay ərzində girişi qadağan olan 53 şəxsin Azərbaycana daxil olmasının qarşısı alınıb.

    Bu barədə DSX-nın Mətbuat Mərkəzinin məlumatında deyilir.

    Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 349 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Ölkədən çıxışı qadağan edilmiş 590 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

  • Gədəbəydə dağlıq ərazidə yanğın olub – Video

    Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.