Month: September 2025

  • Çin sentyabrın 15-dən Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

    Çin sentyabrın 15-dən etibarən Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

    Bu barədə Rusiya KİV-ləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakunun bəyanatına istinadən məlumat yayıb.

    “Çin və digər ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərini daha da təşviq etmək məqsədilə Çin tərəfi vizasız giriş hüququ olan ölkələrin dairəsini genişləndirmək qərarına gəlib. 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək Rusiya vətəndaşlarına münasibətdə sınaq vizasız siyasət həyata keçiriləcək”, – o, brifinqdə bildirib.

    Rəsmi nümayəndə qeyd edib ki, rusiyalılar biznes, turizm, digər məqsədlərlə 30 günədək vizasız rejim çərçivəsində Çini ziyarət edə bilərlər.

  • Avqustda havanın temperaturu iqlim normasından yuxarı olub

    2025-ci ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (0.2-6.7 dərəcə), 3 gün isə normadan aşağı (0.5-0.9 dərəcə) olub.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    Xidmət rəisi əlavə edib ki, avqust ayının orta aylıq temperaturu 28.4 dərəcə isti olub ki, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir.

    Onun sözlərinə görə, ötən ayda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40 dərəcə, bölgələrdə isə 41 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında avqustun 23-də 19.9 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə avqustun 15-də 4.5 dərəcə isti (Şahdağ) qeydə alınıb:

    “Avqust ayının bəzi günlərində dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 16 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 303 faizi olmaqla (Zaqatala 224 mm) Balakən-Şəki zonasına və aylıq normanın 210 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 12.8 mm) düşüb. Avqustun 7-də Şahdağa, avqustun 13-də isə Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb”.

    N.Mahmudov qeyd edib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 5 sarı və 1 narıncı xəbərdarlıq verilib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 22 m/s-dək olub.

  • В августе в Азербайджане задержан 891 нарушителей пограничного режима

    В августе текущего года пограничными службами Азербайджана задержан 891 человек за нарушение пограничного режима.

    Об этом сообщили в Государственной пограничной службе Азербайджана.

    По данным ведомства, за попытку незаконного пересечения государственной границы задержаны 29 человек. Среди нарушителей – 12 граждан Азербайджана, 4 гражданина Ирана, по 3 гражданина Бангладеш и Пакистана, 2 гражданина Грузии, а также по одному гражданину Филиппин, Шри-Ланки, Узбекистана, Таджикистана и Турции.

    В рамках мероприятий по борьбе с нелегальной миграцией задержаны 17 человек, пытавшихся пересечь государственную границу с поддельными штампами о дате въезда, фальшивыми паспортами или документами, принадлежащими другим лицам.

    За нарушение правил пограничного режима задержан 891 человек, в отношении которых приняты соответствующие меры.

    В ходе мероприятий по борьбе с преступностью задержаны 349 человек, находившихся в розыске правоохранительными органами. Также предотвращены попытки выезда из страны 590 лиц, которым запрещено покидать территорию Азербайджана, и въезда 53 лиц, которым запрещено въезжать в страну.

  • Bu ilin avqust ayı ərzində sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılıb

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 2025-ci ilin avqust ayında 891 nəfər saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 29 nəfər saxlanılıb. Onların 12-si Azərbaycan, 4-ü İran, 3-ü Banqladeş, 3-ü Pakistan, 2-si Gürcüstan, 1-i Filippin, 1-i Şri-Lanka, 1-i Özbəkistan, 1-i Tacikistan, 1-i Türkiyə vətəndaşı olub.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılan tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 17 nəfər saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 349 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 590 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 53 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

    Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılmış, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

  • В Баку 8 тепловых пунктов будут переоборудованы в современные котельные

    Начались работы по переоборудованию 8 действующих тепловых пунктов, питающихся от Бакинской теплоэлектроцентрали (ТЭЦ) ОАО “Азеристиликтеджхизат”, в современные котельные.

    Как сообщает Median.Az со ссылкой на акционерное общество, в связи с этим будут проведены проектные работы по внешнему электроснабжению.

    Указанные тепловые пункты расположены в Хатаинском районе Баку.

  • Bakıda 8 istilik məntəqəsi müasir tipli qazanxanaya çevriləcək

    “Azəristiliktəchizat” ASC-nin Bakıdakı İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə bağlı işlərə başlanılıb.

    Bununla bağlı xarici elektrik təchizatının layihələndirilməsi işləri aparılacaq.

    Həmin istilik məntəqələri paytaxtın Xətai rayonunda yerləşir.

  • Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib 140 min manat dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs olunub

    Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işə düzəltmə və avtomobilin “rastamoşka”sı adı ilə dələduzluq əməlləri törədən şəxs həbs olunub.

    DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb. Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108.000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25.000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

    İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq “vot-vot” olduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib.

    Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Bu il 100-dən çox uşaq müəssisələrdən ailələrinə qaytarılıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

    Bu barədə nazirlik məlumat yayıb.

    Həmçinin uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri davam etdirilir.

    Görülən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

  • Танкер “Деде Горгуд” вновь задействован в грузоперевозках на Каспии

    Каспийское морское пароходство (ASCO) ввело в эксплуатацию после ремонта танкер “Деде Горгуд”.

    Как сообщили Report в ASCO, в ходе ремонта были очищены и окрашены подводная часть корпуса, механизмы в машинном отделении и оборудование главной палубы. Кроме того, проведен ремонт всех клапанов, выполнены плотницкие, корпусо-сварочные и электромонтажные работы.

    На танкере установлено новое оборудование для связи и электрорадионавигации. В частности, в эксплуатацию введен комплект стационарной радиостанции типа MF/HF и распределитель сигналов. Неисправные компоненты гирокомпаса, радара и системы громкой связи заменены новыми.

    Ремонтные работы велись на Зыхском заводе по ремонту и строительству судов, после чего танкер вновь возвращен в эксплуатацию. Судно вновь задействовано в грузоперевозках на Каспии.

    Отметим, что длина танкера “Деде Горгуд” составляет 149,9 метра, ширина – 17,3 метра, а грузоподъемность – 13 800 тонн.

  • “Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub

    “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Dədə Qorqud” tankeri təmir olunub.

    Bu barədə ASCO-dan bildirilib.

    Məlumata əsasən, təmir zamanı gəminin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmləri, baş göyərtəsi təmizlənərək rənglənib. Bundan başqa, gəmi üzrə bütün klapanlar bərpa olunub, ağac emalı, gövdə-qaynaq və elektrik-quraşdırma işləri həyata keçirilib.

    Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni avadanlıqlar quraşdırılıb. Belə ki, 1 dəst “MF/HF” tipli stasionar radiostansiya və siqnal paylayıcısı istifadəyə verilib. Həmçinin girokompas, radar və komanda yayım qurğusunun sıradan çıxmış hissələri yeniləri ilə əvəzlənib.

    Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb və prosesdən sonra tanker yenidən istismara qaytarılıb.

    Qeyd edək ki, “Dədə Qorqud” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti isə 13,8 min tondur.