Month: September 2025

  • Xalası tərəfindən zorakılığa məruz qalan uşağın VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)

    Bakıda xalası tərəfindən zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan şəxsin vəziyyəti açıqlanıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, sentyabrın 1-i saat 11:00-da çoxsaylı xəsarətlər səbəbi ilə 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub:

    “Pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.

    Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.

    * * * * *

    Bakıda xalası tərəfindən zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan şəxs səhiyyə müəssisəsinə yerləşdirilib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Bildirilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb ediliblər.

    Həmçinin əlavə edilib ki, uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.

    Xatırladaq ki, ötən gün atası və anası vəfat edən 14 yaşlı uşağın qəyyumu olan xalası tərəfindən işgəncələrə, zorakılığa məruz qalması faktını əsaslandıran görüntülər sosial mediada paylaşılmışdı. Bundan sonra aidiyyəti üzrə qurumlar hərəkətə keçib.

  • В Абшеронском районе человек утонул в искусственном водоеме

    На горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС) поступила первичная информация о том, что в искусственном водоеме в поселке Дигях Абшеронского района утонул человек.

    Как сообщили в пресс-службе МЧС, тело утонувшего уже извлечено из воды и передано соответствующим органам.

  • Abşeronda bir nəfər süni göldə BATDI

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində bir nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Artıq batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • İki il əvvəl həbs olunmuşdu, yenidən eyni CİNAYƏTİ TÖRƏTDİ

    Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkədə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir. Araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla A.Qurbanov 10 000 manatdan artıq pul ələ keçirib.

    Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Anar Qurbanov 2023-cü ildə də eyni səbəbdən saxlanılaraq istintaqa cəlb edilmişdi.

  • Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

    Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 3-də Sumqayıt şəhərinin Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşdırılana qədər 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Убитая в Финляндии азербайджанка была беременна

    В финском городе Эспоо несколько дней назад произошло жестокое убийство 30-летней гражданки Азербайджана. Женщина, мать двоих детей, была застрелена своим бывшим супругом. Трагедия разыгралась всего через две недели после того, как жертва обратилась в суд за защитой.

    По информации финской газеты Ilta-Sanomat, на которую ссылается Qafqazinfo, 44-летний бывший муж жертвы совершил нападение в подъезде дома, где проживала женщина. Преступник выстрелил в бывшую супругу через стекло из пистолета. Орудие убийства было изъято полицией.

    Согласно данным местной полиции, в момент убийства на месте преступления находились двое детей погибшей, ставшие свидетелями трагедии.

    Издание также сообщает, что ранее семья проживала в регионе Варкаус. Супруги подали на развод весной 2024 года. С того времени они жили раздельно. Известно, что женщина начала новые отношения и была беременна, что могло стать мотивом для преступления на почве ревности.

    “Примерно за две недели до происшествия женщина обратилась в суд с просьбой о применении ограничительных мер в отношении бывшего мужа. Однако судебное заседание по этому вопросу еще не состоялось”, – пишет газета. Издание также отмечает, что у подозреваемого не было серьезных судимостей в Финляндии. “Около 10 лет назад он обвинялся в нескольких мелких хулиганских действиях, но судимостей за насильственные преступления у него нет”, – сообщает источник.

    По информации полиции, подозреваемый признал свою вину и согласился сотрудничать со следствием. Другие детали пока не разглашаются.

  • Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş

    Bir neçə gün əvvəl Finlandiyanın Espoo şəhərində keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən və adı açıqlanmayan 30 yaşlı azərbaycanlı qadın iki uşaq anası olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Finlandiyanın “Ilta-Sanomat” qəzeti həmin hadisənin təfərrüatı barədə yazıb.

    Məlumatda hadisə iştirakçılarının adları və milliyyətləri açıqlanmasa da, qadının 44 yaşlı keçmiş əri tərəfindən güllələndiyi qeyd olunub.

    Bildirilib ki, həmin şəxs keçmiş həyat yoldaşına yaşadığı binanın girişində şüşənin arxasından tapança ilə atəş açıb. Cinayət aləti polis tərəfindən götürülüb.

    Ölkənin yerli polisinin məlumatına görə, qadın qətlə yetirilərkən hadisə yerində onun iki övladı da olub.

    Qəzet, həmçinin yazıb ki, ailə əvvəllər Varkaus bölgəsində yaşayıb. Cütlük 2024-cü ilin yazında boşanmaq üçün məhkəməyə müraciət edib. Onların elə həmin vaxtdan ayrıldığı, qadının yeni münasibətə başladığı və hamilə olduğu bildirilib.

    “Hadisədən təqribən iki həftə əvvəl qadın keçmiş əri ilə bağlı məhdudlaşdırıcı tədbirlər üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı məhkəmə iclası isə hələ baş tutmayıb. Qətli törədən şəxsin Finlandiyada ciddi məhkumluğu olmayıb. O, təqribən 10 il əvvəl bir neçə xırda xuliqanlıqda təqsirləndirilsə də, zorakılıq cinayətinə görə məhkumluğu yoxdur”, – deyə qəzet yazıb.

    Bununla yanaşı, polisin məlumatına görə, qətli törədən şəxs əməlini etiraf edib və istintaqla əməkdaşlıq etməyə razılaşıb. Digər detallar isə açıqlanmayıb.

  • CCTV показало репортаж о речной прогулке супруг глав государств и правительств в Тяньцзине

    Центральное телевидение Китая (CCTV) 1 сентября показало репортаж о прогулке на лодке по реке Хайхэ супруг глав государств и правительств, участвовавших во встрече в формате “Шанхайская организация сотрудничества плюс” в Тяньцзине.

    Как сообщает АЗЕРТАДЖ, в репортаже было подчеркнуто, что первая леди Китайской Народной Республики Пэн Лиюань пригласила супруг участвующих в Саммите лидеров зарубежных стран на речную прогулку в городе Тяньцзинь.

    Было сообщено, что во время речной прогулки гостям была предоставлена подробная информация об истории и развитии Тяньцзиня.

    В репортаже было особо отмечено, что Пэн Лиюань и гости полюбовались прибрежными пейзажами, послушали игру на традиционном трехструнном музыкальном инструменте, вели душевные беседы и сфотографировались на память на борту лодки. Было подчеркнуто, что гости высоко оценили традиционную культуру и современное развитие Китая.

  • CCTV Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi barədə reportaj yayımlayıb

    Çin Mərkəzi Televiziyası – CCTV sentyabrın 1-də Tiencin şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb.

    Bildirilib ki, gəmi gəzintisi zamanı qonaqlar Tiencinin tarixi və inkişafı barədə ətraflı məlumat əldə ediblər.

    Reportajda Pen Liyuanın və qonaqların sahil mənzərələrinə tamaşa etdikləri, ənənəvi üçsimli musiqi alətinin ifasını dinlədikləri, səmimi söhbətlər apardıqları və göyərtədə xatirə şəkli çəkdirdikləri xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, qonaqlar Çinin ənənəvi mədəniyyətini və müasir inkişafını yüksək qiymətləndiriblər.

  • Xankəndidə qondarma rejimin “XİN” binasının yerində nə tikiləcək? – AÇIQLAMA

    “Artıq beş ildir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq prosesi həyata keçirilir”.

    Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilib.

    Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən bu proqram yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli bir prosesdir:

    “Proqram çərçivəsində azad olunmuş ərazilərdə, şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri qurulur. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur, tarixi abidələr yenidən dirçəldilir. Bu tikinti dalğasının davamı olaraq 2025-ci ilin sentyabr ayında Xankəndi şəhərində daha bir mühüm və rəmzi layihənin gerçəkləşdirilməsinə başlanılır. Belə ki, uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb və yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq. Binanın söküntüsü rəmzi olaraq 2 sentyabr tarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma “respublika” elan olunduğu gündə başlayıb. Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.

    Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Baş İdarəsi kompleks şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir memarlıq və urbanistika konsepsiyalarının tətbiqinə, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinə, mədəni və tarixi irsin qorunmasına, həmçinin yaşayış üçün rahat və funksional şəhər məkanlarının yaradılmasına cavabdehdir. Buradan regionun dayanıqlı inkişafı, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın qorunması, həmçinin əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün əsas planlaşdırma və nəzarət mexanizmləri idarə olunacaq. Uzun illər dağıntı və qanunsuz separatizmlə assosiasiya olunan bina yeni mərhələdə dirçəlişin və quruculuğun rəmzinə çevriləcək. Burada Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesində birbaşa iştirak edən peşəkar mütəxəssislər çalışacaqlar.

    Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

    Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaradılacaq. Binada müasir texniki təminatlı geniş iş otaqları, vətəndaşların qəbulu, toplantılar keçirmək üçün şərait təmin olunacaq.

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası şəraitində həyata keçirilən “Böyük Qayıdış” proqramının davamı olaraq inşa ediləcək bu bina Qarabağda dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xidmət edərək, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin gücünü ifadə edən dəyərli bir simvol kimi tarixdə öz layiqli yerini tutacaq”, – məlumatda vurğulanıb.